İbrahim Sel
Professional Oxucu Liqası
İsrail özünə qarşı olan nifrəti öz ideologiyası və hərəkətləriylə, yəni sionizmlə ortaya çıxarmış və böyütmüşdür
İsrail ABŞ üzərindəki güclü lobbisindən istifadə edərək, Amerikanın qlobal siyasətini öz strateji mənfəətlərinə görə istiqamətləndirməkdədir. İsrailin Orta Şərqdə ehtiyac duyduğu tənzimləməni Vaşinqtondakı yəhudi lobbisi Amerikaya etdirməkdədir. Ötən on illər içində ABŞ-ın Orta Şərq siyasətinin həmişə İsrail lehinə inkişafının səbəbi budur. ABŞ-ın İraqa və Yaxın Şərqə təcavüzünün arxasındakı ən böyük faktor da elə İsrailin ABŞ siyasəti üzərindəki söz sahibliyidir. Tək məqsəd isə sionizmin gizli dünya hegemonluğuna nail olmaqdır.
İsrail kiçik bir ölkədir. Yəhudi vətəndaşlarının sayı 4,5 milyonu keçməz. Sahəsi də xəritədən gördüyünüz kimi, o qədər də böyük deyil. 1967-ci ildən bəri ətrafdakı bölgələri (Qərbi Şəriyə, Şerid, Golan təpələri və Qəzza) işğal altında alıb, ancaq indi işğal siyasətini davam etdirməkdə problemlərlə üzləşib. İşğalı bu masştabda davam etdirmək böyük çətinliklər yaradır.
1967-ci ildəki Altı Günlük müharibədən üzü bəri davam edən, 1987-ci ildə yüksələn İntifada hərəkəti ilə genişlənən Ərəb müqaviməti İsraili artıq haldan salıb. Sionizm nə qədər güclü və özünə arxayın görünməyə çalışsa da, İsrail cəmiyyətini köhnəltmiş, bir növ “milli sinir pozuqluğu” meydana gətirmişdir. Son illərdə israillilərə qarşı mənfi münasibət və hücumlar, İsrail cəmiyyətindəki gərginliyi və narahatlığı pik nöqtəsinə çatdırmışdır.
1967-ci ildəki Altı Günlük müharibədən üzü bəri davam edən, 1987-ci ildə yüksələn İntifada hərəkəti ilə genişlənən Ərəb müqaviməti İsraili artıq haldan salıb. Sionizm nə qədər güclü və özünə arxayın görünməyə çalışsa da, İsrail cəmiyyətini köhnəltmiş, bir növ “milli sinir pozuqluğu” meydana gətirmişdir. Son illərdə israillilərə qarşı mənfi münasibət və hücumlar, İsrail cəmiyyətindəki gərginliyi və narahatlığı pik nöqtəsinə çatdırmışdır.
İsrailə reaksiyanın qaynağı sionizmdir- işğalçıların bu qorxuları yersiz deyil. Bu kiçik dövlət, tarixi və sosioloji olaraq olduqca çətin bir vəziyyətdədir. Əzici əksəriyyəti müsəlman ərəblərdən ibarət olan Orta şərqdə tək başına işğalçı bir güc vəziyyətindədir. İsrailin dörd bir tərəfi illər boyunca döyüşdüyü, barışsa belə dostluq qura bilməyəcyi və irəlidə yenidən döyüşməsi ehtimalı olan xalqlarla doludur. Ərəblərin əhalisinin 200 milyonu aşdığı düşünülsə, 4,5 milyon yəhudinin bu coğrafiyada özünü etibarsız hiss etməsinin səbəbi daha yaxşı aydın olar. İsrail özünə qarşı olan nifrəti öz ideologiyası və hərəkətləriylə, yəni sionizmlə ortaya çıxarmış və böyütmüşdür. Orta şərqə girdiyi gündən etibarən ərəblərin torpaqlarının işğalı, onları maddi və mənəvi genosidini, lazım olsa açıq-aşkar öldürməyi hədəf olaraq təyin etmiş, bu hədəfi israrla tətbiq etmişdir. Dünyanın mütərəqqi hissəsinin istəyi İsrail dövlətinin də ərəblərə də narahatlıq etmədən bu torpaqlarda yaşamalarıdır. İsrailin yəhudi xalqının Fələstinin bir hissəsində, atalarının torpaqlarında həyat haqqına sahib olduqları da bir haqdır. Ancaq bu haqqın, başqa haqları (məsələn fələstinlilərin haqlarını) tapdalamadan yaşamasının tək yolu, İsrailin işğalçı, müstəmləkəçi və təcavüzkar sionist ideologiyanın yerinə, fələstinli ərəblərin də haqlarını qoruyan bir dövlət fəlsəfəsi ortaya qoymasıdır. Bölgənin qurtuluşu isə, bir zamanlar Orta şərqə barış və sabitlik gətirmiş olan “Osmanlı modeli”nin yenidən suveren olması, fərqli cəmiyyətlərin bir-birlərinin inanclarına və haqlarına hörmət göstərərək, düşmənlikdən uzaq şəkildə eyni torpaqları paylaşmalarıdır.
