Ata-qız məhəbbəti haqqında saxta əfsanə
Neçə illərdi Qız Qalası haqqında saxta bir əfsanənin kökünü axtarırdım. Axır ki, tapdım. Və əsl adı insest olan bu qurama rəvayətin mədəniyyətimizdə əksini tapmasına bircə məntiqli bir izah tapdım – sovet ideologiyası.
Sovet kinosunun İçəri Şəhərlə xüsusi bir bağlılığı var. Şərq şəhərinin kinoda əks etdirilməsi üçün rejissorlar həmişə bu məkana pənah gətirirdilər. “Anfibiya-adam”, “Brilyant əl”, “Tehran-43”ün çəkilişləri məhz İçəri Şəhərdə aparılıb. Bu filmoqrafiyada bir kinolent tamam unudulub. Və yaxşı ki, unudulub.
“Köhnə Bakı” adlı film. 2 seriyalı səssiz kino.
...Səməd xan çox narahatdır, çünki arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olub, amma anası vəfat edib. Qəzəblənmiş xan uşağa belə baxmadan əmr edir ki, onu saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda, bir qarının evində böyüyür və gözəllər gözəlinə çevrilir. Neçə illərdi Qız Qalası haqqında saxta bir əfsanənin kökünü axtarırdım. Axır ki, tapdım. Və əsl adı insest olan bu qurama rəvayətin mədəniyyətimizdə əksini tapmasına bircə məntiqli bir izah tapdım – sovet ideologiyası.
Sovet kinosunun İçəri Şəhərlə xüsusi bir bağlılığı var. Şərq şəhərinin kinoda əks etdirilməsi üçün rejissorlar həmişə bu məkana pənah gətirirdilər. “Anfibiya-adam”, “Brilyant əl”, “Tehran-43”ün çəkilişləri məhz İçəri Şəhərdə aparılıb. Bu filmoqrafiyada bir kinolent tamam unudulub. Və yaxşı ki, unudulub.
“Köhnə Bakı” adlı film. 2 seriyalı səssiz kino.
Bir gün xan ova çıxır və qızı Gülnarla (aktrisa Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. O, qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (aktyor İsmayıl Hidayətzadə) saraya çağırırlar. Lakin bir gün Gülnarı anasının libaslarında gördükdə, Səməd xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Ehtirasının əsirinə dönmüş feodal-ata, nəhayət, ürəyini qızına açır, onu sevdiyini deyir. Gülnar isə rüsvay olmaqdan xilası intiharda görür. Və xanın onun üçün tikdirdiyi Qız Qalasından özünü dənizə atıb həlak olur.
Sadəcə, məlumat üçün: filmin ssenari müəllifi N.Breslav-Lurye, rejissoru Vladimir Ballyuzekdir.
“Köhnə Bakı”nın çəkilişlərində o zamanlar üçün rekord rəqəm olan 1500 adam iştirak etmişdi. Onlardan biri – xanın arvadı və qızı rollarında çəkilən Sofiya Jozeffi adlı aktrisadır. Sofiya Jozeffi sirk artistləri ailəsində doğulmuş, uşaq yaşlarından ailəsi ilə birgə sirk şoularında iştirak etmişdi. 1923-1934-cü illər ərzində o, Azərbaycanda və Gürcüstanda onlarla filmə çəkilib. 1935-ci ildə şayiələr nəticəsində həbs olunub. Lakin sonralar həbsdən qurtulub, Amerikaya köçüb, ömrünün sonuna kimi, yəni 1982-ci ilə qədər orada yaşayıb.
Əlavə məlumat: “Köhnə Bakı” Ağasadıq Gəraybəylinin kinoda ilk işi idi. Filmdə rol almış digər məşhur aktyorlar isə Rza Darablı, Möhsün Sənani, Hənəfi Terequlov, Kazım Ziya, Hacıməmməd Qafqazlı (əyan), Məcid Şamxalov, Rüstəm Kazımov, Xeyri Əmirzadə və Ələkbər Hüseynzadədir.
