İlk tanışlığım kiçik bir öyküsünün farscaya çevirisiylə başladı: “Tez-tez şəkil çəkdir”. Rafiqi çox az bənzəri olan yazıçılardan gördüm. Rasim Qaracanın “Div” qoşuğu sankı Rafiq Tağıya baxılıb, onu rəsm edərkən yazılıbdır. Sadəcə onun iddiasız olduğu o qoşuqda qələmdən düşüb. Rafiq Tağı örnəyi az olan iddiasız yazıçılardan olub.
Rafiq Tağı bütün yumşaqlığı, yoldaşca baxışı, görüşü, davranışıyla birlikdə insani dəyərlərin qorunma prinsiplərinə toxunurkən çox acımasız davranan bir aydın, bir ziyalı tipi sərgiləyibdir.
Din qonusunda islama qarşı hansıysa özəl bir aleqiasi olduğunu sanmıram. Vətəndaşı olduğu ölkədən tutmuş, ölkəsinin yerləşdiyi bölgəyə kimi və bütün dünyaya yayılmış fundamental islamçılarla sorunu olduğu, onlara dözmədiyini bildirən bir yazıçı, bir jurnalist olubdur Rafi Tağı. Müsəlman bir ailədən gələn, müsəlman bir ölkənin vətəndaşı olub da müsəlman deyiləm söyləmək qolay iş deyil.
İndi imamlarının yanında əlləri dizlərinin üstündə, oturub da böyük bir fədakarlıq göstərmiş, kafir birisini öldürübən muqqəddəs islam dininə başı ucalıq qazandırmış o ölüm elçilərinini düşünürəm. Bütün öyrəndikləri itaət olan, boyun qoymaq olan, pirə, müctəhidə baş əymək olan bu yaratıqların bu gecəki sevincini düşünürəm. Ölümü daha bir evə, daha bir ayiləyə, daha bir topluma, daha bir ölkəyə qanlı əllərinin üstündə pay aparanların bu gecəki həyəcanını düşünürəm. Vurduqları bıçaqlar gül açıb, Rafiq Tağı düşdüyü yataqdan qalxmayıbdır.
İran İslam Respoblikasını Təbrik edirəm. Bütün din qullarını, müctəhid buyruğu qullarını təbrik edirəm. Sıra mənə düşməsin deyə susan “aydınları” təbrik edirəm. Bayramınız mübarək olsun. Biz dinsizlərin verdiyi ilk baş deyil, sonuncusu da olmayacaq, Rafiqimizi qəbul edin.
Qardaşım Rafiq!
Qardaşım Rafiq!
Sən getdinsə də qələmin getmədi. Biz burdayıq və sənin qələmin bu öykünün ardını yazacaqdır.
Sayqılarımla Qaraçay
Комментариев нет:
Отправить комментарий