05.08.2011

“Ruhi xəstəxanada həkimlə sevişdim...”

Cəlil Cavanşiin intihar hekayəsi

Bu intihar cəhdimi çoxdan unutmuşdum.

Sonuncu intihar cəhdimi yazmağa hazırlaşanda atamın qohumu Kazım həkimin qoluma tikiş vurarkən dediyi sözləri xatırladım: “İradənə hakim olmağa çalış. Hisslərin səni çox aldadır. Qərarı soyuq başla ver. Hər çətinlikdən bir çıxış yolu var”.

Yaddaşımın dumanlı küncündə o illərin xatirələri oyanmağa başladı.

***

Sonuncu dəfə intihara cəhd edəndən sonra atam fikirləşdi ki, məni müalicə etdirmək lazımdır. Birinci semestrin imtahanları qurtaran kimi oxuduğum fakültənin dekanı ilə danışıb “aylığa” çıxdım.

“Aylığa” çıxanda şiddətli yuxusuzluğa tutulmuşdum. 18 sutka yuxusuz qalmaq əsəblərimi bir az da gərginləşdirmişdi.

Atam məni Bakıya, ölkənin o vaxtkı baş psixiatrı Ağabəy Sultanovun çalışdığı xəstəxanaya gətirdi.

Ağabəy Sultanovun ən inandığı həkim məni müayinə elədi.

Psixoloqların ən xoşuma gəlməyən üsulu, xəstəliyi hələ də məlum olmayan kişi xəstələrdən qadından qorxub qorxmadığını soruşmalarıdır. Əvvəlcə bunun mütləq prosedur olduğunu hesab etdiyim üçün susdum. Daha sonra qadın həkimin məndən israrla kişilərə marağımın olub-olmamasını soruşanda əsəbiləşdim. Sonra xanım psixiatr daha da irəli gedərək mənim kişilərə marağımın olmasından şübhələnməyə başladı. Gözümün içinə baxıb, “gey” olmağımdan şübhələndiyini deyirdi. Sanki məni nəyəsə təhrik etməyə çalışırdı.

Üç-dörd gün mənimlə söhbət edən xanım psixiatr, nəhayət ki, sonuncu gün onun otağında məni soyundurub bədənimə müayinə edəndə dözə bilmədim.

Soyuq əlləri əlləri bədənimə toxunanda ağlım başımdan çıxdı.

Nə qədər gərginlik keçirsəm də, seksual istəklərim qaydasında idi.

Qeyri-ixtiyari onun dodaqlarından öpdüm.

Bu özünü təsdiq kimi bir şey idi.

Həkim xanım əvvəlcə etiraz eləsə də, belini qucaqlayanda yalnız “eləmə, görən olar” deyib mənə qısıldı.

İldırım sürəti ilə qapını arxadan bağlayıb onu otağındakı çarpayıya tərəf çəkdim.

Əynindəki ağ xalatı, koftasını dartıb əynindən çıxardım.
Xeyli vaxt idi ki, qadın təmasından uzaq olduğum üçün tələsik onun daş kimi döşlərindən yapışdım.

Onları öpüb oxşadıqca etiraz edəcək halı qalmamışdı.

Qollarımın arasında inildəyirdi.

“Axşam...axşam başqa yerdə...başqa yerdə görüşərik...” deməyinə məhəl qoymadan onu öpürdüm.

İlk dəfə idi ki, bir qadın qısa müddətə mənə təslim olurdu.

Bütün paltarlarını dartıb əynindən çıxardım.

Elə onun otağındaca, bir az çarpayıda, bir az da döşəmənin üstündə dəli kimi sevişdik.

İlk dəfə idi ki belə istəkli, belə atəşli bir qadınla rastlaşırdım.

Çığırmaması üçün ağzını əlimlə bərk-bərk tutmuşdum.

Seksin gətirdiyi xoş yorğunluqdan xumarlana-xumarlana düşünürdüm ki, psixiatr məni evə buraxmayacaq.

Düz fikirləşmişdim.

Son qərarı mənim xəstəxanada müalicə olunmağım idi.

Nə qədər psixiatrdan xoşlansam da, yenidən dəlixanada qalmaq istəmirdim.

Psixiatrımın tövsiyə elədiyi sakitləşdiricilərdən içməyə başlayandan sonra bir neçə günə yuxusuzluğum keçib getdi.

İndi rahat yatırdım.

İki gün ardıcıl gecə yuxusundan sonra gümrahlığımı görən atam mənim kəndə qayıtmağıma bir şey demədi.

Psixiatrım mənim şəhərdə qalmağıma israr eləsə də, razılaşmadım.

Tənhalıq, sakitlik istəyirdim.

Eyni zamanda, Gəncədəki dostlarım üçün, xüsusilə yenicə tanış olduğum ədəbiyyatçılar üçün darıxırdım.

Heç nəyi düşünmədən kəndə qayıdıb müalicəmi kənddə davam etdirməyə qərar verdim.
***
Bu dəfə ailədə ciddi problemlər yaranmışdı.

Atam Bakıda yenidən evlənmiş, anam isə bütün bunlarla razılaşa bilmədiyindən israrla Bakıya, atamın yanına köçmək istəyirdi.

Atamın bəlkə də ən böyük səhvi anama, onu dəlicəsinə sevən xanıma xəyanət eləməsi idi.

Anam əsəbi və davakar olsa da, ailəsinə çox sadiq, atama çox bağlı idi.

Elə bu ərəfədə məni onuncu sinifdə sevdiyim, sonradan ayrıldığım bir qızla nişanlamağa qərar verdilər.

Atamın dostunun və uzaq qohumlarının qızı olduğu üçün nişan məsələsi tezliklə baş tutdu.

