12.06.2011

Ərşad Məhərrəmli. Şeirlər


Post Pic
Mən öləndə özüm kimi basdırarsız..
Mən öləndə deyəcəklər: cavan getdi,
Əgər ölsəm bu payızda.
Ağlayanım çox olacaq,
Oxşayaraq anam, bacım,
Atam gizli ağlayacaq,
Mən bilirəm..
O, Şərqlidir,
Ağlamağı gülməyi də ölçüb biçir.
Mən öləndə deyəcəklər: cavan getdi.
Dost-tanış da
Pis olsam da
yenə rəhmət deyəcəklər,
Pisliyimi unudaraq..
bu adətdi,
Yaxşı adam deyəcəklər.
Kəsib mənim mənliyimi, özlüyümü
hamı  kimi dəfn edəcək
bu adamlar.
İstəmirəm mən ki, belə ölməyi də.
Yaşamağı, sevməyi də…
Mən öləndə deyəcəklər: cavan getdi,
Bilməyərək
yaşadığım bu illərin
ezabını, ağrısını.
İllər ilə ölçəcəklər yaşımı da,
Yaşadığım hər ayımın,
il olduğun hardan bilsin?!
yadları heç mən demirəm
doğmalarım,
Əzizlərim.
Mən öləndə özüm kimi basdırarsız,
necə varam
əyri-üyrü
qazandığım, itirdiyim hörmət ilə…
pisliyimi
gizletmeyin.
Yaxşılığım varsa deyin
Amma məni şişirtməyin.
Qəlbimdəki mərhəmətlə
beynimdəki düşüncəylə
Dəfn eləyin mən öləndə…
Mən öləndə deməyin ki “cavan getdi”!
Göz görərək..
Biz illəri yüyənləyib, yəhərlədik,
Göy üzundən, alma düşdü,
Nağıl bitdi,
Sevgimizlə bacarmadıq
Ömrümüzü zəhərlədik.
Yarı yolda,
ağ günümüz, oldu qara.
Divardakı o yazılar köhnəldikcə,
Pozuldular bircə – bircə
Gənc oğlanlar, cavan qızlar
Yerlərinə təzə hərf yadılar.
Göy üzündən alma düşdü
Nağıl bitdi.
Təzə sevgi yarandıqca
bizim sevgi
Aramızda ölüb, itdi.
Göz görərək.
İndi daha biz neyləyək?!
Ağlamağa həvəs də yox
Yoxlamağa bir kəs də  yox.
Mən gedirəm
bu yol uzun, yoxsa qısa…
Ne fərqi var?!
Tək-tənhayam
sən olanda yanımda da…
Gecikdim gedən qatara
Mən düşənden dərd əlinə,
Çırpışıram dərdim ilə
Bir kimsəm yox dərdim bilə
Nədir ki, dərman axtara.
Yollarımız çar-çarpazdı,
Hərə bir cür yolun azdı
Bəlkə Allah belə yazdı
Gecikdim gedən qatara.
Təzə küçə, köhnə dalan,
Acısı düz, şirni yalan,
Nə pis gəldi, Allah zaman

Комментариев нет:

Отправить комментарий