Haqqı yeyilən 60 işçi üsyana qalxıb
Nə zamandır "Kred-Aqro" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ilə bağlı yerli mətbuatda məlumatlar yayılmaqda, bu quruma rəhbərlik edən Eldar Cəfərovun qanunsuz şəkildə vətəndaşları taladığını sübuta yetirən faktlar yayılmaqdadır. Amma buna baxmayaraq, hələ də müvafiq dövlət qurumları əslində ABŞ-ın "AcdiVoca" təşkilatının Azərbaycandakı nümayəndəliyi olan bu qurumla bağlı heç bir tədbir görmür.
Hətta bu günlərdə haqsız olaraq işlərindən uzaqlaşdırılmış 60-a yaxın işçinin prezidentə və digər ali dövlət qurumlarına etdikləri şikayətlər də diqqətə alınmır. ABŞ bayrağı altında azərbaycan insanlarının pullarının mənimsənilməsi sanki kimsənn umrunda deyil.
Hər halda, ay ərzində 2000 manat qazanmaqla da bu imperiyanın qurulması qeyri-mümkündür. Elə isə mötəbər mənbələrin ötürdüyü faktlarla siz də
Eldar Cəfərovun topdağıtmaz əmlakı:
1. Bakının Novxanı qəsəbəsində möhtəşəm villa - dəyəri 1.000.000 ABŞ dolları
2. Bakı şəhəri Yasamal rayon polis idarəsinin yaxınlığında mülk - dəyəri 500.000 ABŞ dolları
3. 10-AA-315 dövlət nömrə nişanlı son model Mercedes "S-Klass" - dəyəri 120.000 ABŞ dolları
4. "Toyota-Prado" markalı avtomobil - dəyəri 60.000 ABŞ dolları
5. Tovuz rayonu Düz Qırıqlı kəndi, "Bakı-Qazax yolunun sağında yerləşən "Oğuz" şadlıq sarayı - dəyəri 700.000 ABŞ dolları
6. "İnvest" BOKT-də anası (həm də təsisçidir) Cəfərova Xatunun adına 500.000 manat vəsait (digər təsisçi "TexnikaBank"ın Müşahidə Şurasının sədrinin oğlu Kəramət Əliyevdir)
7. "Finans" Texnoloji Kredit Təşkilatında dayısı oğlu Fərid Nağıyevin adına 200.000 manat
8. Yerli və xarici banklarda dəyəri 2.000.000 ABŞ dollarından çox olan səhm və pullar.
Hər halda, bu faktların özü də yetərlidir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hərəkətə keçsin. Onu da xatırladaq ki, baş prokuror Zakir Qaralov da bu günlərdə verdiyi açıqlamasında bank sektorunda korrupsiya yoxlamalarının aparılacağını bəyan etmişdi.
Rəşad http://bizimdovr.az/
Комментариев нет:
Отправить комментарий