16.08.2012

Faşistlərin gizli Tibet səfəri - İNANILMAZ FAKTLAR

Bu yaxınlarda Almaniya hökuməti Üçüncü Reyxin Tibetə ekspedisiyası ilə bağlı sənədlərin araşdırılmasını qadağan etdi. Bu sənədlər ən azı yaxın 50 ildə açılmayacaq.
Bəs nasistlər Tibetdə nə axtarırdılar və bu ekspedisiyanın məqsədi nə idi?
Tibet nasistlər üçün təmiz ari irqinin simvolu idi. Hitlerin fikrincə, məhz orada 10 min il əvvəl fövqəladə bacarıqlara malik gizli ari sivilizasiyası yerləşirmiş. Ehtimal olunurdu ki, sivilizasiyanın nümayəndələri bir anda məkanı dəyişə bilir, dünyalar arasında səyahət edir, uzun məsafədən başqalarının fikirlərini oxuyurdular. Qlobal kataklizmdən sonra qədim ari irqi Tibetdə məskən salmışdı.

Düz 5 il, 1938-ci ildən 1943-cü ilə qədər Tibetdə Üçüncü Reyxin rəhbərliyi ilə beş ekspedisiya olub. Bu səfərlərin ən məxfisi və ən sirlisi Henrix Harrerin rəhbərliyi altında həyata keçirilib.
Henrix Harrer Tibetin ən böyük ucalıqlarından birini fəth etmiş, ingilis əsirliyindən qaçan əfsanəvi insandır. Harrerin kitabları dünyanın 50-dən çox dilinə çevrilib və hələ də populyarlığını qoruyur. Məşhur “7 il Tibetdə” filmi də məhz bu şəxsin avtobioqrafiyası əsasında çəkilmişdi.
Henrix 1939-cu ildə ilk dəfə ekspedisiyanın digər üzvləri ilə Tibetdə olur. Qrup Himalay dağlarının zirvələrindən birinə qalxmalı idi. Lakin naməlum səbəblərdən plan baş tutmur. Tibet dağlarında bir neçə həftə qaldıqdan sonra, ekspedisiya geri qayıtmaq qərarına gəlir. Lakin alpinistlər dağlardan enən kimi onları ingilis patrulları həbs edir. Həmin dövrdə Tibetin xeyli ərazisi ingilislərin koloniyası idi. Ekspedisiya üzvləri həbsxanaya atılır və orada Henri Harrer də daxil olmaqla 5 il dözülməz həyat yaşayırlar.
1944-cü ildə Harrer qaçmağa cəhd edir və buna nail olur. Düz iki il Tibet dağlarını ələk-vələk etdikdən sonra, 1946-cı ildə Lxasu şəhərinə - Tibetin möhtəşəm paytaxtına gəlir.
Tibetlilər üçün Lxasa müqəddəs yerdir və həmin dövrdə çox az adam bu paytaxt şəhərinə səfər edə bilirdi. Avropalıların isə bura gəlməsi qeyri-mümkün idi. Naməlum səbəblərdən yerli sakinlər Harreri qəbul edirlər. Hələ bu harasıdır? Harrer Tibeti idarə edənlərin birinə, gələcək Dalay Lamanın məsləhətçisinə çevrilir. Almanın tibetlilər arasında böyük hörməti vardı və hər kəs onu dinləyirdi. Harrerin əsasını qoyduğu ənənəyə görə, Lxasada hər ay Üçüncü Reyxin şərəfinə hərbi parad keçirilirdi.
Bəs görəsən, tibetlilər SS üzvünü niyə bu qədər sevmişdilər? Nə üçün Harrer öz ölkəsinə döndükdən sonra da, Dalay Lama onunla münasibətləri saxlayırdı?
Bir çox ekspertlər əmindirlər ki, almanlar tibetlilərlə birlikdə, itirilmiş qədim bilikləri axtarırdılar. Çalışırdılar ki, qədim sivilizasiya nümayəndələrinin sahib olduğu fövqəlgücə malik insan yarada bilsinlər.
Üçüncü Reyxin Tibetdə fövqəlinsan yaratmaq cəhdi versiyasına qüvvət olaraq, 1946-cı ildə ikinci ekspedisiyadan çəkilmiş lent yazısı tapıldı. Kadrlarda alman tədqiqatçıların yerli tibetlilərin ölçülərini götürməsi və hətta üz quruluşları formasında qəlib yaratdıqlarını görmək olur. Onlar yerli əhali ilə qədim sivilizasiya nümayəndələri arasında əlaqə axtarırdılar.
Bu və digər sirli məsələlər barəsində suallara cavab verə biləcək yeganə insan - Henrix Harrer düz 85 yaşına qədər, (2008-ci ilədək) Avstriyada yaşadı. O, heç vaxt bu barədə bircə kəlmə də danışmadı.

Gülər            publika.az

Комментариев нет:

Отправить комментарий