03.08.2012

BÖYÜK SÖZÜN “UŞAĞI”, YAXUD SALAMIN “FERMA TEOREMİ”

Sakit Orduxanlı


Salam Sarvanın 46 illiyinə


Salam  Sarvan- poeziyamızın ən qüdrətli söz ustadı...
Salam  Sarvan- sözə uduzan, ağı, ağası olduğu sözə uduzmayan, sözdən söz tutan söz uşağı...
Yox gerisini yazmayacağam. Ki  tərifdən xoşu gəlməyən özündən 5 –cə yaş uşağın söz tənəsiylə üzləşməyin, düz 46- ildir həyatda  daban-dabana addımladığım söz şahı Salamın sözünün qulu olmağı arzulasam da belə...
İllərdir mətbuatda olmağma baxmayaraq Salam haqqında yazmağa əlim gəlməyib-qorxmuşam, çəkinmişəm və daha doğrusu buna qüdrətim çatmayıb.
Yazsaydım, yaza bilsəydim yəqin ki, yazdıqlarım bir yox, iki-üç  “Kapital”-lıq olardı. Çünki mən onunla uşqalıqdan bu yana hər zaman və hər yerdə “patok” yoldaşı olmuşam.
Salamla eyni ocağın –sözün “Lotusu” Süleyman ocağının külündən  törəsək də  o mənim  üçün  hər  mənadada böyük,  öyrədən və “ öyrədən” olub... Elə bil ki, doğularkən  “inqə”-dən  başqa   söz bilməyən  uşaq deyildi uşaqlığın uşaqı Salam. Bıcaqla düzəltdiyi qapı-pəncərədə   də uşaqlıq dostu  Yaşardan  yaxşı düzəldə bildiyi  “tel-arabası”-nda da söz yazmışdı o.
Qısqanc? Xain, təkəbbürlü  deyildi uşaq Salam, heç kəsin ona öyrətmədiyini  hamıya öyrədərdi o-elə  mənə də.
Yaxşı yadımdadır, dədəli-nənəli ola-ola  yaxşı  təhsil  almaqdan ötəri  məcburi  “deportasiya olunduğum Biləsuvar şəhər  orta internat evində  oxuyarkən  dəqiq elimlərə maraq  göstərməyimə baxmayaraq tarix  müəllimimiz  Məhəmməd tarix kabinetinin açarını  Salama, bizə oxumağı və təkrari məsləhət  bilən kişinin  muzeyinin açarını  Salama  xatir mənə  “bağışlamışdı” Ki, dərsdən sonra  “yuvamıza” çəkilib dərslərimizə  yaxşı “baxaq”, oxuyub “adam” olaq. Mən də hər həftə Salamın  həm də mənim   dərslərimdə  oturan  dayılarımın qorxusundan  “yuvama”  çəkilib sabahki dərslərimi  hazırlayır,  yorulanda kitab-dəftərimi kənara itələyib mənimlə yanaşı  duran, saçlarının  tökülməsindən  dədəmə  oxşayanı Leninə  baxardım və  həmən an yadıma dədəm düşdüyündən ağlayardım. Nəmli gözlərimi  yuxarı qaldırıb  gözünü məndən çəkmədən  bic-bic gülümsəyən  Leninə  baxanda onun “oxumaq oxumaq yenə oxumaq”  kəlamını yadıma salıb  əlimi ən çox sevdiyim “ Cəbir”ə atardım.
Bir dəfə “yuvamda”  yarı ac- yarı tox “Ferma teoremi”ni  oxuyub hazırlamaq  üçün “Cəbr”i vərəqləyəndə “qonşum”  Salam içəri girib  Leninə qəribə  tərzdə  salam verəndən  sonra “Acmışam,  dur gedək bir tikə çörək yeyək –dedi: Mən isə dərslərimin çətin  olduğunu deyib getmək istəmədim, amma qarşımdakı  açıq  kitaba baxan Salamın “ Ferma teoremini”? əh  nə var onu bilməyə, dur gedək yolda sənə öyrədərəm” deməsindən sonra 5 ci sinif uşağının  bu teoremi necə bilməsini öyrənməy məqsədi ilə  ona qoşuldum və yol boyu Salam mənə həmən teoremi belə öyrətdi:
Riyaziyyat dərsində müəllim şagirdən soruşur:
-“Ferma teoremi”ni bilirsənmi?
-Bəli.
-Danış görüm.
-Ferma  müdirinin  qarnı  yekəlirsə, deməli Fermada qoyunların sayı azalır.
İsbat elə.
Müfəttiş isbat edəcək.
Şagird haradan biləydi ki, ferma müdiri  müfəttişin təbaşirini arağ şüşəsində çoxdan  “İsladıb”.
Bəli həmən gün mən “Cəbr”i   açmadım  və səhər    dərsdə “Ferma teoremi”nin “müəllifini” qeyd  etməklə  danışdım. Riyaziyyat  müəllimimiz  bixeyləm gülərək Salamı sinifimizə  gətizdirib alnından  öpdü və mənə beş  yazdı...
Bir dəfə də bütün “internat” uşaqları  yay tətilinə buraxıldığından  Salam hər gün bizim  evimizə  gəlib  şəxsi  kitabxanamda “eşələnər”, mənsə  buraxılış imtahanlarına hazırlaşardım. Bütün buraxılış imtahanlarına  düşən fənləri su kimi  “içsəm” də, “Kimya”dan axsayırdım və  həmən imtahanda  Maarif Nazirliyinin  nümayəndəsinin  iştirak edəcəyini  bildiyimdən sinifdə qalmaq, attestat almaq  təhlükəsi ilə  üz-üzə  idim. Sağ olmuş Salam  onun “çəmini” tapdı. Və....
İmtahan günü imtahan götürən müəllimlər, Maarif Nazirliyindən  gələn nümayəndə  “Kimya kabineti”ndə  yerlərini  rahatlamamış soyad sırası ilə bilet çəkməyə  birinci  dəvət olunacağımı bildiyimdən su ilə doldurduğum butulkanı  və stakanı nümayəndənin  qarşısına  qoyub “ Müəllim buyurun, sussasanız distillə edilmiş   H2O için” dedim və ürəyim  əsə-əsə  onun  reaksiyasını  gözlədim. Nümayəndəsə  bir butulkaya  bir mənə baxıb “Çox sağ ol oğlum ki, mənimlə “Kimya dilin”də  danışdın, gedə bilərsən” deyib mənə 5 yazdı.
Zatən mənim bu gündə Salama –söz  sənətinin 46 yaşlı  “uşağı”na ehtiyacım var, sözün ona ehtiyacı olduğu qədər...
İ.S- “Uşaq” Salamın mənə “öyrətdiklərindən”danışdım. Böyük Salamın öyrətdiklərisə...
50 illik yubleyində  görüşənəd Böyük “Uşaq” Salam Sarvan!

Комментариев нет:

Отправить комментарий