Dediyimiz model əsasında bir “Orta şərq Birliyi” qurula bilər. Gizli Dünya Dövlətinin təməlləri 1897-ci İldə Bazeldə toplanan Dünya Birinci Sionist Konqresində qoyularkən sionist lider Teodor Herzl ən keci 50 il sonra Orta şərqdə İsrail dövlətinin qurulacağını elan etmişdi. O illərdə ciddiliyə alınmayan bu konqresdə, ilk dəfə təhrif olunmuş Tövrat şərhləri ilə müşayiət olunan nəhəng bir xəritənin varlığından bəhs edilmişdi (Daha detallı məlumat üçün Harun Yəhya, “Sionizm Fəlsəfəsi” kitabını araşdıra bilərsiniz). Bu xəritənin ölçüləri nədir görəsən? Radikal yəhudilərə görə bu problemin cavabı təhrif olunmuş Tövratda açıqlanmışdır. “Yəhudilərə vəd edilən torpaqlar”, Köhnə Əhdə görə “Nildən Firata” uzanan məşhur coğrafiyanı əhatə etməkdədir. Tövratın Yaratma kitabının 15-ci Babında belə yazar: “O gündə Rəb, Abrahamla əhd edib dedi: Misir çayından böyük çaya, Firat çayına qədər bu diyarı, Kenileri və Kenizzileri və Kadmonileri və Hittileri və Perizzileri və Refaları və Amorileri və Kənanlıları və Girgaşileri və Yebusileri sənin nəsilinə (soyuna) verdim”.
Sionizmin “Vəd edilmiş torpaqlar”ı İraqı da əhatə edir. Tövrat şərhləriylə təsvir edilən bu sərhədlərin, indiki vaxtda hansı dövlətlərin torpaqlarına daxil olduğuna baxarkən isə olduqca maraqlı mənzərə ilə qarşılaşarıq. Yəhudi dini rəhbərləri və ictimai sözçüləri fərqli fikirlər qarşıya qoymuşlar, ancaq ən geniş əhatəli və ən çox qəbul görən xəritənin hansı bölgələri əhatə etdiyi İsrael Şahak tərəfindən belə açıqlanır: “İsrail torpaqlarının Tevratsal sərhədlərini göstərən fərqli xəritələr içində ən böyük sərhədlərə sahib olan versiya, bu bölgələri içinə alır: Cənubda bütün Sina yarımadası və buna əlavə olaraq şimali Misirin Qahirəyə qədər uzanan bir parçası; şərqdə, İordaniyanın hamısı və Səudiyyə Ərəbistanının şimal bölgəsi; Küveytin hamısı və İraqın çox böyük bir hissəsi; şimalda Livanın və Suriyanın hamısı və buna əlavə olaraq Türkiyənin Van gölünə qədər uzanan böyük bir parçası; və qərbdə Kipr. Bu sərhədlər haqqında dövlət dəstəyi ilə çox geniş əhatəli araşdırmalar aparılmış, atlaslara, kitablara və məqalələrə salınmış və məktəblərdə bu sərhədlərin təbliğatı getmişdir. Başda Guş Emunim olmaqla təsirli radikal qruplar, coğrafiyanın İsrail tərəfindən fəth edilməsini istəməklə qalmır, bu fəthin İlahi bir əmr olduğuna inandırırlar. Şahaka görə, İsraildə “Tevratsal sərhədlər” deyildikdə İraq torpaqlarını, Türkiyənin Cənub-şərqini və Kipri də ehtiva edən xəritə nəzərdə tutulur. Ariel Şaron 1993-cü ilin mayında Likud Konqresində, İsrailin “Tevratsal sərhədlər “i rəsmi siyasət olaraq mənimsəməsini təklif etmişdi. Bu təklifə qarşı nə Likudun içindən, nə də digər partiyalardan ciddi bir reaksiya gəlməmişdir, gələn reaksiyalar isə yenə praqmatik ölçüdədir. Şaronu tənqid edənlər, İsrailin bu coğrafiyanı ələ keçərəcək və əlində tutacaq gücə hələ sahib olmadığı arqumentini gətirirlər.
