29.11.2011

Döymə taxta qapımı, döyməyim dəmir qapını


Tural Türk

İndi hər şey qəribəlikləri ilə diqqəti çəkir. Hər kəs özünü haqlı bilir. Yeri gəldi-gəlmədi başqsını günahlandırır. Məsəl var, deyərlər:- öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. İnsanların hissi ilə oynamaq, onlarda qüsur axtarmaq, tapmayanda isə şər atmaq, qara yaxmaq adətə çevrilib. Bu hal jurnalistikamızda xüsusi ilə özzünü ifrat dərəcədə göstərmədədir. “Söz azadlığı”, fikir ayrılığı heç də o demək deyil ki, “ağam mənə kor deyib, hər görəni vur deyib” deyiminə söykənib, gözlərinə pis görünəni tənqid atəşinə tutsunlar. Və bu işə elə aludə olsunlar ki, bəzən tənqid əvəzinə təhqirə, şantaja keçsinlər. Ürək ağrıdan bir məsələdir.

Mən jurnalistikada təzəyəm, bunu etiraf edirəm. Biz gənc jurnalistlər həm də yaşlı nəslin nümayəndələrindən görüb-götürməli, öyrənməliyik. Əfsuslar olsun ki, bəzən özlərini bu sahədə peşəkar sayanların “təcrübəsindən” bəhrələnmək, öyrənmək əvəzinə, tam əksini görürsən. Mənim kiməsə dərs vermək, kimi isə düz yola çəkmək fikrim yoxdur. Və mən özümü hələ buna hazır da görmürəm. Lakin, elə məsələlər var ki, buna münasibət bildirməmək, göz yummaq olmaz.
Ölkəmizdə mətbuat haqqında qəbul olunan qanunlar imkan verir ki, hər kəs bir qəzet təsis etsin və onun nəşri ilə məşğul olsun. Senzuranın aradan götürülməsi də əslində buna xidmət edir. Lakin bu heç də o demək deyil ki, qəzet sahibi olandan sonra insanların şərəf və ləyaqətlərini alçaltmaqla, onlara qara yaxmaqla, şantaj etməklə məşğul olasan, ölkənin tanınan, sayılıb – seçilən adamlarına, ictimai-siyasi xadimlərinə, millət vəkillərinə həqarət edəsən dəqiqləşdirilməmiş informasiyaları gündəmə gətirəsən.  Bu peşəkarlıqdan uzaq olsa da, belə yol tutanların da peşəkarları yox deyil. Elələri bu yolla tanınmış adamlar haqda anonslar dərc edir, yazılar yazmaqla hədələyir və bunu müqabilində gizli niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Əks tərəfin söz demək hüququnu belə təmin etmirlər, bəzən isə insanların şəxsi həyatına da müdaxilə edirlər ki, əslində, bu milli adət-ənənəyə və mentalitetə də yaddır. Təhqirlərə məruz qalan, şantaj olunan, işgüzar fəaliyyətinə müdaxilə olunan tərəf isə, bunula bağlı əlaqədar təşkilatlara, hüquq mühafizə orqanlarına müraciət etməsi isə, mətbuata basqı kim xarakterizə olunur, söz azadlığının boğulması kimi gündəmə gətirilir.
Maraqlıdır, görəsən bəzi mətbu orqanlarının redaktorlarının insanın şərəf və ləyaqətini təhqir etməsinə, yaxud para qazanmaq üçün şantajlara əl atmasına nə ad verilsin? Hər halda əli qələm tutan, imzası tanınan birisinin bu işlərə rəvac verməsi heç də ürək açan hal deyil.
Belə anoloji hallardan biri də gündəlik qəzet olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə, onun redaktor həmkarı, “Mərkəz” qəzetinin baş redaktoru, millət vəkili və tanınmış ictimai-siyasi xadim Gülər Əhmədova arasında yaşandı. Əvəz Zeynallının, xanım Millət Vəkili,  başlıcası isə bir QADIN və ANA haqqında TƏHDİD DOLU İSMARICLARININ, son ucu olaraq zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti də azad sözə basqı kimi bəzi mətbu orqanlarında gündəmə gətirilir. Və bu heç də yaxşı hal deyil. Hər kəs layiqli cəzasını alır və alacaq. Heç vaxt tələsmək lazım deyil, haqq-ədələt əvvəl-axır yerini tapır. Çox çabalar göstərməyə isə heç də lüzum yoxdu, döymə taxta qapımı, döyməyim dəmir qapını. Bir də belə birdeyim də var: HAQQ NAZİLƏR, AMMA ÜZÜLMƏZ! Bu həqiqətən də belədir....

Комментариев нет:

Отправить комментарий