Sayman ARUZ
- Alo! Salam Rafiq bəy!
- Ay salam Sayman bəy! Necəsiz? Haralardasız?
- Yaxşıyam Rafiq bəy. Bəlkə bir çaylaşaq?
- Həəə…nolar…saat neçədə?
- Saat 6 necədi?
- Yaxşı…əladı.
- Lap yaxşı Sayman bəy! harda görüşək?
- Siz əziyyət çəkməyin Rafiq bəy. mən gələrəm evinizin qabağına…
- Hə…hə yaxşı. Onda görüşərik.
- Oldu bəy hələlik…
- Hələlik Sayman bəy!
Heç vaxt razı olmadım Rafiq bəy o dəhşətli yolu keçsin. Maşınlar sürətlə gəlib gedərdilər. Rafiqin özü də ehtiyat edərdi. Axşam on dəqiqə tez oraya çatdım. Rafiqi gözləmək mənim üçün şirin idi. Yeganə adamlardan idi ki, dərdimi, yəni Güneyimizin dərdini tam anlaya bilirdi. Sözlərimi ona deyə bilirdim.
Rafiq eynəyini oynayada-oynada gəldi xiyabanın qırağına. Məni axtarırdı. Siqnal çaldım. Əlini qaldırıb güldü və maşına tərəf gəldi. Məndən yaşca böyük olmağına baxmayaraq, Mənim yaşıtım kimi özünü aparırdı. Qurur nədir bilməzdi. Onun bu əsil insane xasiyyətlərinin heyranıydım.
- Salaaam
- Salam Sayman bəy! hə… çoxdandı gözlüyürsüz?
Mənim intizarda qalmağımın da dərdini çəkirdi!
- Yox, yox. Narahat olmayın bəy. Elə indilərdə gəlmişəm.
Nə fərq edir. Şəhərin hansısa parkında, hansısa bir kafedə oturduq. Dedi:
- Bir gənclə də görüşəcəm indi.
- Kimdi ki, Rafiq bəy!
- Nə bilim. Mən də tanımıram. Dedi yazılarıma tənqidi var. dedim gəlsin görək dəə.
Gəldi. Arıq bir saqqallı gənc. Dindar olması birinci baxışdan hiss olunurdu. Çatandan “inşallah”, “maşallah” dilindən düşmürdü. Demək olar ki, ikimizi də dildə bağlamışdı. Sanki kafedə mənbərə çıxmışıdı. Islam və Allahdan bizə dərs keçirdi.guya nə Rafiq və nə də mən İslam və Allahın nə olduğunu başa düşmürük. Dedim:
- Qardaşım! Mən sənin yaşında olanda gənclərə din və onun fəlsəfəsini dərs vermişəm.
Dedi:
- Elədirsə niyə Allahın yolunda çıxıbsız?
Rafiqlə gülümsəyərək bir-birimizə baxdıq. Dedim:
- Mövlananın dediyi, və Quarnda yazıldığı kimi desək, nə din və nə əqidənin seçməyində icbar ola bilməz. Biz Quranın və Allahın yox, diktatorun tənqidçisiyik. Mollalar dindən özlərinə qalxan kimi istifadə edirlər. Öz şəxsi maraqlarına qurban verirlər İslamı.
Rafiq dedi:
- İslam insani qanunlar deməkdi də. Ölkədə “ana yasa” varsa niyə gərək 1400 il bundan öncənin qanunlarına qayıdaq? Mollalar islam davası eləmirlər ki. Onlar şəriət qanunları, yəni özlərinin yaratdığı qanunlarla kütləni minməyə çalışırlar.
Haqlıydı. Mən özüm otuz il onun dediyi mühitdə yaşamaq ki yox, sürünmüşəm. Zindanlar və şikəncələr görmüşəm. Mənəvi baxımından təhqirlər görmüşük. İslam adıyla bizim milli və qanuni varlıqlarımızı tapdalıyıblar. Rafiq dedi:
- Məncə dünyada hər şeyi tənqid etmək olar. Allahın özü buyurub ki, “ birinci özünü tanı, sonar məni”. Özünü tanımaq üçün də sual verib şübhələrini qaldırmalısan. Hələ mənə de görüm, molla düz deyirsə niyə 40 miliyon Azərbaycan soydaşını basqıda və zindanlar içində yaşadır? Bu hansı bir İslam qanununa uyğun gəlir?
Dedim:
- Rafiq bəy! nə dini, nə İslamı. Bunlar hamısı bəhanədir. Biz müsəlman deyilik bəyəm? vallah mən demək olar ki, səhərdən axşama qədər Allahla danışıram ürəyimdə. Niyə Allah mollalara məxsusdu?
“Dindar” qardaş çox çalışırdı sözlərimizdən nəsə bir şey tutub yanlış yolda olduğumuzu desin. Amma haqqın qabağında nə deyə bilərdi. Çarəsiz adamlar kimi bu sözü sızıldayar dedi:
- İslama qarşı şübhə etmək “küfr”dü. Size kafərsiz…
Bir-iki istəkan çay içib getdi. Rafiqə dedim :
- Bəy! bunlarla nahaq yerə görüşürsən. Bunlar öyrənməyə və ya elmi mübahisəyə gəlmirlər ki. Gəlirlər bizi narahat edib getsinlər. Mən dinçiləri yaxşı tanıyıram. Məscidlərdə bu gənclərin beynini yuyurlar və yerini mənasız sözlərlə doldururlar. Yazıqlarda günah yoxdu. Haqqı yolunu yanlış göstəriblər bunlara.
Dedi:
- Sayman bəy! Mən liboy adamla söhbət etməyə və fikir mübadiləsi aparmağa hazirəm. bunlar daa insandılar de…
Rafiq qorxaq deyildi. Ürəyi dəryaydı. Kafər olmağı da zalim olmaqdan yaxşı bilirdi. Həzrəti Əli demişkən” ölkə küfriylə yıxılmaz, amma zülm ilə yıxılra”. Zülmün əli Rafiqi yıxmağa çalışsada, onun Allahı onu qorudu. Rafiqin allahı bütün millətin allahıdı. Elmin və islahın Allahıdı. Yıxılmağı gərəkli olan şey, zülmdür, küfr deyil…

Комментариев нет:
Отправить комментарий