03.08.2012

DÖVLƏTİN XEYİRHAH NİYYƏTLƏRİ İLƏ -1


Vüqar Xəzaralının tərcümələri

Ceyms Skot


"Və Kartoqraflar Kolleqiyası, imperiyanın öz ölçüsü böyda və sonuncu nöqtəsinə qədər onunla üst-üstə düşən imperiyanın xəritəsini yaratdı...Sələfləri bu Əhatəli Xəritəni gərəksiz hesab etdilər və insafsızcasına onu Günəşin və Soyuqların özbaşınalığına buraxdılar". Suares Miranda. Ehtiyatlı kişilərin səhayətləri. 1658.


Orta Əsr şəhəri yaxud Orta Şərq şəhərinin qədim hissəsi (mədinə), əgər onların sürəti zamanla çox dəyişməyibsə, aerofotoçəkilişdə özünəməxsus qaydasız görünüşə malikdirlər. Əgər daha dəqiq desək, heç bir ideal mücərrəd formaya tabe deyillər. Küçələr, dalanlar və keçidlər çeşidli bucaqlar arasında kəsişirlər, üstəlik bu şəbəkənin tünlüyü bir növ üzvü əsnaların mürəkkəbliyinə oxşayırdı.
Müdafiəsi üçün divar və xəndəklərdə ehtiyacı olan Orta Əsr şəhərlərinin tədricən mərkəzlərindən uzaqlaşan divarları, ağacın yaş həlqələrini bənzədirdi. Bunun bariz nümunəsi kimi Brüqqe şəhərinin 1500 ilin görünüşü ola bilər. Bu tipik Orta Əsr şəhəri qala divarları, bazarı, çayı və kanalları,( tıxanana qədər), tacirlər və toxucuların şəhərinin damarları rolunu oynayırdı.
Əlbəttə əgər şəhər vahid plan üzrə tikilmirdisə, onun strukturunda həndəsi məntiq çatışmırdı, amma sakinləri bu heç cürə narahat etmirdi. Asanlıqla təsəvvür etmək olar ki, onun küçələrinin əksəriyyətini əvvəllər piyadaları açdığı çığırlar təşkil edirdi. Kvartallarında böyüyənlər üçün, Brüqqe tamamilə aydın idi. Onun dalanları və sokakları onları gündəlik hərəkət istiqamətlərini əks edirdi. İlk dəfə şəhərə gəlmiş səyyah yaxud tacir, guman ki, azardı, amma ancaq ona görə ki, şəhər ikincil, mücərrəd məntiqdən məhrum idi, hansı ki, gəlməyə müstəqil olaraq şəhərdə səmti aşkarlamağa imkan verə bilərdi. Demək olar ki, 1500 il Brüqqesinin şəhər mənzərəsi yerli biliyə xarici üzərində daha çox üstünlük verir, o cümlədən xarici(dışarıdan) siyasi qüvvə qarşısında. Şəhər strukturunda bu üsütünlük məkan mənasında funksionaldır, dil strukturunda bu az və çətin anlanan dialektin funksionallığına analojidir. Yarıkeçirgən membran kimi, o şəhərdə oriyentasiyanı, şəhərdə doğulanlar üçün asanlaşdırır, eyni zamanda burada doğulmayanlar və bu özəl coğrafi dialektə malik olmayanlar üçün çətinləşdirir. Tarixən şəhər məhəllələrinin(yaxud onların şəhərdənkənar analoqu olan-təpələr, bataqlıqlar və meşələr) gəlmələr üçün nisbi keçilməzliyi, yerlilər üçün həyati vacib səddi təmin edirdi-xarici hakimiyyətdən siyasi müstəqilliyini. Belə səddin müəyən olunmasının ən sadə yolu- “xam” adamdan burada bələdçisiz yolu tapa biləcəyini soruşmaqdır. Və əgər cavab mənfidirsə, bu amil, hazırda burada yaşayan cəmiyyətin, xarici müdaxilədən hansısa