08.06.2011

Vüqar Səfərlidən yalançı cavab məktubu


Hörmətli Aydın müəllim! Sizin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevə ünvanlandığınız 28 mart 2011-ci il tarixli №07(712)-li məktubunuz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sizin rəhbərlik elədiyiniz qəzet Fondun keçirdiyi müsabiqələrdə iştirak etməmişdir. Buna görə də Fondun maliyyə yardımından kənarda qalmışdır. Nəzərinizə çatdırırıq ki, KİV-nə ayrılan maliyyə vəsaitləri əsasən, Fondun keçirdiyi müsabiqələr vasitəsi ilə həyata keçirilir. Sizin rəhbərlik etdiyiniz qəzet də müsabiqədə iştirak edərək həmin vəsaitlərdən faydalana bilər.
Müsabiqələrin keçirilməsi müddətini və şərtlərini Fondun www.kiv.gov.az saytından əldə edə bilərsiniz.
 Hörmətlə, V.M.Səfərli.
07.04.2011

Lakın, biz hörmətli icraçı direktorla – Vüqar Sərəfli ilə, telefon əlaqəsi saxladıqda onun bu məktubunda yazdıqlarının doğru olmadığını öyrəndik. Belə ki məktubunda yazdıqlarının əksinə olaraq, V.Səfərli bizim qəzetləri tirajının az olmasına, dövriliyinin də ən yaxşı halda ayda 1 dəfə olmasına görə, bu qəzetlərin onların müsabiqəsində iştirak etmək hüququnun olmamasını bildirdi. Həmçinin, vurğuladı ki, bizim qəzetlərə birdəfəlik dövlət yardımı da verilməyəcək, belə ki   dövlət yardımı, bir-iki aparıcı müxalifət qəzeti də gözünə qatılmaqla, əsasən, dövlət qəzetlərinə və məmurların qəzetlərinə verilir, hansılar ki həmin qəzetlər onsuz da dövlət tərəfindən maliyyələşdirilir və hökumət səviyyəsində də həmin qəzetlərə abunə yazılışı təmin edilir və bu tip qəzetlərin, ümumiyyətlə, dövlət yardımına heç ehtiyacları da yoxdur. Məsələn, Vüqar Səfərlinin özünün “Mövqe” adlanan qəzeti ötən il 40 min manatdan çox dövlət yardımı almışdır, amma həmin qəzetin 1 nəfər də olsun oxucusu yoxdur. Başqa sözlə, gündəlik nəşr olunan bu qəzetin 1 nüsxəsi belə satılmır. Lakın V.Səfərli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə,  – deyir: “yaxşı edirəm”, bu qəzetə 3 min nəfəri məcburi şəkildə abunə yazdırmışdır! Bəs daimi dövlət dəstəyinə layiq görülən həmin qəzetin keyfiyyəti necədir?  Bunu müəyyənləşdirmək üçün, heç olmasa, 1 nüsxə “Mövqe” qəzeti almaq istədik, Bakı ətrafından, şəhərin mərkəzinə qədər bütün qəzet köşklərindən “Mövqe” soruşa-soruşa gəlib çıxdıq Sahil metrosuna, amma tapmadıq, sonra metrodan çıxdıq, getdik üzüyuxarı, nəhayət, Bəşir Səfəroğlu küçəsinin başlanğıcındakı qəzet köşkündə “Mövqe” tapdıq, amma satıcı da heyrətinin gizlədə bilməyib dedi “hələ birinci dəfə görürəm ki, bu qəzetlə də maraqlanan var!”. Hə, indi keçək “Mövqe”nin keyfiyyətinə, hansı ki sahibnin dövlət məmuru olması və vəzifəsindən sui-istifadə etməsi nəticəsində daima dövlət yardımı alır və bu qəzet 3 min nəfərə abunə yazdırılır. Səhifələri A3 ölçüdə olan bu “şanlı” qəzetdə mətn 12-lik Arilal hərfləri ilə, 1 intervalla yığılır! Əhsən, Vüqar müəllim, qəzetinizi 1-ci sinfə gedən uşaqlar üçünmü buraxırsınız?  Hə, onu da əlavə edək ki, ictimai-siyasi və rəsmi qəzetlərin mətninin Arial hərifləri ilə yığıldığı yeganə ölkə Azərbaycandır!!!
