12.02.2013

Gör nə vaxtdır

Ələddin Əzimov

Gör nə vaxtdır,
Şeir yazmıram.
Gör nə vaxtdır,
İlıq bir ruzigar
Toxunmur yanaqlarıma.
Sözlər
Çırpınıb keçir...
Buludlar
Sərilir ayaqlarıma.
Sustluk
Bürüyüb dünyanı.
Harayıma çatan yox!
Məni
İtiriən, axtaran yox!
Sözlərdən
Misralar düzəldirəm.

Taleyin işinə bax,
Bu qərin dünyada
Özümü gəzirəm.

Ötən gəncliyə

Uçdu əllərindən gənclik illəri,
Əsən küləklərə qoşulib getdi.
Heyf, tez qopartdım yazıq gülləri
Qoxusu bir yana, həyatı bitdi.

O gəldi dünyaya bir çiçək kimi,
Hər vaxt bu şovq ilə gülməyəcəkdir.
İndi o yaşayır bir dibçək kimi,
Ətri, təravəti solan ləçəkdir.

Qaytar, qaytar məni çiçək illərə,
Əllərdə alışan məşələ dönüm.
Apar, apar məni göyçək illərə
Ən parlaq ulduz tək alışım, sönüm.

Bir yaz günəşiydi, bir udum suydu,
Nuru, gözəlliyi düşmür dilimdən.
Məni bu yollarda yarıda qoydu,
İndi sərt qayalar tutub əlimdən.

Dağlardan, daşlardan yolumu salıb,
Məni qəmə çəkir hər gələn sabah.
Deyən, son mənzilə daha az qalıb
Haraya aparır bu yollar, Allah?!

Axacaq

Kəfənimi dar eləmə,
Sinəm qabarıb çıxaca.
Açsalar qəbrin üstünü
Mələklər göydən baxacaq.

Lap çovğun, lap tufan olsa,
Qəbri axtaranlar varsa,
Onu əvvəl kim taparsa –
Əlində ildırım çaxacaq.

Yağış yağacaq qəbrimə,
Sığınacaqsan səbrimə.
Daşcıma qədq oldu demə,
Bədənimdən sel axacaq.

Комментариев нет:

Отправить комментарий