Yenə həftə sonu, yenə istirahət, siyasətdən dincəlmək arzusu və yenə səndən asılı olmayan stress. Yaxşı ki, "Qarabağ" "Visla"nı udub bir az ürəyimi sakitləşdirdi. Yoxsa isti havada kondisioqnerin altında oturub gələn xəbərlərin oduna adamın cızdağı çıxardı, necə ki, çıxır da...
Bir müddət öncə sahibsizlər qəbiristanlığı haqda yazı yazmışdım. Qəbiristanlığı görəndən sonra bir həftə özümə gələ bilmirdim. Ekskavatorla qazılmış çalalar, qəbirlərin üstündə amanabənd dəmir parçalarının üstündə nömrələr. Ad da budur, soyad da, doğulub ölmə tarixi də, "Allah rəhmət eləsin"i də , şəkli də. Bu hən də bir qəbir şəkli gördüm. Qara mərmərdən sinə daşı, üstündə xarici dildə yazı. Ölənin ad soyadı haradasa bizimkiləri xatırladır. Əvvəl elə bildim xaricdə yaşayıb "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyib gəlib burada ölənlərdəndi.
Amma olum-ölüm tarixində cəmi bir il yaşadığı göstərilirdi.Daşın üstündəki " much loved by everyone" sözlərini də qızım tərcümə elədi: "hər kəs tərəfindən çox sevilən"... Belə çıxdı ki, mən "hər kəs"ə daxil deyiləm, çünki Dudi adlı nə tanışım var idi, nə də onu çox sevirdim. Sonra məlum oldu ki, bu Bakıda ...pişik qəbridi. "Vəfalı dostlar" baytarlıq klinikası onun üçün qəbir qazaraq dəfn eləyib. Hələ klinikada Dudi Dudilinin həyat hekayəsi də yazılı şəkildə saxlanılır. "Vəfalı dostlar" klinikasını Avstraliya vətəndaşı əslən Cənubi Azərbaycandan olan soydaşımız açıb. Ay vəfasız dostlar, gözünüzə su verin...Bir müddət öncə sahibsizlər qəbiristanlığı haqda yazı yazmışdım. Qəbiristanlığı görəndən sonra bir həftə özümə gələ bilmirdim. Ekskavatorla qazılmış çalalar, qəbirlərin üstündə amanabənd dəmir parçalarının üstündə nömrələr. Ad da budur, soyad da, doğulub ölmə tarixi də, "Allah rəhmət eləsin"i də , şəkli də. Bu hən də bir qəbir şəkli gördüm. Qara mərmərdən sinə daşı, üstündə xarici dildə yazı. Ölənin ad soyadı haradasa bizimkiləri xatırladır. Əvvəl elə bildim xaricdə yaşayıb "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" deyib gəlib burada ölənlərdəndi.
Oxuduğum ikinci xəbər məni bir az çaşdırdı. Axı bizim məhkəmələrdə oğrunu məhkəmə zalından azadlığa buraxmaq halları çoz az-az olur. Allah eləməmiş, birinin bir toyuğua nəfsin düşsə tutub basarlar. Amma Azərbaycan Elmlər Akademiyasının kitabxanasından 155 adda tarixi dəyəri oğurlayan iki nəfərin hər birinə şərti 3 il verərək məhkəmə zalından buraxıblar. Maraqlıdır ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183-cü (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama) maddəsi ilə ittiham olunublar. Bəs...
Xəbəriniz varmı ki, iyul ayının sonlarında turist firmalarına 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına BƏƏ vizasının verilməsinin müəyyən müddətə dayandırıldığı barədə xəbərdarlıq edilib?
Bu o deməkdir ki, azərbaycanlı kişilərə Dubaya getmək olmaz. Qadınlara isə olar. Qadağanın səbəbini isə çox sarsaq bir şeylə izah eləyiblər: beynəlxalq hava limanındakı aparatların texniki nasazlığı. Di havalanma, cızdağın çıxmasın- arvada gələndə apparat işləyir, kişiyə gələndə yox. Sonra da Bakıda səfərdə olan Dubay beynəlxalq hava limanının birinci terminalının direktoru, mayor Valid Əhməd "Flydubai" şirkətinin Bakı ofisinin təşkilatçılığı ilə keçirilən tədbirdə müsəlmançılıqdan, həmrəylikdən danışır. Bunun adı həmrəylikdir, yoxsa o?
