Qarazəncir Antimason Lojası
Nə üçün heç bir təyyarə tərəfindən hücuma məruz qalmayan dünya ticarət mərkəzinin 7-ci qülləsi uçdu? Nə üçün sərnişin təyyarəsinin qalıqları Amerikanın müdafiə nazirliyi binasında tapılmadı?
Professor Con Kelmanın “beyinləri yuyulmuş qoyunlar” adlandırdığı amerikalılar artıq Nyu-York və Vaşinqtonda baş vermiş 11 sentyabr terrorunun ABŞ hökuməti tərəfindən törədildiyinə inanır. Son zamanlar Amerika və İngiltərədə keçirilmiş rəy sorğularına əsasən, amerikanların 15%-i və İngiltərənin 14%-i bu hadisənin Amerika dövləti və yaxud hətta sionist rejim tərəfindən planlaşdırıldığına əmindir. Başqa statistikalara əsasən isə bu fitnəkar planın himayədarlarının sayında artım da hiss olunur.
2001-ci il sentyabrın 11-də səhər tezdən baş verən hadisə Amerika tarixini alt-üst etdi. Bir çoxları bu hadisənin Amerikanın İkinci Dünya Müharibəsində Yaponiyanın Perl Xarbor limanına hücumu ilə müqayisə edirlər. Bəzi tarixçilər Amerikanın o zamankı prezidenti Franklin Ruzeltin Perl Xarbora qarşı hücumu haqda xəbərdarlığını, bütün bunlara rəğmən isə Amerikanın Avropada gedən müharibəyə daxil olmasının zəruri olduğunu göstərmək üçün Havay adalarında ABŞ dəniz donanamasının bombardmançılarının qarşısını almaq üçün heç bir tədbir görmədiyi qənaətindədirlər. Perl Xarbora qarşı hücumdan 70 ilin keçməsinə baxmayaraq, hələ bu təyinedici hadisənin həqiqətləri açılmayıb.
Əlbəttə, 11 sentyabr hadisəsi Perl Xarborla müqayisədə daha da şübhəli nəzərə gəlir. Bir çoxları logestik və təhlükəsizlik himayələrə malik olmayan bir qrup terrorçunun 4 sərnişin təyyarəsini eyni zamanda oğurlayıb, Amerikanın iqtisadi və hərbi mərkəzinə qarşı hücum həyata keçirə bilməyə qadir olmadığı qənaətindədirlər.
11 sentyabr hadisəsi haqda bəzi şübhələr bunlardan ibarətdir:
Nə üçün heç bir təyyarə tərəfindən hücuma məruz qalmayan dünya ticarət mərkəzinin 7-ci qülləsi uçdu? Nə üçün sərnişin təyyarəsinin qalıqları Amerikanın müdafiə nazirliyi binasında tapılmadı?
Tədqiqatçılar Nyu Yorkdakı əkiz göydələnlərin binasında partlayış baş verməsi ilə təyyarələrin bu göydələnlərə dəyməsi ilə eyni zamanda dağıldığı qənaətindədirlər. Həmçinin onlar bəzi faktlar göstərirlər ki, bu faktlara əsasən, Pentaqon binasının bir raketin dəyməsi nəticəsində dağıldığı müşahidə edilir. Əgər bu fərziyələr sübut olunarsa, Əl-Kaidə amillərinin Amerikanın təhlükəsizik və kəşfiyyat xidməti quruluşunun daxilində himayələri, habelə o zamankı hökumət sonrakı bəhrələnmələr üçün bu hadisəyə göz yumması isbat olunacaq.
Əlbəttə, Amerika hökumətinin 11 sentyabr hadisəsinin baş verməsi və 3 mindən çox amerikalının həlakında rolu sübut olunmasa da belə, Ağ Evin bu bəhanə ilə dünyanın 2 ölkəsinə hücumu və işğal fərmanı verdiyi və dünyanın şiddətli təhlükəyə saldığı inkaredilməz bir fakt olacaq. Ona görə də bir qrup siyasi müşahidəçilər 11 sentyabr hadisəsindən sonra baş verənlərin, qeyd edilən hadisənin baş verməsinə səbəb olan macəralardan daha əhəmiyyətli olması qənaətindədirlər.
Комментариев нет:
Отправить комментарий