28.11.2011

Biz dəlicə sevmişdik…

Super Animasiya Kolleksiyası - 1Nilufər MuğanTürk

Zamansız ayrıldıq biz..
Vidalaşmadan belə...
Nə sən "əlvida" dedin,
Nə mən "yaxşı yol" sənə...
Əllərim əllərində soyudu, sən bilmədin...
Səndən ayrılmamaqçün bircə söz gözləyirdim, gözlərin danışsa da dilin susdu, demədin...
Susduq danışmadıq biz, gözlərimiz danışdı...
Ayrılmamamız üçün bu kifayət etmədi...
Qürurum mane oldu, sədd çəkildi önümdə...
Ürəyim parçalandı,alovlandım içimdə, səni saxlamaqçünsə, inan gücüm yetmədi...
Ayrıldıq, sevə sevə...
Sənə xatirə qaldi, gözlərində gözümün o utancaq izləri...
Ayrıldıq, bilə bilə...
Heç vaxt unutmayacaq hər payız dönə-dönə yağan leysan yağışı, əsən xəzri bizləri...
Ayrılıq zamanında soyuq küləklər əsdi..mənim qəlbim titrədi, sənin əlin əsmədi...

Sevgimiz böyük idi, amma ülvi məhəbbət, ayrılanda diz çöküb, yolumuzu kəsmədi...
Biz dəlicə sevmişdik..baxmamışdıq ağına bozuna məhəbbətin..
Nə olsun ki, ayrıldıq, qürur duymalıyıq kı, biz qurbanı olmadıq bir rəzil xəyanətin...

TƏK QALANDA

Məni çox axtaracaqsan,
Hamı gedib tək qalanda.
Elə yerə ataydın ki,
Asan olaydı tapanda.

Köhnəlmiş yalan donunu,
Özünə sən özün biçdin.
Ağacdan çürük meyvə tək,
Sən də gözdən elə düşdün.

Başi yenik üzü qara,
Dönəcəkdin niyə getdin?
Məndə günah görmə əsla.
Bu yolu sən özün seçdin.

Super Animasiya Kolleksiyası - 1Bağışla!

Otağında izim qaldı,
Deyilməmiş sözüm qaldı,
Vallah, səndə gözüm qaldı,
Məni bağışla, bağışla...

Get, kefinlə dolan dedim,
Sevməyirəm,filan dedim,
Səhv elədim, yalan dedim,
Məni bağışla, bağışla...

Qəlbini yaxdım, yandırdım,
Yalanlarımla qandırdım,
Sevmədiymə inandırdım,
Məni bağışla, bağışla...

Yazdım eşqimi qəlbinə,
Hər şeirimin, hər sətrinə,
Tez-tez dəyirdim xətrinə,
Məni bağışla, bağışla...

Bəlkə, artıq unutmusan,
Min gözəli uyutmusan
Sinən üstdə, ovutmusan...
Yox, yox! Demə ki, “Bağışla!”...
Mən səni özgəsinə çoxdan
                     bağışlamışam... 

Комментариев нет:

Отправить комментарий