10.08.2011

“İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa onu qorxulu tale gözləyir”

İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat səsləndirib (Qafqazinfo). İranın Mehr agentliyinin yaydığı məlumatda Həsən Firuzabadi Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edib: “İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa onu qorxulu tale gözləyir. Xalqın oyanışını yatırmaq olmaz.
Bizim dostluq münasibətlərini dəstəklədiyimiz bəzi qonşu müsəlman ölkələr dostluğa məhəl qoymayaraq, öz ölkəsinin daxili işlərinə qarışmağa icazə verməklə Sionist rejiminə azadlıq verirlər. Onlar islamın qaydalarına məhəl qoymurlar. Lakin Azərbaycan xalqının damarında həm də İran qanı axır və onun ürəyində islama sevgi yaşayır”.

Комментариев нет:

Отправить комментарий