02.06.2011

Tofiq Abdin, şeirlər


daşa toxunan könül
daşda nə işin var ki
dağdan enə bilməzdin
döşdə nə işin var ki

içində bulaq axar
çölün isə odlanar
bir gözəldə gözün var
qaşda nə işin var ki


səni yaşadan sevgi
səni yumşaldan sevgi
göyərçin olmadın ki
quşda nə işin var ki

dünya son ucu ölüm
gələndə nə biləydim
a məndən dəli könlüm
qaç də nə işin var ki...



        BİR CÜT DODAQ TİTRƏDİ

Yağış düşmüş bir cüt yarpaq kimi
göz yaşlarında islanmış
bahar qoxulu bir cüt söz dedilər mənə.
Saçlarımı su kimi çilədim
                    titrəyib yanan dodaqlarına,
                                       əllərinə.
Çiynimdə ağırlıq hiss etdim-
həyatıma düşmüş bir ömür.
Niyə adamlar
                 bu gün daha çox görünür?!
Bütün insanlardan,
Çektiğim ResmLer [KARIŞIK]                     Hətta
                     o bir cüt dodaqdan
                     o bir cüt gözdən,
                     yanan əllərdən uzaqlaşıb
tək qalmaq istədim
o bircə kəlməylə.
Razıydım: elə o sözlə
                         yoxa çıxıb ölməyə.
Özümlə birlikdə aparmaq istəyirdim
                       neçə illər gizli saxlanılan
                                    o sözü.
                       Məhəbbət dolu,
                                      sevgi dolu
                                  o bir cüt gözü.
Göz yaşlarında yuyulmuş
bir cüt söz dedilər mənə,
kar olmağıma inanmadım,
inandım atamın qocaldığına,
                  anamın yorulduğuna,
Göz yaşlarımda yuyulmuş bir cüt söz dedilər-
inandım adımın Tofiq olduğuna.


                  KƏNDİMİZ

Kəndimizi görürsən də, balacan,
dəvəboynu yolları
itirdi tozunu.
Bu yollarla gəlin apardılar
qonşumuzun qızını.
(Anam güldü)
İndi burda eşitmək olmur
əks-sədanı.
Qızlarımız bir qədər artırıb ədasını.
Televizorda gördüyüm
O işıqlı şəhərin
gecələri kimi
işıqlıdı gecələrimiz.
Nə olsun ki yoxdur küçələrimiz.
Kənddə
gecələr gecə kimi düşür,
səhər də gəlir səhər kimi.
Ancaq deyirlər ki,
yer yoxdur şəhər kimi.


              QAÇMAQ HƏVƏSİ

Ayaq ala bilsəydim özgələrindən,
sürət ala bilsəydim özgələrindən,
Hotel Full Monqaçardım.
Nəyəsə vurğunluğundan küçələrin,
kiməsə vurğunluğundan
                               fikirlərin.
Atamın, anamın gileyindən
                            qaçardım.
Nağıllardakı qəhrəmantək,
bitlzvari saçımla
trapes şalvarımla,
tutub bir qızın biləyindən
                              qaçardım.
Qaçardım fikirlərin səhra tünlüyündən,
Qaçardım bəzilərinin ötkünlüyündən.
Arxamca gələn keçmək istər məni,
Nəfəsim daralar,
gözlərim qaralar
bu sonsuz qaçışda.
Özümüzü axtarırıq,
bir-birimizi qovmaq yarışında.
Xəbərsiz kimsə məni qovar,
Hardasa biri yorular,
                       biri yorar.
Hamı qaçar bir tərəfə,
hamı qovar bir tərəfə.
Ağırlıq düşəndə
“çevirməkdən” qorxmayaraq bu Yer kürəsini,
heç kəs azaltmaz qaçmaq həvəsini.
Tənhalıqdan insanların yanına
                                    qaçaram.
İnsanların yanında yoxluğa.
Dözə bilmirik özümüzdən
                          yaranmış çoxluğa.
Bu sonsuz məsafələr
qəbirlərin yuxusu kimi uzun, uzun,
Kimsə deyə bilmir ki,
                       bu qaçışdan oyanın,
bu qaçışdan usanın.

                     ***
gecə ah kimi çəkilir
duman kimi səhər gəlir
bir vahimə içindəyəm
üstümə bir şəhər gəlir

qan içində min ev həyət
bulud imiş bu siyasət
gözlədiyim bu xəyanət
bəs niyə birtəhər gəlir

damarımda qan durulur
durulduqca hey sorulur
altımdakı at vurulur
üstümə boş yəhər gəlir

bu ömürü bu həyatı
kimlər aldı? kimlər satdı
məndən keçdi... min o Atı
mənim balam Kəhər gəlir

Комментариев нет:

Отправить комментарий