08.02.2013

Rövşən Lənkəranskinin qardaşı: “O Dubayda istirahət edir”

Tanınmış azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevə (Lənkəranski) qarşı heç bir sui-qəsd olmayıb, o, sağdır və hazırda Dubayda istirahət edir.

Gun.az saytının yazdığına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında R.Canıyevin qardaşı Emil bildirib. “Bu məlumatların hamısı səhvdir. Mənim qardaşım sağdır, bir neçə saat əvvəl onunla telefonla danışmışam. O, Türkiyədə olmayıb və hazırda BƏƏ-də istirahət edir və heç kim ona qarşı sui-qəsd etməyib. Mətbuatda oxuduqlarımız bizi məyus edir. Onun anasının, uşaqlarının və qohumlarının bu xəbərləri oxuyacağını nə üçün heç kim fikirləşmir? Ümumiyyətlə, niyə görə səhv məlumat yazırlar?!”, - deyə Emil bildirib.

Onun sözlərinə görə, son zamanlar qardaşı haqqında oxuduğu məlumatların hamısı uydurmadır.
“Ded Xasanın ölümündə onun əli yoxdur. Rövşənin Aslan Usoyanın ölümünə heç bir aidiyyəti yoxdur və bu hörmətli adamlara yaxşı məlumdur. Hamısı polisin uydurmasıdır. Görünür, bunda müəyyən məqsədlər var və vəziyyəti qəsdən gərginləşdirirlər. Rövşənin Rufo Gəncinski ləqəbli tanışı Rüfət Nəsibovun ölümünü də onlar uydurublar. Guya onu evinin qarşısında güllələyiblər və cəsədini də harasa aparıblar. O, sağ-salamatdır”, - deyə Emil əlavə edib.

Комментариев нет:

Отправить комментарий