22.06.2011

Sayman'a…

Duman Ərdəm



Həyata orvelin mindoqquzyüz səksəndördünə bir qalırdı,
Ertələndim
Azdan çox neftli vətəndə bir daş sayılır
Kristofkolombgilin ürətdiyi donuz qripinə qarşı vaksinalandım donuz oldum arazdan keçdim
Qarabağ küllüklərinə arazdan,dadlandım serksiyanlar söfrəsinə
Uşaqlığımı cümə axşamları çevirirəm
Oxuyar 28ildən bəri səməd behrəngi
Qarğailə ulduzuna
Gəncliyim yataqların sonrasıdır,axşamın üstünü bir göyərçindir trasda gəncliyim
Aynalarda geyinər mavi qadın döşlüklərində ağlar
Atam qəddafinin yaşıl kitabı,tərsə oxuyuram
Anam uşaqlıq yuxusuydu,gecənin yarasında bir silah səsi
Nəydi unutdum gündüzləri
Qaf dağının inzivasında
Qan gölüydü anam içində ölü quş lələkləri...

Birbaşa bir sabahı unutdum
Yuxularımı sənin otağında
Sənlə yağmur olur yağır
Islanır yatağım kitablarım şerlərim
Olsun...
Neft ölkəsinin göyərcinli əcəm döngələrində
Yalavac buraxacaqsa şerlərim söz verirəm üstündə bığlarımı
Toplayın müsəlman sünnətlərinizi meydanlara
Şəkillərin ənfəciyində asın
əlləri əssin titrəsin ayaqları
çəkilməyəsi iztirablarımızı işəsinlər
şerlərim!
Bağlayın maşınlarınızın arxasına sürükləyin şerlərimi,ağlamayacam söz!

Azdan çox neftli vətəndə bir daş sayılır
Ömür boyuna sən zəmirini çox yazmışam
Sən sözünə tikandır TELSTAR, HOTBIRTH qaraməlik bağçalarında
Çeynəyir kravatını BBCnin dılğır demokrat aparıcısı
Sağ ayağını ömrümüzün ilkinə
Göbəyimizin kəsilməsinə
Qulağımızda ilkin əsmaya,Əzana
Sol ayağını bu ilbiz quyruğu ömrümüzün sonuna
Beləcə edər içinə
Ah!doldurulur ömrümüzə xişablar badələr qaldırılır silahlar qədəhlər
 Divarbir qonşuluğumuzda saqqız çeynədilər əzan səsini,füzulini
Ayşələr,hənnanələr.
Kefli noellərin hədiyyəsinə
Kimisin gözyaşı qəbir daşına tərəşşüh eylər
Təsviri surət bağlamaz surəti var kimsənin nəqqaşa yetməz!
Bağdad azır öz küçələrində
Evimizə anten çanaq aldıqmı o gündən
Amerikalı bir əsgər düşər namludan
                PMCnin top onluğuna
Mahnısözü:öldürün murdar donuzları

Bizdə avarədir minbir nağılla yatmaz
Gözətçidir ulduz sayaraq minbir cinasla minbir gecə yaaari
Behcətabad küçələrində...
Kimdi şəhrzad,tərsa balası,kimdi bu leyla sürüsü
Hər bir şerdə hər min sən
Hər min sən hər bir şer
Hər bir sənə min şer var
Sən sözü silinmir bu dillərə
əlifba böyükata oldu qəbirlərə

saçlarından sürüklənməlisən
şerimin sətirlərinə əllərin qandallı ayaqlar zincirli
mənimsənməlisən

-yazasım gəlsə səni
Kürd qonşumuzun qadını kərpic-kərpiç kürəsində yanar kərpic
Döyərəm səhərin tezin
Hərkəsin dərvəzəsin
Soruşaram olum günün ölüm günün
Saat meydanında dururam taksilərə
-hey saat meydanı
 
Yarım buraxdığım siqaret
Kaffə bucaqlarında unutduğum soyutduğum çay
Bayağı bir mahnıdır yarıda kəsdiyim qadın bədənləri
Allahın məhşərində belə mənə küsəcəklər

Körpülərin bu ənqarısı
Gediş-gəliş bəhanə
Sən yola gedirsən  baxaram
Yollara aynalara
Önündə ağlaq ağ döşlüklü dağınaq rüjü mavi bir qadınam
Yollardan ölümxanımnənə baxar aynadan sən
Yazasım gəlsə səni:
Külək
Öncə qarı körpüsündə aslan daşları
Ciblərimi dingildəyən quruşları
Sovurur təbrizin ölümquşu yollarına
Gözümüzdə mirvarili gözyaşlarını
Sözdür hərə bir sait kimi samit kimisi
Quş olur uçar göy üzür
Köpək olur kəpənək kimisi aclığım çörək olur
Qan olur məndil ölür can olur qəbir ölür qəbristan olur
Sait ölür kişi olur samit ölür qadın olur
Gecə olur bir aşura qalabalığında bir ana olur səssizlik
Susasım gəlsə səni:
Itirirəm əllərini
Neft ölkəsinin göyərçinli əcəm döngələrində
Allahın belə itəcəyi müzəffəriyyə timçəsində

Qırmızının alt tərəfində bir yuxusan
Bir uşağın dəcəlliyi çəkir barmağını silah üstümə
Oyanıram alnımda güllə yeri qan oluram ölürəm

Ağız burun tilit qorxu gülstan bağının
Vurdular travestilerdən birini
Başını çiynimə oturacaqda qoyur ağlar
Ağlamıram baxıram sadəcə sözünün ənuzağına
Orda bir qadın var səni doğmadım dedi
Oramdan qaçdın dedi
Sən bir yuxusan kabusa çalar
Anamın bətnində gördüm
Sənin üçün qaçdım bu həyata...

Şerimin xəbərlər verilişini qaçırma
Güneydoğu sözcüklər yarıbuludlu quzey yağmur tufan qar
Yağışın yağdığı şəhnaz xiyavanında kofişopda yediyimiz
Bazargaycan pizzanı
Böl getsin bölgə-bölgə ver getsin xaç nəslinə
-nazlıııım!püfək püfək kimidireee ağıza qoydunmu əriyir qarabağda ölənlərin əti

Mənə sənin sən dediyinə onlar o deyir ona onlar
O şairiydi,dərisindən qadınlarımıza çanta ayaqqabı cibtelefon qabı qayırdıq qadınlarımıza şam bazarında
Edam çarpayısıydı
Vurulan təpik
Atılan sadağa qəpik

-qaçır ağlar durur gülər paylaşır facebook səhifəsini küçə-küçə
Cəmaaəəət!opekdə bahalaşdı neft!ucuzlaşdı qan
Hələ də ki qopmur qiyamət

Fincanımda qəhvənin taleyinə baxma
Soykökükmü soruşma
Atamı əmim vurdu çaldıranda
Anam bacımsa haydı durma dubaya
Osmanı casimi soyudmağa!
Düşünəsim gəlsə səni:
Türklüyümdən utanıram

Təbriz bitər gecə xəbərlərində
Telefon potqasında ərəbin kor mahnısı yorqun
Sən yağışları yağırsan
Mən bir yastörəni elanıyam ıslaq
Sən oyandınmı sabahlara
Suya çevriləcəm
olmayacam

Комментариев нет:

Отправить комментарий