16.08.2012

"GLS yeganə belə şirkət deyil"

Alman jurnalist Günter Wallraff: “Almaniyada şirkətlərin işçilərə qarşı pis rəftarı ölkədə köləliyin hökm sürdüyünü sübut edir”

Alman jurnalist Günter Uolraf növbəti dəfə ölkə ictimaiyyətini şoka salıb. Belə ki, o bu dəfə poçt xidməti sektorunda apardığı araşdırma nəticəsində orada çalışanlara edilən haqsızlıqları aşkara çıxarıb. Onun sözlərinə görə, Almaniyada şirkət rəhbərlərinin işçilərə qarşı pis rəftarı ölkədə köləliyin hökm sürdüyünü sübut edir. 69 yaşlı Uolraf televiziya üçün hazırladığı reportajında bildirib ki, bu sahədə iş şəraiti son dərəcə ağırdır. Bundan əlavə, poçt işçiləri olduqca az əmək haqqı alırlar. Jurnalist hesab edir ki, işçilərin istismarı ədalətsizlik üzərində qurulan rejimin bir hissəsidir.
O, Avropada poçt bağlamalarının daşınması sahəsində fəaliyyət göstərən, mərkəzi ofisi Amsterdamda yerləşən “GLS” şirkətində gizli araşdırma aparıb. Bir neçə ay davam edən araşdırmalar zamanı o, bir qrup sıravi işçidən aldığı müsahibələri lentə alaraq Almaniya televiziyası və həftəlik “Die Zeit” qəzeti üçün material hazırlayıb. Uolraf deyib ki, sürücülər sükan arxasında saatlarla vaxt keçirmələrinə baxmayaraq, şirkətlərdən çox cüzi məvacib alırlar. Bu da onları ailələrinin dolanışığını təmin etmək üçün borc tələsinə düşməyə vadar edir. Sözlərinə əlavə edən jurnalist deyib ki, kimliyini gizlətməsi ona qeyd olunan şirkətdə işləməyə imkan verib. İş zamanı ona aydın olub ki, şirkət əməkdaşlarını maksimum dərəcədə istismar edərək onları iflasa sürükləyir və yaxud vəziyyətlə barışmağa məcbur edir. SİTAT: ”Şirkət işçilərə istirahət etməyə belə imkan vermir. Onlar hətta yatmaq üçün yetərincə vaxt tapa bilmirlər və poçt bağlamalarını daşımaq üçün hava şəraitindən asılı olmayaraq sükan arxasında gecə-gündüz 100 km-lərlə yolu qət edərkən yuxusuzluqdan yol hərəkəti qaydalarına diqqət edə bilmirlər” sitatın sonu. İşçilərə qarşı pis rəftardan danışan Uolraf əlavə edib ki, o, ilk iki iş saatına görə məvacib verilmədiyini eşidəndə heyrətini gizlədə bilməyib. Jurnalist işçilərlə bu cür rəftarı 2012-ci ildə Almaniyada cərəyan edən köləlik adlandırıb. Jurnalistin Almaniya rəsmilərinə və ictimaiyyətinə göndərmək istədiyi əsas mesaj budur ki, alman şirkətləri işsizlik vəziyyətindən sui-istifadə edərək, bu cür vəzifələrdə işləməyə məcbur olan şəxslərə çox az əmək haqqı verir. Onun sözlərinə görə, “GLS” Almaniyada insan əməyini istismar edən yeganə şirkət deyil.

Комментариев нет:

Отправить комментарий