28.11.2011

Elə beləsinə...

ŞəkilXosrov Barışan


Nə işsiz qalıb
 Pulsuz olduğuma görə,
Nə sevgilimin
 Məni pula satıb
  Tərk etdiyinə görə,
Və nə də;
  Ömür boyu
          Zindana
           Düşdüyümə görə,
Yo...ox
 Elə beləsinə
  İntihar etmək istədim,
Düz;
 Haqqları yeyilənlərin,
 Sevgi görməyənlərin,
 və isyanları boğulanların
     Həyata bağlandıqları tək!!!
  
SOLMAZA...
  
İlk dəfə;
 Belə baxıram!

Günəşə
  Teleskopdan baxan kimiyəm!!!
Milyardlar,
  Tilyardlar il geçsə belə
                        Arxayınam
                          Günəş sönməyəcəkdir.
Qısqanıram.

Gözlərivə baxıram.
 Gecəylə barışıram.
   Yolumu tapmalıyam,
    Ulduzlar solmağa başlayır ah...
Solsunlar,
   Solsunlar...
          Bəh-bəh.

Nədənsə sənə şeir qoşanda
   Zibil qabılar da belə bəzənir!!!

Yerikləyib
  Ömrümü doğuram.
İrmisəggiz il
   Oxumayır sürətdə trafiklər!

Gözlərindən
   Baxa bilirəm adamlara.
Gözlərinlə
  Baxa bilirəm adamlara.
            İnsanlığı anlayıram.

Taksidə oturmuşuq,
   Sənə sən tək baxıram.
Əllərin əllərimdə,
Saqın...
 Əllərimdə parazitlər,
       Düşməsin əllərivə.
Əllərin bum-buz ah.., əllərin qar kimi!!!
  Dəli-dəli əyilib soyuğu öpmək istəyirəm, bəh-bəh...

Комментариев нет:

Отправить комментарий