23.11.2011

“Şeir ölüb?” polemikasına yazılan şeir

 (382x367, 99Kb)Ziba Xəlil


Deyirlər şeir ölüb.
Çoxdan köçüb həyatdan.
Şeir yazan bolsa da
Şeir oxuyan yoxdu.
Dünya qloballaşıb.
Dünya “feysbuklaşıb”.
Şeirə nə yer qalıb.
Nə həvəs, nə hövsələ.
Qovhaqovlu işlərdən.
Baş ayılmayır hələ.
Kimdi şeir oxuyan?


Kimdi şeir dinləyən?
Şeir heç nə həll etmir.
Problemlər boğazdan.
Şeir gəlir gətirmir.
Elə ölsə yaxşıdı.
Lap gömülsə yaxşıdı.
Daşlaşmış ürəkləri
Şeir necə yumşaldar.
Dini - şöhrət, nəfsi - pul.
Şah, nökərlər, bir də qul.
Şeir də məddahlığın
Ən gərəkli janrıdı.
İndi o da qiymətsiz.
İndi yaltaq dost deyil.
Sadiq nökər dəbdədi.
Kefin bu an kökdədi.
Gələcəyin cibdədi.
Yazıq, babal məddahlar
Buz üstündə sürüşdü.
Yazılan o mədhlər.
Poemalar, romanlar.
Zir-zibilə dönüşdü.
Əsl şeir kül altda
Soyumayıb közərir.
Öz möhtəşəm, triumfal
Zamanını gözləyir.
Yox şeir heç ölməyib.
O yaşayır, diridi.
Duyğulu insanlrın
Sığınacaq yeridi.

Комментариев нет:

Отправить комментарий