Açıqlanan məxfi arxiv sənədləri belə deməyə əsas verir.
Faşist Almaniyasının SSRİ-yə hücum etməsinin 70-ci ildönümü münasibətilə aparılan elmi araşdırmalar zamanı bir çox maraqlı detalların aşkar edildiyi bildirilir. Belə ki, federasiyanın Novqorod Dövlət Universitetinin Tarix fakültəsinin pedaqoqu prof. Boris Kovalyov arxiv sənədlərinə görə pravoslav rusların faşist ordu birliklərini “Xaçlı ordusu” zənn edərək, almanlara kömək etdiyini deyib. Kovalyov II Dünya Müharibəsi zamanı minlərlə rusun fərqin varmadan etdiyi bu hərəkətin bilmədən vətənə xəyanət etmə kimi dəyərləndirildiyini qeyd edib.
Almanların sözügedən dövrdə təbliğat məqsədilə SSRİ vətəndaşı olan jurnalist, pedaqoq və təhlükəsizlik xidməti əmkdaşlarından ibarət bir çox insanı Almaniyaya apardıqlarını bildirən Kovalyovun fikrincə, faşistlər xüsusilə Rusiyada təşkil ediləcək “alman həyat tərzi”ni ruslara göstərməklə onlara psixoloji təsir göstərməyə çalışıb və buna müvəffəq olublar. Rus tarixçi almanların əsas təbliğat uğurunun inanclı pravoslavları öz tərəfinə çəkə bilmələri olduğunu xüsusilə qeyd edib. Alim sözügedən dövrdə kommunist rejimə nifrət bəsləyən inanclı pravoslavların faşistlərin hiyləsinə aldanaraq, almanlarla əməkdaşlıq etdiyini təsdiq edən arxiv sənədlərini gün üzünə çıxardığını bildirib.
Kovalyov sözügedən sənədlərdə almanların təbliğatı sayəsində pravoslavların faşist ordu birliklərini onları kommunist rejimdən xilas etməyə gələn “Xaçlı orduları” hesab edərək, onlara kömək etdiklərinin qeyd edildiyini deyib. Tarixçi almanların işğal etdikləri SSRİ ərazilərində bolşeviklərin bağlatdıqları 470 kilsənin fəaliyyətini yenidən bərpa etmək surətilə insanların rəğbətini qazandığını, bunun da nəticəsində inanclı pravoslavların kommunist və partizanları öz əlləri ilə faşist təhlükəsizlik qüvvələrinə təslim etiklərinin sənədlərdə öz əksini tapdığını vurğulayıb.
/timeturk/

Комментариев нет:
Отправить комментарий