NATIQ GÜLƏHMƏDOĞLU
Ibrət götürəcəyimiz bir parça təqdim edirəm. Oxuyaq və papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünək.
Iranda həbs olunan şair Fəridlə müsahibədən...
Sual: Sizə yeməyə nə verirdilər?
Cavab: Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi.
...Orda təxminən 12 şeir, 1 povest, 10-a yaxın esse, 3 hekayə yazmışam. Gün ərzində fikirləşirdim, ancaq havaya çıxanda yazırdım. Təbriz zindanına köçürüləndən sonra isə yazmaq rahat oldu. 86 gün ETTELAAT-da, 1 ay 1 həftə də Təbriz zindanında qaldıq. Oranın şəraiti daha yaxşı idi...
Mən bu müsahibəni oxudum və şairlərimiz üçün keçirdiyimiz həyəcana “heyf”, sadəcə, “heyf” dedim. Bu hələ heç, nə qədər insan gördüm ki, internetdə paylaşdığım bu xəbərin altından şərh yazdılar: “Biz o şairləri azad etməklə onlara olmayan zülmü etmişik. Gül kimi pitidən yeyib yaradıcılıqla məşğul olurdular”.
Hə, deyəcəksiniz ki, Iran fəndgir dövlətdir, bilirdi ki, bu həbslərin üzərində beynəlxalq diqqət var, o üzdən şairlərimizi belə yağ-bal içində bəsləyib. Bunları deyəcəksinizsə, bir sualı da lütfən cavablandırın: Bütün dünyanın Ilham Əliyevdən “onları azad et” çağırışında bulunduğu vicdan məhbuslarına niyə Irandakı münasibət göstərilmir? Onlara nəinki normal qida verilmir, hətta bir çox hallarda evdən göndərilən ərzaqdan oğurluq edilir. Saxlanma şəraitindən isə danışmağa dəyməz.
Bugünlərdə Ictimai Palatanın həbsxanalarla bağlı dinləməsində keçmiş vicdan məhbusları elə şeyləri xatırladılar ki, mən cəzaçəkmə müəssisələrində nasistlərin iş başında olduğuna şəhadət gətirdim. Bilirəm ki, Ilham müəllimin qəzet oxumaqla arası yoxdur, heç olmasa, ədliyyə naziri şairin müsahibəsini oxusun...
YAP-dakı imzalanma ilə bağlı 3 məqam
1. YAP-ın qərargahında imzalanan bəyanata o adamların reaksiyasına gözlərim bərəlib ki, onlar müxalifəti hakimiyyətlə düşmənçilik etməkdə qınayır, “vətəndaş sülhü, tolerantlıq” deyib babat tənqid edirdi.
2. Müxalifət Xocalı faciəsini də hökumətlə bir yerdə anmışdı və buna görə satılmış elan edilmişdi. Nooldu bəs, o hadisədən sonra müxalifət prinsiplərindən bir qarış geri durmuşdumu?
3. Müxalifətin YAP-la bir masa arxasında oturmasına səmimi, qeyri-səmimi sərt təpkilər məni məmnun edir. Deməli, nəhayət, YAP öz mahiyyətinə uyğun sinfi düşmən imicini bərqərar etməkdədir.
Bizi idarə edənlərin ağıl göstəricisi
Bir neçə il əvvəl qəzetlərin gündəmini skandal mövzu zəbt etmişdi. Qəzetlər o zaman merin naqolay vəziyyəti haqda həkim arayışlarını da dərc etmişdilər.
Buna inanmaq, inanmamaq hər kəsin öz işdir. Zatən mən bir insanın fiziki qüsuruna görə lağ obyektinə çevrilməsinə qarşıyam. Belə hala nifrət edirəm.
Lakin bugünlərdə rastaşdığım hadisə məni bizi idarə edənlərin, əlalxüsus, meriyada çalışanların ruhi, əqli vəziyyyətilə bağlı narahat düşüncələrə qərq etdi.
O hadisəni sizə video kimi təqdim edirəm:
(http://www.youtube.com/watch?v=lxLY5xMpCHA&;feature=youtu.b).
Kiçik videodur, cəmi 2 dəqiqə, sizi yormayacaq.
Hadisənin qısa icmalı belədir: Fəqan adlı bir biznesmeni Zərdabın icra başçısı Lütfəli Babayev aldadaraq müflis edib. Adam min bir yerə şikayət yazıb, sözünü dinləyən yoxdur.
Axırda Bakı şəhər Icra hakimiyyətinə məktub yazıb ki, ailəm, özüm təhlükədədir, başçı bizi öldürəcək, noolar, bizi qorumaq üçün binanızda sığıncaq verin.
Meriya isə cavab verib: “Bizdə vətəndaşların mənzil problemi müvafiq qeydiyyat növbəli qayda üzrə aparılır”.
Təsəvvür edirsinizmi? Bunların ya başı xarabdır, ya da sadəcə, camaatı dolayırlar.
Vətəndaş bundan imdad diləyir ki, həyatım təhlükədədir, bizi öldürmək istəyirlər, binanızda yer verib məni və ailəmi qoru. Bu isə deyir ki, sən məndən ev istəyirsən, evi isə biz növbə ilə veririk...
azadliq.az

Комментариев нет:
Отправить комментарий