20.06.2011

"YENİ ERA" ƏDƏBİ MƏCLİSİNDƏ

         Faiq Balabəylinin "Yaşıl yuxulu dəniz" şeirlər kitabı müzakirə olundu

"Yeni era" ədəbi məclisində istedadlı şair, publisist, prezident təqaüdçüsü Faiq Balabəylinin "Yaşıl yuxulu dəniz" şeirlər kitabının müzakirəsi keçirildi. 

Məclisin sədri şair Balayar Sadiq, Faiq Balabəylinin yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra şairlərdən Fəxri Müslüm, Səxavət Talıblı, Kəmaləddin Qədim, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Mənsurə Qaçayqızı, Fərqanə Mehdiyeva, Narıngül, Nazilə Gültac, Yasin Xəlil, Nurəddin Mirzəxanlı, Abbas müəllim, Aybəniz, Aygül Rəhim, Əvəz Qurbanlı, Şəmşad və b. "Yaşıl yuxulu dəniz" kitabındakı şeirlər haqqında fikirlərini bölüşdülər. Faiq Balabəylinin yaradıcılıq uğurları təqdir edildi və bəzi ədəbi qüsurları nəzərə çatdırıldı. Səxavət Talıblı məclisin məramının daha ciddi ədəbi nümunələrə yönəldilməsini diqqətə yetirdi. Məclis iştirakçıları şair-publisist Faiq Balabəyliyə yeni yaradıcılıq uğurları arzuladılar.

Növbəti məclisdə şair, qəzəlxan Səxavət Talıblının modern üslubda yazdığı şeirlərin müzakirə olunması qərara alındı.

Комментариев нет:

Отправить комментарий