23.06.2011

Venesiya kinofestivalı Corc Kluninin filmiylə açılacaq


68-ci Venesiya kinofestivalı Corc Kluninin “Mart idaları” filmiylə açılacaq. “The Hollywood Reporter” nəşrinin yazdığına görə, Kluni festivala xüsusi qonaq kimi qatılacaq.
O, 2009-cu ildə Venesiyaya Kevin Speysi, Ceffer Bridcers, Evan Makqreqorla birgə “Ağılsız xüsusi təyinatlı”, 2005-ci ildə isə “Gecəniz xeyrə və uğurlar” filmini gətirmişdi. Sonuncu film ən yaxşı ssenariyə görə mükafat qazanmışdı.
“Mart idaları” siyasi dramının süjeti Hovard Dinin – 2004-cü ildə Demokrat Partiyasının prezidentliyə potensial namizədinin seçki kampaniyasının ətrafında cərəyan edir. Filmin ssenarisi Bo Uillimonun pyesi əsasında çəkilib.
Kluni burada rejissor, ssenari müəlliflərindən biri və baş rol ifaçısı kimi iştirak edir. Ondan başqa filmdə Rayan Hoslinq, Marisa Tomey, Filipp Seymur Hoffman, Pol Kiamatti və başqaları iştirak edir.
68-ci Venesiya kinofestivalı avqustun 31-də başlayır və sentyabrın 10-dək davam edəcək. Jüriyə rejissor Darren Aronofski rəhbərlik edəcək. Festivalın rəsmi iştirakçıları bəlli olmasa da, indidən məlumdur ki, Al Paçino kinematoqrafiyanın inkişafındakə xidmətlərinə görə fəxri fərmana layiq görüləcək.
kiltaz.com

Комментариев нет:

Отправить комментарий