İsrailin “Dünya Suverenliyi” proyektində onun vuran əli olan ABŞ-a böyük rol ayrılıb. Kiçik bir əhaliyə, kiçik bir torpaq parçasına sahib olan, var olub-olmama qorxusu daşıyan bir dövlət necə olur “Dünya Suverenliyi” siyasəti yeridir, çox maraqlıdır. Bəli, həqiqətən də bu vəziyyət ilk baxışda ziddiyyətli kimi görünməkdədir. Amma real vəziyyət budur ki, İsrailin var-yox məsələsi, onu bütün Orta Şərqi təsir edəcək bir strategiya tətbiq etməyə yönəldir. Orta Şərqə hakim olmaq, bu həyati coğrafiyaya şəkil verə bilmək üçünsə bir “Dünya suverenliyi”, yəni dünyaya istiqamət verən qərar mexanizmlərinin hakimiyyəti lazımdır. Bu qərar mexanizmlərinin ən yaxını isə okeanın o biri üzündə, dünya hegemonluğunu öz üzərinə götürmüş ABŞ-dadır.
İsrail ABŞ üzərindəki güclü lobbisindən istifadə edərək, Amerikanın qlobal siyasətini öz strateji mənfəətlərinə görə istiqamətləndirməkdədir. İsrailin Orta şərqdə ehtiyac duyduğu tənzimləməni nə isə, Vaşinqtondakı İsrail lobbisi Amerikaya etdirməkdədir. Ötən on illər içində ABŞ-ın Orta Şərq siyasətinin həmişə İsrail lehinə inkişafının səbəbi budur. ABŞ-ın İraqa hücumu da, ərəb iştişaşları da yenə İsrailin Orta Şərq strategiyasının ABŞ əliylə icra edilməsindən başqa bir şey deyil.
İsrailin “Gizli Dünya Suverenliyi”ni həyata keçirmək üçün qurulmuş olan bir çox strategiya quruluşlarına ABŞ-da ciddi bir şəkildə fəaliyyət göstərən yəhudi lobbisi istiqamət verir. İndiki vaxtda ABŞ-ın qatılıdığı Orta Şərq siyasətində və İraqa müdaxilə məsələsində iki yəhudi strategiya quruluşunun böyük təsiri var: Təhlükəsizlik Məsələləri Üçün Yəhudi İnstitutu (JINSA) və Təhlükəsizlik Siyasətləri Mərkəzi (CSP). The Nation jurnalı məhz bu iki təşkilatın ABŞ-ın İraq siyasətini istiqamətləndirdiyini yazır: “JINSA-CSP qrupuna görə təkcə İraqda deyil, eyni zamanda İran, Suriya və Səudiyyə Ərəbistanında nəyə olursa olsun, təcili rejimin dəyişdirilməsi vacibdir. Onların mülahizəsinə görə, İsrail və ABŞ-ın təhlükəsizlik və rifahı, Orta Şərqdə təsis ediləcək bir hegemonluq ilə təmin oluna bilər. Bu hegemonluq isə hiylə, zorakıllıq, hakimiyyətə gətiriləcək kukla rejimlər və gizli əməliyyatlardan ibarət olan ənənəvi döyüş resepti ilə yaradılacaq”.
