20.06.2011

ŞOK! Azərbaycanda telekanala hücum oldu, yayım dayandı


2222222222222Sumqayıtda yayımlanan “Dünya TV”-nin rəsmi saytına xaker hücumu olub.
AZXEBER.COM-a verilən eksklüziv məlumatı görə, Orxan Azeboy adlı xaker telekanalın internet üzərindən canlı yayımının şifrəsini qıraraq birbaşa yayımı internetdən ələkeçirib və bir müddət yayımlanmasına mane olub. Saytın əsas səhifəsində birbaşa yayım gedən hissəsində hücumun səbəblərini yazan xaker bunu telekanaldakı özbaşınalıqlara etiraz olaraq etdiyini bildirib. “Dünya TV-yə xəbərdarlıq mesajı” başlığı ilə yazılan mətndəgöstərilir ki, telekanalda peşəkar işçilər uzaqlaşdırılır, təcrübə keçməyə gələnlər bir neçə ay istismar olunub işdən kənarlaşdırlır, bəzi işçilərin isə əmək haqqı verilmir. Mətndə bu özbaşınalıqlara kanal rəhbərliyi tərəfindən son qoyulmasa növbəti hücumların da reallaşdıracağı göstərilir: “İnsanların halal 5-10 manatına göz dikməklə qarnınız tox olmayacaq. Vicdanınız olsun! Savadsız kadrlara üstünlük verməsəydiniz sayt indi bu vəziyyətdə olmazdı. Nə qədər ki, haqsızlıqlarınız davam edəcək, qarşınızda mən varam! Bu sadəcə başlanğıcdır!”

Комментариев нет:

Отправить комментарий