Sayman Aruz
Ürəyimin dolusu qədər kədərlə...
Ququşun* ayrılıq mahnısındayam
Ayrılıq, ayrılıq, aman ayrılıq!
Dostumu itirmək qorxusundayam
Ayrılıq, ayrılıq, yaman ayrılıq!
Qızmışam vodkadan, müharibədən
Keçmişdən nə qaldı? Başım ağrıyır...
-Sonunda səndən bir, inqilab doğar...
Xəyanət utanır, üzün bağlayır.
Diskolar bağlnır, məscidlər amma...
Küçələr gecələr biçaqlanırlar!
Ağrımı kəsməyir demokratiya
-Bağışla, cibində Nurofenin var!?
Bıçaqın yerləri, hər gecə, hər an
Açıq araq kimi, yandırı səni.
Cəbhədə bir əsgər özün öldürür
Küçədə bir oğraş, satır Vətəni.
Şəhərdə qar yağır, qəlbimdə kədər.
Qəbrinin nümrəsi, neçəydi dostum?
Azanın səsiylə boğuluram mən...
Söylə haçan idi, gecəydi dostum?
Beynimin içində, titrəyir adın
Cılız çəfiyələrin* çoxalmasında.
Yolların hamısı, səndə bitirdi
Arxanca gəldim mən, gec idi amma...
1- Ququş: Ayrılıq mahnısını oxuyan iran Azərbaycanlısı
2- Çəfiyə: fələstin və iranda dinçilərin boynularına bağladığı yaylıq!
Комментариев нет:
Отправить комментарий