09.06.2011

Ramiz Mehdiyev Şahlar Əsgərovu BDU-ya buraxmadı

Universitetin professoru 70 illiyini özəl təhsil müəssisəsində keçirməyə məcbur oldu


Sabiq YAP-çı deputat, Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov 70 illiyini çalışdığı təhsil ocağında keçirə bilməyib. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Şahlar Əsgərovun yubiley tədbirinin BDU-nun akt zalında keçirilməsi planlaşdırılıbmış. Lakin Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyev buna imkan verməyib. Onun tapşırığı ilə universitetin rektoru Abel Məhərrəmov akt zalının qapılarını BDU-nun professorunun üzünə qapadıb.
Şahlar Əsgərov da məcbur olub  yubileyini Bakı Universitetində keçirib. Yubiley tədbiri dünənə təsadüf edib.
Mənbə əlavə edib ki, Ramiz Mehdiyevlə Şahlar Əsgərovun münasibətləri o qədər də yaxşı deyil. Mənbə bunun səbəbini izah edə bilməsə də, YAP-çı professorun yubiley tədbirinin BDU-da keçirilməsinə məhz Ramiz Mehdiyevin mane olduğunu israrla qeyd edib.

Комментариев нет:

Отправить комментарий