29.11.2011

“Bu vaxtın sahibi” zühur etdi

“Bu vaxtın sahibi” zühur etdi thumbnail
Oktay Hacımusalının yeni kitabı işıq üzü görüb

“Bu vaxtın sahibi” “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitab, müəllifin sayca üçüncü kitabıdır. İki şeir kitabının müəllifi bu dəfə də oxucuların görüşünə roman – gündəliklə gəlir. Kitabda müəllifin üç il boyunca yaşadıqları xırda kəsiklər halında oxuculara təqdim olunur.
Real tarixi hadisələrlə yanaşı, kitabda təxəyyül məhsulu olan hadisələrdən, müəllifin uşaqlıq illərindən və hətta onun həyatında dərin izlər buraxmış Meydan hərəkatından söhbət açılır.
Bir uğursuz sevgi girdabında hərbi xidmətdə ikən intiharın qapısının ağzına kimi gələn müəllif qəflətən özündə güc tapır. Onu bu qərarından vaz keçirən nədir?
Hərbi xidmətdə yanında havanın səssizliyini pozan güllə səsimi?

Hər gün kəndə gedən su borularının deşib su götürməklərimi?
Bəlkə yolunu gözləyənlər?
Bəlkə yarımçıq qoyub gəldiyi həyatı?
O, bu “bəlkə”lərə bir son qoymaq üçün tezliklə hərbi xidmətini başa vurub geri qayıtmaq istəyir…
Bəs məhəllədəki bütün yeyib – içən oğlanların sevimli dostunun niyə həyatı üstü kom ət olan sümükdən ibarətdir?
Sevgi ilə nifrətin ayrıldığı incə cizgi… İstəsək bu cizgini keçə bilərikmi?
Bu sualların cavabını “Bu vaxtın sahibi”nin dilindən eşidəcəksiniz…
Kitabı yaxın günlərdə respublikanın kitab mağazalarında satışda olacaq…

Комментариев нет:

Отправить комментарий