03.06.2011

Ülkər Ucqar, yeni şeirlər

Yeni səslər - Ülkər UcqarBubbuuu

Mənə dimdiyində su gətirginən!
Dodaqlarımda buğdalar çaxmaq daşlarına boylu
Dodaqlarımda taxıl anbarları talanmaqda
Dodaqlarımda
susuzam susuz!
Bubbuuuuuuu
Bubbuuuu
mənə dimdiyində su gətirginən!
Ağacları bu il dəlməsən də dəlməmiş
bu yaz gəlməmiş kimidir!
Dədəm məni
ağac başında yaşamağa verməz
bir içimlik suyun olursa vəli...
Bubbuuuuu
Bubbuu
Mən güz almasıyam türküsü
Quşqovanların
başına təsəddiq
indiyə qalmşam
gör necə susuzam!
Bubbuuuuuu!
Bubbuuu
mənə su gətir!
Suuuu
Suuu
Qışda,
aldanıb
yeddi dənız xaqanına adaqlanım deyə
nışan barmağımı arxa salmışam
mən barmaqsızam belə!
Dədəm məni sənə verməz
Mənə dimdiyində su gətirginən!
Yanır ürəyim!
Bubbuuuuuu
Bubbuuu


Zalim oğlu zalim

Bu həftə sonu sən yubanmadın
mənsə acıqlı - acıqlı özümdən
« bu zalim oğlu zalimin nəyini sevirsən»
soruşmadım.
Bu həftə sonu
sən
mənim
zalim oğlu zalimim deyildin axı!
Bu həftə sonu həftə sonu deyldi zatən
Dar- uzun həftələr ,
Aylar
Və illərin bəlkə
Başlanqıcıydı bu həftə sonu.
Mən,
Qurd-quş kimi təbii faciələrin
qoxusunu gəlməmişdən alaram !


Suayğırları


Suayğırlarını bırax da getsinlər
məndə qırx gün dözüm hardaydı
İnsan gözü
Işıq üzündən qoruyam səni ? !
Suayğırlarını bırax da getsinlər
Bax !
mən qanadlı at
istəmədim heç!
Belə mən at
İstəmədim
heç!
Birax da getsinlər
və o əskı nağılın ayağını
elə burada
bu günün ortasında
bağla.
Suayğırlarını bırax
və acımasızcasına
gedib də
məni at!
istəmədim heç !
Sənə ilan sümüyü - məhəbbət duası
kar kəsmir.
Sizin ölkədə qızlar sevdiklərini
necə sihr edərlər bəs ?
sizin o Daldaloğlu
gözəlləri də atlarca sevrdi
ay oğlan !
bırax o atları getsinlər !
bırax o atları bırax
Sırnaqların yerə gübsünmə hay-hadarından
səsim səsinə yetişmir ki . . . 

Комментариев нет:

Отправить комментарий