Əslində İraqa hücum və Səddam Hüseyn rejiminin silah gücü yıxılması planı, sanıldığı kimi 11 sentyabr 2001-ci ildən sonrakı “terrora qarşı mübarizə” nəticəsində deyil, bundan daha planlaşdırılmış və Vaşinqtonun gündəminə gətirilmişdi. Bu istiqamətdə ilk işarə 1997-ci ildə ortaya çıxdı. Vaşinqtondakı bir qrup İsrail yönümlü strategiyaçı qurduqları PNAC adlı “think-tank”la İraqın işğalı ssenarisini ortaya qoydular. PNAC-ın ən maraq doğuran üzvləri isə Corc Buş administrasiyasında önəmli yer tutan müdafə naziri Donald Ramsfeld və Prezident köməkçisi Dik Çeyni idi.
Philadelphia Daily News qəzetində dərc olunmuş “İraqı işğal etmək Buş qrupu üçün yeni bir fikir deyil: 11 sentyabrdan 4 il əvvəl plan hazır idi” başlıqlı məqalədə bu mövzuda bir çox məqamlara aydınlıq gətirilir: “Donald Ramsfeld, Dik Çeyni və bir qrup digər mühafizəkar ideoloqlar Amerikanın İraqı işğal planını hələ 1997-ci ildən başlamışdılar, yəni 11 sentyabr hücumlarından 4, Buşun prezidentliyə başlamasından 3 il əvvəl. Özlərinə PNAC (Yeni Amerikan Əsri Proyekti) adı verən bu qəribə və naməlum siyasət qrupuna Çeyni və Ramsfeldlə bərabər, Ramsfeldin yaxın köməkçisi Paul Volfovits və Buşun qardaşı Jeb Buş da daxil idi. Və daha o zamanlar belə, 1998-ci ilin yanvarında prezident Klintonu İraqı işğala razı salmağa çalışırdılar”. PNAC üzvlərinin Səddamı yıxmaq mövzusunda bu qədər israrlı olmalarının səbəbi nə idi? Eyni məqalədə bu mövzuda oxuyuruq: “Neft PNAC-ın İraq haqqında planlarında arxa planda bir yer tutsa da, itələyici güc kimi də görünmür. Pensilvaniya Universitetinin siyasət elmi professoru və Orta Şərq mütəxəssisi İan Lustik, Buşun siyasətini tənqid edərkən, neftin müharibə xərclərini ödəməyə bir ünsür olaraq götürüldüyünə diqqət çəkir. PNAC-dan Şmitt isə “mən Texasdanım və bildiyim neftçilərin hamısı əsgəri bir əməliyyata qarşıdır” deyir; “Neft bazarı sabitliksizlik istəmir”.
Professor Lustikə görə müharibə üçün daha güclü, amma gizli bir motivasiya qaynağı İsraildir: “Buş rəhbərliyindəki israilpərəstlər İraqdakı güc nümayişinin, fələstinliləri İsrail üçün xeyirli bir barış planını qəbul etməyə razı salacağını söyləyirlər”.
Bəli, İraqdakı müharibənin arxasındakı ən böyük motivasiya, yarım əsrdən çoxdur ki Orta Şərqdə qan tökməklə məşğul olan sionizmdir. Sionist ideologiyanın yox edilməsi təkcə İsrail və Orta Şərq üçün deyil, bütün dünya üçün sülh və əmin-amanlıq gətirəcək.
Комментариев нет:
Отправить комментарий