Bir gün qocalsam əgər
9 may sevinci ilə yaşayan veteranlar kimi
Gözlərim müharibə atəşi ilə yanmayacaq.
Gəncliyin ehtirasında da,
qocalığın müdrikliyində də
Savaşlara qarşı olacağam.
Hərb tarixi ismimi anmayacaq
Bir gün qocalsam əgər
Uşaqların üzümə gülümsəməsini
Əllərimin qırışları ilə ömrümə səyahət etməsini
Gənclərin bir çay kənarında
əbədi uyuyan filosofun yanında
gömməsini istəyərəm.
Qocalıq zülm deyil,
zülm harada qocalmaqdır
Qocalıq siyasət kimidir
Bəzən məhbus,
bəzən elita olub ucalmaqdır
Olar ki, bir gün öldürülsəm
Təhlükəsizlik kamerasından
ölümümü izləməyin
Kameranın bulanıq görüntüsündə
aciz təsvirimin qalmasını istəmirəm.
Комментариев нет:
Отправить комментарий