(Esse)
Noyabr ayının 23-ü adi günlərdən biri idi mənim üçün. Səhər yuxudan gec oyanmışdım, tələsik işə hazırlaşıb qaça-qaça avtobus dayanacağına yollandım.
Hava az küləkli, günəşli idi, inanmaq olmurdu ki, dünən axşam leysan yağışın altında evə qayıtmalı olmuşdum, özü də qaça-qaça. Son zamanlar nədənsə qaçaraq yaşayıram. Qaça-qaça işə, qaça-qaça evə...
Beləcə, bu qaçışlardabəzən özümü bir insan kimi deyil, hissiyatsız, duyğuları paslanmış, robotlaşmış statistik vahid - milyonlardan biri kimi qavrayıram. Hər şey mənasını itirmiş kimi görünür çox zaman.
İşdə də adi gün idi. Cari məsələlər, həmişəki kimi, qız-qıza söhbətlər, zarafatlar, incikliklər... Noyabr ayının 23-ü adi günlərdən biri idi mənim üçün. Səhər yuxudan gec oyanmışdım, tələsik işə hazırlaşıb qaça-qaça avtobus dayanacağına yollandım.
Hava az küləkli, günəşli idi, inanmaq olmurdu ki, dünən axşam leysan yağışın altında evə qayıtmalı olmuşdum, özü də qaça-qaça. Son zamanlar nədənsə qaçaraq yaşayıram. Qaça-qaça işə, qaça-qaça evə...
Beləcə, bu qaçışlardabəzən özümü bir insan kimi deyil, hissiyatsız, duyğuları paslanmış, robotlaşmış statistik vahid - milyonlardan biri kimi qavrayıram. Hər şey mənasını itirmiş kimi görünür çox zaman.
Gün ərzində internetə girmək imkanım da olmamışdı, hərçənd başqa günlər heç olmasa 20-30 dəqiqəlik də olsa, virtual dünyaya baş vura bilirdim.
Axşam evə gələn kimi e-mail poçtuma baxdım və Rafiq Tağının vəfatı haqqında linki gördüm.
Sonra saytlara baxdım, oxudum, sarsıldım...
Rafiq Tağı ilə cəmi 1-2 dəfə “Sənət” qəzetinin o zamanlar Sahil metrosu yaxınlığındakı redaksiyasında görüşmüşdüm.
Redaksiyanın balaca otağında, balaca masa arxasında balaca stəkanlardan çay içib, söhbət etmişdik. Səmimi sözləri və gülüşü, nurlu baxışları ilə məni valeh etmişdi.
Danışanda, bəzi sözləri uzadırdı... Güləndə, gülüşü sanki hardasa ürəyinin başında yaranıb dodaqlarında davam edirdi...
Bayramlarda ona sms yazanda mənə sms-lə cavab verməzdi, zəng edib minnətdarlığını bildirərdi. Və nədənsə məni hansısa musiqi müəllimi ilə səhv salırdı, soruşurdu ki, musiqi məktəbində işlərin necədir?
Deyirdim ki, mən musiqi məktəbində işləmirəm, duruxurdu, amma növbəti zəngində yenə də musiqi məktəbini soruşurdu.
Hansısa müsahibəsində demişdi ki, 90 yaşa qədər yaşayacağı fikrinə özünü indidən alışdırır. Və bir həkim kimi, uzunömürlü olmaq asan görünürdü ona, çünki, alimlərin fikrincə, insan orqanizmi üçün 120 illik ömür normadır, fəqət biz qeyri-sağlam həyat tərzi, qeyri-sağlam qidalanma və qeyri-sağlam fikirlərlə
(emosiyalarla) ömrümüzü baltalayırıq.
Amma nə biləydi ki, arxadan tuşlanan bıçağa rast gələcək... Nə biləydi ki, həkimlərin “Yaşayacaqsan!” vədi yalan olacaq...
Getdi...
Bizim üçün sevə-sevə yazdığı kənd nağıllarını indi mələklərə danışacaq...
kulis.az
Комментариев нет:
Отправить комментарий