dərəcədə qorunması deməkdir. Daxili həmrəyliklə ahəngdə, bu müdafiyə 13 -19 əsrin əvvəlində çörək qiyamlarında dəfələrlə öz siyasi mənasını sübut etmişdir., Əlcəzairin milli qurtuluş cəbhəsinin Kazbedəki inadlı müqaviməti və İran şahını devirməyə imkan verən şərq bazarı. Beləliklə yerli coğrafiyanın özgələr üçün geyri-müəyyənliyi siyasi muxtariyyatın qaynağı kimi qalmaqdadır. Əski şəhərləri yenidən layihələndirməyə cürət etməyən(aşağıda biz bu məsələni daha yaxından araşdıracayıq) dövlət hakimiyyəti, heç olmasa, çətin keçilən yaşayış məskənlərin xəritəsini tərtib etməyə çalışırdılar ki, onların siyasi və inzibati idarəçiliyini təmin edə bilsinlər. İnqilabdan sonra Fransanın əksər şəhərləri hərtərəfli hərbi kartoqrafik kəşfiyyatına məruz qalmışdılar. Hakimiyyət, üsyan vaxtı, şəhərin istənilən yerinə düşməsini təmin etməyə çalışırdı ki, effektli tədbir görə bilsin və qiyamçıları yatıra bilsin. Gözlənildiyi kimi, dövlət hakimiyyəti və şəhəri layihələndirənlər məkan nizamsızlığını aradan qaldırmağa və şəhərləri görünüş üçün daha anlaqlı etməyə çalışırdılar. Onların gözünə görünən şəhərin istənilən qarışıq tarixi tikililərə münasibəti, meşəbəyinin meşənin təbii xaotikliyinə olan münasibətindən fərqlənmir. Həndəsi cəhətdən doğru qəsəbələr(şəbəkəvari şəhər strukturları) öz kökləri ilə düzbucaqlı hərbi məntiqə gedib çıxır. Kvadrat, tənzimlənən standart roma hərbi düşərgəsi(kastra)çox üstünlüyə malikdir. Əskərlər asanlıqla onların tikilməsi bacarığına yiyələnirdilər; alay komandirləri həm öz həm da başqa alayların yerlərinə dəqiq bələddirlər; Romadan düşərgəyə gələn istənilən çapar və məmur, lazımı zabitin yerini dəqiq bilir. Ümumi məqsədlərdən məlumdur ki, düşərgə və şəhərlərin eyni sxem üzrə, qayda və hakimiyyət simvolu kimi tikiliş ideyası böyük və çoxmillətli imperiyalar üçün cəlbedici ola bilər. Hələ onu demirik ki, bütün başqa eyni şərtlər şəraitində, sadə təkrar məntiqlə tikilən şəhər, idarə və müdafiyə üçün ən məqbul hesab olunur. Həndəsi doğru şəhər planlaşdırılmasının bütün siyasi və inzibati rahatlığı ilə birgə, xüsusi estetik dəyərini ona, entuziazm(coşqu) ilə, düz xətləri və qayda görüntüsünü qəbul edən Marifçilik dövrü verdi. Hamıdan aydın bu münasibəti Dekart ifadə etdi: “ Əski şəhərlər vaxt ərzində artaraq, kiçik qəsəbələrdən böyük şəhərlərə çevrilərək, adətən düzənlikdə bir mühəndisin fikri ilə tikilən qala - şəhərlərlə müqayisədə o qədər pis planlanıblar ki, hətta ayrılıqda baxdıqda belə bu binalarda, heç də daha az incəsənət tapmırsan, nəinki qalaların binalarında, ancaq yerləşməsini - burada böyük, orada kiçik - və onlardan keçən küçələrin necə eyri və çeşidli uzunluqda olduğunu görəndə, düşünmək olar ki, bu daha çox təsadüfün işidir, nəinki insanların”.