***
“Qız Qalası” baleti – ilk Azərbaycan və Şərq baleti. Musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur. İlk premyera 1940-cı ildə baş tutub. İlk quruluşçu rejissor İsmayıl Hidayətzadə olub.
Süjet: Qəddarlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, varisi doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının dünyaya gəlişini qəzəblə qarşılayır. O uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu dayəsinə verib, saraydan gizlicə çıxmalarına kömək edir...
18 il sonra körpə qızcığaz füsunkar gözələ çevrilir. Həmişə şən, gülərüzlü Gülyanaq xoşbəxtdir, çünki onun sevib-seçdiyi Polad adında igid var. Və talelərinin birləşəcəyi toyun ən qızğın yerində xan öz adamları ilə qasırğa kimi kəndlilərin üstünü alır. Qızın gözəlliyi və vaxtı ilə sevdiyi keçmiş arvadı ilə oxşarlığı onu heyrətə salır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Lakin Polad sevgilisindən əl çəkə bilməz və onun uğrunda zülmkarla mübarizəyə hazırdır. Cahangir xanın əmri ilə Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin şərt qoyur: xan onun üçün dənizlə dövrələnən hündür qala tikdirməlidir. Cahangir xan razılaşır və onun əmri ilə kəndlilər hər yerdən qovulub tikintiyə gətirilirlər.
Nəhayət, qala tikilib qurtarır. Xan toyu başlamağı əmr edir. Hətta Gülyanağın onun doğma qızı olduğunu öyrənsə də, ondan əl çəkmək istəmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə qurtarır. Cahangir xan üçün onun məhəbbəti rəmzi olan qala, Gülyanaq üçün ölüm qülləsinə çevrilir: ümidzisliyindən o özünü dənizə atır...
***
Nəhayət, Cəfər Cabbarlının “Qız qalası” poeması.
“Bircə tutqun bu qızcığaz, bu ata.
Yarpaqaltı işıqlar оynaşıyоr;
Qıza Məcnun ata yaxınlaşıyоr,
Gözlərində alоvlu bir sevda;
Sərt, fəqət pək bоğuq səsiylə оna:
– Durna! – Qız diksinib, həzin, süzgün
Baxıyоr, qarşısında san düşkün,
Pək və şaşqın, yazıq ata, duruyоr.
– Yenə gəldinmi? – Оf, – deyib sоruyоr.
– Bu qədər qayğı, bunca işgəncə
Sanıyоrsan ki, azmı bir gəncə?
Məni, оnsuz düşüncələr bürümüş;
Fikrimi оnsuz da qayğılar yоrmuş.
Mənə оnsuz bu eşq tüğyani
Veriyоr bir əzabi-ruhani.
Yaxıyоr qəlbimi bu eşqin ya,
Оx, zavallı, aman, zavallı ata!
– Durna! Sus! Sus! Nədən bu danladığın?”
...20-ci illərdə çəkilmiş ilk ikiseriyalı səssiz bədii filimin təməli məhz C.Cabbarlının “Qız qalası” poemasıdır (“Maarif və mədəniyyət” jurnalı, 1923 № 4-5, 1924 № 2-3). Bəzi mənbələrdə “Qız qalası haqqında əfsanə” adıyla göstərilən filmlə bağlı bir mübahisəli məqam da mövcuddur. Belə ki, Səməd xan rolunu bir iddia İsmayıl hidayətzadənin deyil, Vaqram Panazyanın oynadığı qeyd olunur. Bundan başqa, kino tariximizdə bir başqa “Qız Qalası” da var – annimasiya filmi. 1984-cü ildə çəkilmiş bu film Rəsul Rzanın eyni adlı poeması (1978) əsasında çəkilib.
Məndən faktları çatdırmaq idi. Şərhləri öhdənə buraxıram, oxucu!
Əziz Rzazadə kulis.az
Комментариев нет:
Отправить комментарий