Bizim dəyərimiz nə neft, nə var-dövlət, nə də başqa şeylərdir, məhz şəxsiyyətlərimiz, dəyərli Azərbaycanlılarımızdır...
Xalq Şairi Rəsul Rza 1981-ci il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Ənənəvi olaraq, hər il bu tarixdə ölkə və xarici ədəbi-mıədəni ictimaiyyətimiz görkəmli şairin əbədiyyətə qovuşduğu məkanı ziyarət edir. Bu il də elə oldu. İraqdan gələn Rəsulsevərlər də daxil olmaqla böyük modernist şairi ziyarət edəndə bu şəkilləri tarixiləşdirdim...
Rəsul Rza - RZAYEV RƏSUL İBRAHIM oğlu - şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azər- baycanın Əməkdar incəsənət xadimi (1945). 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə tanınmış Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. 1924-cü ildə ÜİLKGİ sıralarına daxil olur, Göyçayın ictimai həyatında fəal iştirak edir: dram dərnəyi yaradır, şəhərdə, kəndlərdə tamaşalar verir. Göyçay şəhər kitabxanasında müdir (1924), həmkarlar klubunda gənclər bölməsinin (1925) işləyir, Tbilisidə Zaqafqaziya Kommunist universitetinin kooperasiya şöbəsində təhsil alır (1926-1927). Bu dövrdə ilk şerini «QığıIcım» almanaxında çap etdirir. «Dan ulduzu» jurnalında «Oğul qatili», «Arvadbaz», «Dilarə» hekayələri, «Yeni fikir» və «Zarya Vostoka» qəzetlərində bir neçə şeri dərc olunur. 1930-cu ildə Bakıya köçməsi onun yaradıcılığında dönüş yaradır. «Gənc işçi» qəzeti redaksiyasında tərcüməçi kimi işə düzəlir, məqalə, oçerk və şerlərini müntəzəm çap etdirməyə başlayır. «Çapey» adlı ilk şer kitabında olan «Bolşevik yazı» şeri ilə öz yaradıcılıq yolunu elan edir. O, Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirir (1934-1937). Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır. Rəsul Rzanın həyat yoldaşı – şairə Nigar Rəfibəyli, Azərbaycanın xalq şairi. Onların oğlu – Anar, 1938-ci ildə anadan olmuş, məhşur yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Aydin Xan Ebilov

Комментариев нет:
Отправить комментарий