Dekartın yaxşı şəhər barədə təsəvvürləri meşələrin salınmasını yada salır: düzbucaq altında kəsişən düz küçələr; həm ölçülərdə həm də formada eyni binalar; hər şey vahid və ümumi plan üzrə tikilib. Güclü dövlətlə stereotipcəsinə layihələndirilən şəhər arasında olan seçim qohumluğu aşkardır. Lyuis Mamford, şəhər planlaşdırması tarixçisi, çağdaş avropa şəhərsalmasının köklərini italyan şəhər-dövlətlərin sərrast barokko stilində görür. O hesab edir ki, onunla bütünlüklə Dekart da razılaşardı ki: “Barokko dövrünün ən böyük intellektual qələbələrindən biri məkanın təşkil olunmasında, davamlılığın təmin olunmasında, ölçüyə və qaydaya salınmasında idi”. Məhzinə görə, şəhərlərin barokko stilində yenidən layihələndirilməsi – böyük binaların yaranması, açılmış məkanlar və meydanlarla və eynitipliyə can atmaqla, nisbət və perspektivlə--hakimin calalının və üstün iqtidarının timsalı olmalı idi. Estetik mülahizə çox vaxt cari sosial struktur və gündəlik şəhər həyatı üzərində üstünlük əldə edirdi. “Buldozerlərin icad olunmasında çox əvvəllər,- Mamford əlavə edir –italyan hərbi mühəndisləri(onların dağıdıcılıqda əldə etdikləri peşəkarlığın sayəsində) buldozer düşüncəsinə yiyələndilər: yer üzündən hər şeyi silib-süpürmək və onun üzərində özəl əyilməz riyazi xətlərini cızmaq.” Barokko şəhərinin görünən qüvvəsi arxasında hakimin daxili və xarici düşmənlər qarşısında müdafiyəsinin vasvası qayğısı gizlənirdi. Belə ki, həm Alberti, həm Paladio şəhərin əsas arteriyalarını hərbi yollar kimi düşünürdülər(vitae militaires). Belə yollar düz olmalıdır, və, Paladionun fikricə,” yollar düz olduqca, rahat olacaqlar: yəni onların üzərində ordunun addımlamasına əngəl olan heç bir şey olmamalıdır!”
Əlbəttə, dünyada Dekart modelinə az və çox uyğun şəhər az deyil. Aydındır ki, onların çoxusu tamamilə yeni, cox vaxt utopik kimi layihələndirilib. O şəhərləri ki, imperator dekreti ilə tikilməyib, təməlçi atalar tərəfindən təməlləri elə qoyulurdu ki, sonradan nə qədər lazımdır həmin kvadratlara yeni tikililər yerləşdirilə bilsin. Məsələn Çikaqo quş uçuşundan belə görsənir. (buna eyni ilə Uilyam Pennin Filadelfiyası yaxud Nyu-Xeyven kimi) belə şəhər-şəbəkənin misalı ola bilər. İdarəolunmanın rahatlığı baxımından Çikaqonun planlaşdırılması az qala utopik görünür. O asanlıqla nəzərlərə tabe olur, çünki dəfələrlə təkrarlanan düz xətlər və bucaqlar formasında təkrarlanır. Hətta çaylar, oxşayır, az qala şəhərin zəiflənməyən simmetriyasını pozmur. Özgəyə -yaxud polisə -lazımı ünvanı tapmaq yetərli qədər asandır, heç bir bələbçi gərək deyil. Bu yerlərdə doğulanların biliklərinin burada doğulmayanların bilikləri qarşısında heç bir üstünlüyü yoxdur. Və əgər bu həm də yuxarı Manhattandə ki küçələr kimi ardıcıllıqla nömrələnibsə və eyni cürə nömrələnmiş prospektlərlə kəsişirsə, onda plan daha çox şəffaflıq əldə edir. Şəhər-şəbəkənin yerüstü qaydalığı onun yeraltı kommunikasiyalarının qaydalığını asanlaşdırır-su ötürücüsü, arxlar, kollektorlar, elektrik kabellər, qaz ötürücüsü və metropoliten şəhər hakimiyyəti üçün bundan az əhəmiyyətli deyil. Poçtun çatdırılması, vergilərin