18.09.2012

"Kürd kişisində saxta namus anlayışı və qadın düşkünlüyü var"

“Siz özünüzü kişi hesab edirsiniz, amma qadın xislətlisiniz. Kürd kişisində saxta namus anlayışı və qadın düşkünlüyü var. Kürd xalqı arasından çıxan dürüst adamların sayı iki əlin barmaqlarının sayından çox deyil. Kürdləri öz başına buraxsan, hamısı axmaq, cahil kimi yetişəcək".

"Kürd xalqı arasından çıxan dürüst adamların sayı iki əlin barmaqlarının sayından çox deyil"

PKK lideri Abdullah Öcalanın həqiqi siması “Terrorun gizli əfəndiləri” adlı kitabda ortaya çıxıb. Türkiyənin Baş Polis İdarəsinin rəisi müavini və Terrorla Mübarizə İdarəsinin rəhbəri Cevdet Saral yazdığı kitabda Öcalanın ən böyük arzusunu da qələmə alıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Saral kitabında Öcalanın ən böyük arzusunun ona heykəl qoyulması və musiqi həsr edilməsi olduğunu yazıb.

Ən maraqlısı isə Öcalanın öz milləti haqqında dediyi fikirlərdir. PKK liderinin kürdlərlə bağlı kitabda yer alan düşüncələri terrorçubaşının özünün yazdığı “Çözümləmələr” adlı sənəddən götürülüb.
Orada Öcalan kürdlər barədə belə yazır: “Siz özünüzü kişi hesab edirsiniz, amma qadın xislətlisiniz. Kürd kişisində saxta namus anlayışı və qadın düşkünlüyü var. Kürd xalqı arasından çıxan dürüst adamların sayı iki əlin barmaqlarının sayından çox deyil. Kürdləri öz başına buraxsan, hamısı axmaq, cahil kimi yetişəcək".
Öcalan həmin yazıda türklər haqqında da təhqiramiz ifadələr işlədib. O, türklər haqqında "cücə", "mərhəmətsiz", "düşmən", "cılız", "uğursuz" sözlərini işlədib.

Комментариев нет:

Отправить комментарий