Biz Vüqar müəllimlə telefon söhbətində “İpəkçi”nin Azərbaycanın sonuncu fəhlə qəzeti olduğunu, sonuncu çoxtirajlı qəzet olduğunu vurğuladıq. Vüqar müəllim isə iddia etdi ki, Azərbaycanda fəhlə mətbuatı əvvəllər olub, indi yoxdur (bəs “İpəkçi” – Azərbaycan ipəkçilərinin açıq tribunası, nədir?!). Həmçinin, Vüqar müəllim, mətbuat işçisi və jurnalist olmadığına görə, aydındır ki, “çoxtirajlı” termininin mənasını da bilə bilməzdi və bunun təsdiqi olaraq bizə sual verdi ki, “sizin qəzetin tirajı nə qədərdi ki?”?! Amma bir az əvvəl o, həm də iddia etmişdi ki, guya, düz 35 ildir mətbuatdadır?! Sonradan onun tərcümeyi-halı ilə maraqlandıq, məlumumuz oldu ki,  hörmətli Vüqar müəllim 1977-ci ildə Culfa üzümçülük sovxozunda fəhlə işləyib, sonra – yəqin ki, 1978-ci ildə, Bakı poçtamtının qəzet-jurnal ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə girib və hörmətli Vüqar müəllim, siz demə, qəzet çeşidləməyi mətbuat aləmi hesab edirmiş?! Maraqlıdır ki onun tərcümeyi-halında nə vaxtsa jurnalistlik fəaliyyəti ilə məşğul olması barədə heç nə tapmadıq, o, düz 2007-ci ilə qədər yalnız poçt işi ilə, “posılka” bağlamaq işi ilə məşğul olmuşdur! 2007-ci ildə isə birdən-birə oldu söz gedən Fondun icraçı direktoru, hansı ki bu fond peşəkar jurnalistlərin əməyini qiymətləndirmək üçündür.
Hə, indi keçək Azərbaycan mətbuatının vəziyyətinə, təzə sözlərlə, Azərbaycan mətbuatının durumuna. Müstəqil Azərbaycanda azərbaycanca dövri-mətbuatın tirajı müstəmləkə hesab edilən Sovet Azərbaycanındakı azərbaycanca dövri-mətbuatın tirajından 70 dəfə azdır!!! Başqa bir misal, indi Rusiyanın müstəmləkəsi hesab edilən Başqırdıstanda heç 1 milyon nəfər başqırd yoxdur, onlar da ana dillərində təhsil almırlar, amma başqırd dilində ola dövri-mətbuatın tirajı Azərbaycan dilindəki dövri-mətbuatın tirajından bir neçə dəfə çoxdur. Maraqlıdır ki, Başqırdıstanda rayon qəzetləri  həftədə azı 3 dəfə, 15 min tirajla nəşr edilir, Azərbaycanda isə 15 min tirajla nəşr edilən 1 qəzet də olsa yoxdur!
Hə, indi bir neçə kəlmə də Azərbaycan dilinin vəziyyəti barədə; Azərbaycan dili ölüb, yiyəsi yoxdur! Orfoqrafiya qaydaları dəqiqləşdirilməyib! Neçə illərdir Latın əlifbasına keçmişik, amma hələ də Kiril hərifləri ilə yazıya aid orfoqrafik işarələrindən istifadə edirik, məsələn, götürək, qoşa dırnaq işarəsini; halbuki, latın əlifbası ilə yazıda qoşa dırnaq işarəsindən istifadə edilməməlidir, necə ki, türkcə və ingiliscə yazarkən, həmin işarədən istifadə olunmur. Həmçinin, hansı sözlərin 1-ci hərfinin yalnız böyük hərflərlə yazılması da hələ dəqiqləşdirilməyib. Dövlət sənədlərində, bəzən, sözlər buraxılır və qrammatik səhvlərə yol verilir. Məsələn, indi yazırlar: “Şəki şəhəri İcra hakimiyyətinin başçısı”?! Əslində isə yazılmalıdır: “Şəki şəhəri və Şəki rayonu üzrə icra hakimiyyətinin başçısı”. Lüğət yoxdur, mövcud olan lüğət isə səhvlərlə doludur...

"İpəkçi" və "Şəkinin səsi" qəzetləri,
31 may 2011

Комментариев нет:

Отправить комментарий