O gün bir xəbər çıxdı ki, bəs "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi rayonu ərazisindəki ofisindən 80 min manat oğurlanıb. Əvvəl düşündüm ki, yəqin Açıq Cəmiyyət oluğu üçün nəzarətsiz qalıb, bağlı olsaydı açıq talaya bilməzdilər. Sonra məlum oldu ki, baltanın sapı özlərindənmiş, yəni pulları ofisin mühafizəçisi əkişdirib. Özü də aparıb gizlədib qonşusunun toyuq hinində. Oğurluğun səbəbini isə maddi imkansızlıqla əlaqələndirib. Kimin atası demişdi ki, əmanətə xəyanət olmaz, hə?..
Rusların prezidenti Dmitri Medvedev Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma tlə görüşüb və ondan bu yaxınlarda ölkəsində kençirilən futbol üzrə dünya çempionatına necə hazırlaşdıqlarını soruşub.
Rusiyanın 2018-ci il futbol üzrə Dünya Çempionatına ev sahaibliyi etmək niyyətində olduğunu xatırladan Dimitri Medvedev ərizələrinin qəbul olunmasında CAR-ın köməyinə ümid etdiklərini bildirib.
"CAR-da keçirilən dünya çempionatının təşkilatçılığna necə heyran olduğunu cənab Zumanın diqqətinə çatdırmışam. Biz də ölkəmizin dünya çempionatına ev sahibliyi etməsinə çalışırıq və bu işdə Cənubi afrikalı dostlarımızın fəal köməyinə ümid edirik",-deyə Rusiya prezidenti bildirib. Deyəsən ruslar 2018-də şeypur çalacaqlar. Axı CAR-dakı vuvuzellanın Rusiyadakı prototipi şeypurdu... Ay gidi dünya, 1980-də Rusiya dünyaya Olimpiadanı necə təşkil eləməkdən dərs deyirdi, indii Afrikadan şeypur çalmağı öyrənir...
İnanıram ki, məşhur ABŞ aktrisası Ancelina Colini hamınız tanıyırsınız. Bilirsiniz ki, haraya getsə, elə buralara da gəlsə rəsmi qarşılanar, şərəfinə ziyafətlər verilər, otağını silahlı qoruyarlar. Ulduzdu axı. Bu yaxında haqqında kitab da yazıblar.
Müəllifi Endryu Morton olan bu kitab "Ancelina Coli:Qadağan olunmuş bioqrafiya" adlanır. Kitabda Hollivud ulduzunun qalmaqallı faktlarından, heroin qəbul etdikdən sonra intihar eləmək istədiyindən, hətta bunun üçün pulu killer tapmasından, sonra ondan imtina etməsindən danışılır. Maraqlısı odur ki, Ancelinanın öz məşuqlarını tez-tez dəyişməsi, ən azından Leonardo DiKaprio, Miko Caqqero, Ralf Faynso və Kolin Farelle ilə görüşləri haqda elə danışılır ki, guya ər dəyişmək isti havada dondurma yemək kimi bir şeydir. Kimə təntənə düzəldir, kimi rəsmi qarşılayırıq, fahişəni?..
Bir az özümü ələ almaq və sizi ələ salmamaq üçün Zabratda olan maraqlı hadisədən danışım. Orada toyuq yumurtasından qartal dimdikli, qanadları tüksüz cücə çıxıb. Ta orasını deyəmmərəm ki, toyuq ayağısürüşkənlik eləyib, yoxsa onun altına qartal yumurtası soxuşdurublar, amma fakt belədir. Deyilənə görə cücənin anormallığı yalnız onun xarici görünüşü ilə bağlıdır, qalan mənada elə toyuq cücəsidir. Deməli məsələ toyuqda imiş... Kül başına, a bu hinin xoruzu!...
Əslində bu xəbəri yazmamaq da olardı. Amma bu yazı məni yandıran məsələlərə həsr olduğu üçün yazmasam olmazdı. Sənətinə çox hörmət elədiyim Brilyant (İncəsənət İnstitutunda oxuyanda adı belə idi, Brilliant sonradan meydana çıxıb) Dadaşova heç özünə yaraşmayan söz işlədib.
ANS PRESS-in məlumatına görə, xalq artisti tanınmış şoumen Mehmetəli Erbilin STAR TV-də yayımlanan proqramının qonağı olarkən ona ayaqlarını yumaq üçün azərbaycan qadını ilə evlənməyi məsləhət görüb: "Sən hər yerdən qız alırsan, birini də Azərbaycandan alsan, o qız sənin ayaqlarını yuyar".
Aldığı təklifdən təəccüblənən şoumen "Ayaqlarımı niyə, başımı yuyar" deyə B.Dadaşovaya cavab verib.
-Atam balası, Yanğın İdarəsinin telefonu neçədi?..
ogtaysalamov@rambler.ru
Комментариев нет:
Отправить комментарий