09.06.2011

Səid Muğanlı faşizmin dustaqında


            Bağımsızlıq arzusuyla
 
 İranda Azərbaycan dili və mədəniyyətinin tanınması uğrunda apardığı dinc mübarizəyə görə ərdəbilli gənc şair və jurnalist Səid Muğanlı tutulub.
 ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları “Yaşmaq” ədəbi jurnalının əməkdaşı Səid Muğanlını iyunun 8-də atasının Ərdəbilin Yelsu kəndindəki mənzilindən tutub aparıblar. Evdə axtarış aparılıb, azərbaycanlı fəala məxsus kitablar, əlyazmalar və bir sıra digər şəxsi əşyalar götürülüb.
Qeyd edək ki, Səid Muğanlı Azərbaycan dili və ədəbiyyatı uğrunda apardığı fəaliyyətinə görə bundan əvvəl də bir neçə dəfə tutulub. Onun hazırda harada saxlandığı barədə məlumat yoxdur. 

Комментариев нет:

Отправить комментарий