30.11.2011

Məmurlar yenə hesabda irəli çıxırlar


ЗАКОНЫTuran Türk

Bu ilin əvvəlindən korrupsiya əleyhinə başlanan səsli-küylü mübarizə məmurların əlindən onsuz da yanıqlı olan xalqı əməlli-başlı hərəkətə gətirdi. Uzun illərdən bəri yığılıb qalmış problemlərin həllinə fürsət yetişdiyini zənn edən xalq əl-ayağa düşüb, nəhayət problemlərin həlli üçün çaba göstərməyə başladılar.
Kimisi gömrük əngəllərini rüşvətsiz aşmağın mümkünlüyünü anlayıb, xaricdən avtomobil və satış üçün mallar gətirməyə, kimisi nəhayət "şapkasız" kredit götürmək üçün müəyyən hazırlıqlara girişdi. Ən çox isə mənzil problemi ilə bağlı problemlərin həllinə girişməkdə böyük rəqabət yarandı. Çünki digər sahələrdən fərqli olaraq mənzil problemləri daha geniş kütləni əhatə edirdi. Bu problemlərin isə başında yeni tikilmişbinalara texniki pasport almaq dayanırdı. Axı Azərbaycan gerçəkliyində mənzilə texniki pasport alınması "xərci" bəzən mənzilin öz xərcini belə üstələyirdi.

Xalqın mənzil probleminin həllinə daha böyük önəm verməsi isə daha iki səbəbdən irəli gəlirdi. Birincisi hər kəsin öz mənzilinə sahibliyini təmin edən hüquqi sənədə nail olmaq kimi bir önəmli istəyi, ikincisi isə xalqın mənzil probleminin çox sadə şəkildə həllini müəyyən edən ölkə prezidentinin xüsusi sərəncamı.
Xalqın öz probelminin həlli üçün kütləvi hərəkətə başlaması məmur ordusunu əməlli-başlı köşəyə sıxışdırdığından, xalq-məmur münasibətlərində hesabı xalqın xeyrinə dəyişə bildi. Belə ki, xalqın öz hüququnu inamla tələb etməsi və rüşvətdən əli çıxan məmurların həm də təşəxxüslərinin əriməsi onların hesabda arxada qaldığınıgöstərirdi. Yaranmış şəraitdəki təəccüblü durum, hər iki tərəfi çaşdırdığı halda ilk özünə gəlib hesabda revanş yaradan tərəf yenə məmurlar oldu. Belə ki, onlar təmənnasız xidmətə hazır olduqlarını, amma hər şeyin qanunlar daxilində baş verə biləcəyini diktə edən tərəf kimi ilk növbədə öz təşəxxüslərini bərpa etdi. Hər kəsə çatdırıldı ki, dövlət rüsumları ödənilməklə müəyyən prosedurların başa çatmasınıgözləmək qanunun tələbidir. Bu prosedurların nə vaxta qədər sürə bilməsi isə artıq məmur səlahiyyətlərinin müstəsna hüququ sayıldığından xalq-məmur münasibətlərindəki hesabda revanş yarandı. Hətta bir çoxları bu süründürməçiliyə dözməyib könüllü olaraq "oyundan" çıxdı.
Hesabda revanş yaratmaqla vaxt qazanan məmurların sonrakı müddətdə qabağa çıxa bilmləri üçün bu taktika özü kifayət etdi. Çünki korrupsiya əleyhinə başlamışkompaniya "başa çatdığından" məmurlar yenidən hesabı öz xeyirlərinə həll edə bildilər. Əvəzində problemlərinin həlli üçün hərəkətə keçmiş xalq bir qədər də geriyə düşdü. Belə ki, onlar öz qanuni hüquqlarını təmin etmək üçün ödəməli olduqlarıdövlət rüsumunu, heç bir ehtiyacla hesablaşmadan, hətta bir qismini borc almaqla ödədikləri halda heç bir nəticəyə nail ola bilmədilər. Yəni "ip də getdi, it də getdi".
Arada yaranmış "böhranlı situasiyadan" uğurla çıxan məmur odrusu nəinki hesabda üstünlüklərini təmin etdilər, həmçinin onlar daha inamlı görünməyə başladılar. Daha böyük təşəxxüsü özlərinə təmin edən məmurlara belə bir həqiqət aydın oldu ki, onlarıtutduqları sərvət toplama rəqabətində kimsə sıxışdıra bilməyəcəkdir. Çünki bir halda ki, hakimiyyətin ən yuxarısında bu məqsədlə başlanan mübarizə iflasa uğradısa, onların yeganə yolunda yaşıl işığı kiminsə dayandırmağa gücü yetməyəcəkdir.
Əslində biz də elə məmurlarımızı belə şux görkəmdə və qalib simasında görməyə adət etdiyimizdən onları belə görmək bizə də xoşdur. Çünki nədənsə hansı yolla olursa-olsun pul qazanmağı və kreslo sahibi olanlara həmişə rəğbətlə yanşırıq.
Belə olmasaydı onlara təzim etməyi fəxarət saymaz, onlarla fürsət yarananda hörmətlə salamlaşmaq, yer göstərmək üçün sıraya durmazdıq. Yenidən öz yerlərini qoruyub, etimadımızı doğruldan məmurlarımızın uğurlarının təminatında deyəsən bir başa yuxarıdakılar özləri dayanır ki, bu da onların hesabda üstünlüklərini qorumalarının əsas qarantıdır.

Комментариев нет:

Отправить комментарий