yığılması, siyahıyaalınmanın keçirilməsi, ehtiyatların və insanların yerdəyişməsi, üsyanların və qiyamların yatırılması, boru və kollektor şəbəkələri üçün arxların qazılması, canilərin və yayınan çağırışçıların axtarışı(əgər onlar müvafiq ünvana qeydiyyatdadırlarsa), içtimai nəqliyyatın təşkili, su təchizatı, su təminatı və tullantıların yığışdırılması bütün bunlar şəbəkə məntiqi sayəsində daha da asanlaşır. İnsan məskənlərinin üç ən vacib həndəsi qaydasını xatırladaq. Birincisi ondan ibarətdir ki, bu qayda bir o qədər şəhərin küçələri ilə hərəkət edəndə bilinmir nə qədər ki, yuxarıdan və dışarıdan. Parad iştirakçısına yaxud uzun konveyyer qarşısındaki fəhlə kimi, ayrıca piyada, bu şəbəkənin ürəyində olanda, şəhərin bütün planlamasını nəzəri ilə əhatə edə bilmir. Bütövün simmetriyasını ya məktəblinin, əgər ona ağ vərəq və xətkeş versəydilər, cızdığı sxemdə, ya da yuxarıdan sallanmış helikpterdən, bir tanrı kimi baxdıqda tutmaq olar. Ola bilər ki, bu məkan yanaşması, yiyəsinə və layihələndirənə bu modellərə helikopterin pəncərəsindən yuxarıdan aşağıya baxmaq üçün imkan verən miniatürləşmə və modelləşmə, şəhər planlaşdırılmasına və memarlıq əsnasına əzəldən xasdır. Nəhayət doğrudan da, iri miqyaslı layihəni təsəvvür etmək üçün kiçildilmiş formasını təsəvvür etməkdən başqa yol varmı? Ancaq nəticədə, mənə belə gəlir ki, bu oyuncaq plastik maket xassələrinin vasitəsi ilə obyektin vizual təşkili barədə təsəvvür insanların çox az hissəsinə əlçatandır. Şəhərlərin və mənzərələrin maketləri köməyi ilə nail olunan miniatürləşdirməni, praktikada təyyarədən ucan zaman müşahidə etmək olar. Quş uçuşu hündürlüyündən çəkilişlər artıq sadəcə kartoqrafik ənənə və anlaşma nəticəsi deyil. Böyük yüksəklikdən aerofotoçəkiliş yerdə nizamsız və qaydasız təsəvvür olana simmetriya və qayda verir. Çağdaş düşüncə və planlaşdırma üçün təyyarənin mahiyyəti olduqca mühümdür. Yerdə topoqrafik fərqləri, perspektiv seçərək, aradan götürən uçuş, kətan üzərində olduğu kimi, yenə “sinoptik görməyə, rasional nəzarətə, planlaşdırmaya və məkan nizamına” can atar. Kənardan sərrast görünən şəhər planlaması qaydasının ikinci xüsusiyyəti ondan ibarətdir ki, bu bütünün möhtəşəm planı onun sakinlərinin gündəlik həyatı ilə tamamilə əlaqəsiz ola bilər. Əlbəttə, bəzi dövlət xidmətlərinə işləmək, bəzi uzaq yerlərə isə düşmək asan ola bilər, amma bu aşkar üstünlüklər küçə həyatının seyrəkliyi, iqtidar tərəfdən daimi nəzarət, şəhərə özəl rahatlıq verən kiçik məkan əyintilərinin, qeyri-formal dincəlmə yerlərinin və qonşuluq hissinin itirilməsi ilə heçə endirilir. Həndəsi düzgün şəhər planlamasının formal nizamı, başqa heç nə ola bilməz: bu formal nizamdır. Onun görüntülü harmoniyası, parad və kazarma qaydalarını xatırladan ritual(ayin) və ideoloji cizgilər daşıyır. Şəhəri idarə edən bələdiyyə və şəhər hakimiyyəti üçün rahat olması, bu qaydaların onun sakinləri üçün xeyirli olması demək deyil. Hərçəndi, formal məkan qaydası ilə sosial həyatın münasibətlərinin müzakirəsi məsələsi ilə tələsməyək.


Tərcümə etdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий