Sanka-Zverin (Lotu Cabir) nəsihətləri
“Əsl oğru taxta qapı sındırmaz”.
“Dilinizi haqqınızın açarına çevirin”.
“Şeirlərim qaçıb azadlığa çıxanda, mən qalırdım içəridə”.
“Bizim köhnə Bakı, köhnə məhəllələr qaldı heykəllərin ayağı altında”.
“Görən elə bir zaman gələcəkmi, neft bizim də ruzimiz, halalımız olsun?..”
Oğurluq peşə deyil, ehtirasdır.
Oğrunun həyatı olmur. Ona şeytan zoru qüvvət verir.
Gəncliyimdə çoxlarını söymüşəm, çox ürəklər sındırmışam. Heç vaxt ürək sındırmayın, kimisə təhqir etməyin.
Əsl oğru taxta qapı sındırmaz, dəmir qapı açar ki, içəridə xəzinə tapsın.
Düz yolda olmasanız belə, həmişə Tanrıya inanın. Ata-ananızdan imtina edin, ancaq Allahı danmayın.
Lotu öz evinin sahibi olan kəsdir.
Türməyə göndərilən paydan yetimlərə də düşməlidir.
Uşaqları “xoxan”la qorxutmayın, psixoloji fəsad yaranacaq. Oğlan uşaqlarını isə heç vaxt döyməyin. Onların nifrəti ölmür, get-gedə böyüyür.
Ən böyük sirlərimi uşaqlara deyirəm. Çünki anlamayacaqlar və bir kimsəyə söyləmədən unudacaqlar.
Qaragüruhçu mollalara, din xadimlərinə güzəşt etməyin. Onlar islamın düşmənləri olub, Allahı ancaq cəza verən kimi təsvir, təbliğ edirlər.
Sənətçilərə, ziyalılara sataşmayın.
Kaş Tolstoy kimi kişi ömrü, kəndli həyatı yaşayıb, onun kimi düşünmək qabiliyyətinə sahib olaydım.
Darvin nəzəriyyəsi heç nədir. Kommunistlər şişirdə-şişirdə bu ideyanı yaşatmaq istəyirlər.
Torpaq da doğmanı yaddan seçə bilir. Torpağa diz çökün, yurd qədrini bilin.
Öldürməyə tələsməyin. Ancaq başqa yol yoxdursa, elə vurun ki düşmən əzab çəkmədən can versin.
Mən həmişə ruhən kəndli olmuşam, başkəsən yox.
Məni oğurluğa öyrədən aclıq və repressiya oldu.
Sizə şübhə ilə yanaşanları yerindəcə inandırın, yoxsa zərbə alacaqsınız.
Qazamatda şeirlər yazırdım, ancaq heç kimə oxumurdum. Çünki şeirlərim qaçıb azadlığa çıxanda, mən qalırdım içəridə.
Məndən qorxanda, mən də qorxuram.
Ailəsiz yaşamaq olmaz. Ailə ömrü uzadır.
Qadınlara, uşaqlara edilən təcavüz bütün qanunlarla bağışlanmaz.
Yaz fəsli ilahi fəsildi. Hər şey dirilir, hamı bağışlanır.
Bizim köhnə Bakı, köhnə məhəllələr qaldı heykəllərin ayağı altında.
Görən elə bir zaman gələcəkmi, neft bizim də ruzimiz, halalımız olsun?.. Neft Azərbaycana zülm verib.
Kreml generallarını ayağıma gətirəndə qürur duyurdum. Özülü çürük Moskva məmurları oğru dustaqdan qiyamın yatırılması üçün kömək diləyirdilər.
Sizi incidəndə, haqqınızı verməyəndə qiyamdan çəkinməyin.
Ölümdən qorxmuram, ancaq sakit yaşayıb ləyaqətli ölüm istəyirəm.
Məndən hələ çox danışacaqlar. Qədrimi bilən də, bilməyən də hey danışacaq.
Arxam dağa, üzüm şorama, axırım torpağa.
ALLAH REHMET ELASIN
ОтветитьУдалить