II kursda nişanlandım.

Nişanlımın həyatında başqasının olması, onun artıq məni çoxdan unutması və mənə narkoman kimi baxması aramızda uçurumların yaranmasına səbəb oldu.

O başqasıyla qaçanda qətiyyən sarsılmadım.

Bu mənim qurduğum tənhalıq modelinə tamamilə uyğun gəlirdi.

Ancaq universitetdə tez-tez iştirakçısı olduğum “Gəncliyin səsi” ədəbiyyat dərnəyi həyatımın növbəti beş ilinə ciddi yön verdi.

Hadisələr elə sürətlə baş verirdi ki, nəyin yaxşı, nəyin pis olduğunu özüm üçün aydınlaşdıra bilmirdim.

II kursun ikinci semestrində növbəti dəfə nişanlandım.

Çətinliklər, sıxıntılar üstümə hücum çəkir, tələbəçiliyin çətinlikləri ilə savaşırdım.

Nişanlı oğlanın pulsuz-parasız qalması dəhşətli idi.

Bütün çətinliklərə rəğmən həyatımı davam etdirir, yaşamağa çalışırdım.

II kursu bitirib kəndə gələndə ailəmizdə həddindən artıq problemlər vardı.

Atamın ikinci dəfə evlənməyini təxmin eləsəm də, heç kəsi bu barədə danışmağa qoymurdum. Hətta anamın da inandırmışdım bu məsələnin yalan olmasına. Amma bir ilin içində yaşadığım gərginliklər əsəblərimin qaydasına düşməyinə imkan vermirdi. Əsəbiləşəndə başımdakı ağrılara dözə bilmirdim.

Bütün yayı atamla anamın mübahisələrinə səbr eləsəm də, çox gərgin idim.

Fiziki cəhətdən sağlam bədənimin seksual enerjisi də bir tərəfdən əsəblərimi gərginləşdirirdi.

Ailəmizdə hər gün təkrarlanan davalar məni son həddə qədər gərginləşdirmişdi.

Atamla-anam heç nəyi düşünmədən bütün günü mübahisə edir, hərdən bu mübahisələr səs-küylü davaya çevrilirdi.

Belə günlərdən birində, atamla-anamın mübahisəsi qızışanda sakitcə evimizin arxasında, ağacların arasında sərinə qoyulmuş masanın başında əyləşdim.

Çoxdan üstümdə gəzdirdiyim “otu” siqaretə doldurub, bir xeyli fikirləşdim.

Çoxdan bu şeylərdən imtina eləsəm də, “bu sonuncudur, zatən öləcəm”, - deyə düşündüm.

Əlimdəkinin məni tamam keyidəcəyinə əmin idim.

İndiyə qədər elədiyim cəhdlərdən bilirdim ki, tamam ayıq başla biləyimi ölümcül kəsə bilmirəm.

Çəkdiyimin təsirindən beynim tamam dumanlanır, içimdəki boşluğa yuvarlanırdım.

O anı indi də xatırlayıram.

İlk dəfə idi ki, intiharın çıxış yolu olmadığını fikirləşə-fikirləşə biləklərimi kəsmək istəyirəm.

Amma bu dəfə ölmək yox, həyatımı zəhərləyən valideynlərimə dərs vermək istəyirdim.

Biləyimi necə kəsdiyimi xatırlamıram. Amma başımı stola qoyub biləyimdən fışqıran qanın üzümə sıçramasını, stolun üstünə yayılan qanın üzümün bir tərəfini tamamilə qana bulamasını dəqiq xatırlayıram.

İndiyə qədər unuda bilmədiyim bir şey də var, atamın, o qəddar, amansız və sərt adamın, sevgisini göstərməkdən çəkinən bu insanın uşaq kimi hönkürüb ağlamasını hələ də unuda bilmirəm.

Anam isə soyuqqanlılıqla mənə baxır, atamı ittiham edirdi.

“Sən o q...-nin yanına getməsəydin, Cəlil də belə eləməzdi”, - deyirdi.

Məni isə qan aparırdı.

Nəhayət ki, atam özünə gəlib biləyimi sarıyıb qanı saxlamağa cəhd elədi.

Tez-bazar maşın çağırıb məni rayon mərkəzindəki xəstəxanada cərrah işləyən qohumu Kazım həkimin evinə apardı.

Narkotik qəbul elədiyimi deyib, huşsuz halda başım atamın dizləri üstə biləyimdəki kəsiklərin necə tikilməsinə baxırdım.

Cərrah iynəsinin ətimə necə xırçıltıyla girməsini hiss edir, Kazım həkimin söhbətlərini dinləyirdim.
***
Kazım həkim yaraları elə tikmişdi ki, biləyimin kəsildiyini yalnız şişkinliyindən başa düşmək olurdu. Onun həm mənə, həm də yaşca ondan böyük olan atam dediklərini hələdə xatırlayıram.

“Siz imkan versəniz, o, çox böyük adam olardı. Amma onun da, digər övladların da həyatını tamam zəhərləmisiniz”.

Yaşca özündən kiçik həkimin atama ağıl verməsi zoruma gəldi.

O gün atamla aramızda olan bütün incikliyi kənara qoyub, onunla bacardıqca dost olmağa qərar verdim.

Atamın məni çox sevdiyinə əmin idim. Keyimiş başımı qaldırıb üzünə baxanda, yanağından süzülüb cod saqqalını isladan göz yaşlarını gördüm.

Üzündəki ifadədən çarəsizliyi, bu cür həyata məhkum olduğu anlaşılırdı.

            Cəlil Cavanşir                       kulis.az

Комментариев нет:

Отправить комментарий