23.11.2011

Qənirə Paşayeva ADİU tələbələri qarşısında çıxış edib

"Televiziya sahəsində çalışımış bir şəxs kimi deyə bilərəm ki, hazırda Azərbaycan telekanallarında nümayiş etdirilən teleserial və verilişlərin 99 faizi gənclər üçün heç bir fayda daşımır".


Gün.Az-ın verdiyi məlumata görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva Dövlət İqtisad Universitetində baş tutan “Akademi karyera seminarı”nda bildirib.
“Gənclərin qarşısında yaranan uğursuzluqların ən böyük səbəbi tənbəllikdir. Karyerada uğur qazanmaq istəyən hər bir gənc özünün zaman bölgüsünə diqqət yetirməli, onun dəyərli vaxtını alan mənasız və əyləncələrdən uzaq olmağa çalışmalıdır. Və ən əsası, gənclər özlərini qorxuzmadan, qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar”.
Tarixdə iz salan insanların hamısının çətinliklərə qatlaşaraq o səviyyəyə çatdığını deyən millət vəkili vurğulayıb ki, gənclərin indi qarşılaşdığı çətinliklər onların gələcəkdə daha təcrübəli və daha bacarıqlı olmalarına səbəbdir.
Onun fikrinə görə, uğura nail olmaq üçün, hətta çətinlikdən belə faydalanmaq lazımdır. Millət vəkili hətta Nizami Gəncəvinin yaratdığı, öküzü buzov çağlarından çiynində pilləkənlərlə qaldıran Fitnə obrazını da misal çəkərək qeyd edib ki, gənclər özlərini indidən zəhmətə öyrəşdirməklə, yaşlandıqda daha dözümlü və nizamlı ola bilərlər.
“Mən 8-9 saat yuxu yatan insanları anlamıram. Bu necə mümkündür? Gərək, gənc özünü 6 saat yatmağa öyrəşdirsin, rejimli və sağlam həyat tərzi sürsün. Ən başlıcası, təhsilə diqqət yetirin. Və mümkün qədər əyləncədən uzaq olun.
Şəxsən deyim ki, mən “Son zəng” əyləncələrinin tamamilə əleyhinəyəm. Axı, bu gənclər belə təmtəraqla nəyi qeyd edirlər? Məktəbi bitirməyimi? Əlbəttə ki, bu sizin borcunuzdur, siz həm məktəbi uğurla bitirməli, həm də təhsilinizi davam etdirməlisiniz.
İndidən öz adınıza işləməlisiniz ki, gələcəkdə adınız sizə işləsin. Mən  buradakı hər bir gəncə məsləhət görərdim ki, televiziya kanallarında yayımlanan əyləncəli veriliş və teleseriallara  sərf etdikləri qızıl zamanı mütaliəyə sərf etsinlər, internetin yaratdığı imkanlardan yararlanaraq, dünya görüşlərini artırsınlar. Nə qədər ki, gəncsiniz, zamanınız var, bunu dəyərləndirin”.
Q.Paşayeva əksər gənclərin istər iş, istərsə də ailə həyatında müstəqil qərar verməkdə tərəddüd etmələrini və daim valideyn müdaxiləsindən asılı olmalarını da problem kimi dəyərləndirib.
“Bəzən baxırsınız ki, bir şəxsin 30-40 yaşı var, ailə başçısıdır, 3 övlada malikdir, lakin heç bir işini ata-ana olmadan görə bilmir. Gənclər çalışmalıdır ki, özlərinə mütəqil qərar vermək və təşəbbüs irəli sürmək bacarıqlarını inkişaf etdirsinlər. Həyatda öz yerinizi tutmaq üçün bu amil əhəmiyyət daşıyır”.

Комментариев нет:

Отправить комментарий