Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına çatmış hər bir vətəndaşın bankdan kredit almaq hüququ var. Bu yaşdan yuxarı vətəndaşlarımızın sayı isə 7 milyondan yuxarıdır. Hazırda banka borcu olan vətəndaşlar 1,7 milyon nəfər təşkil edir. Bu şəxslərin hər birinin bir ailəni təmsil etdiyini düşünsək (hərçənd bir ailədən bir neçə nəfərin kredit borcu olması da istisna deyil), orta ailə sayını 4 nəfərdən götürsək, məlum olar ki, 7 milyondan yuxarı insanın banklara borcu var...
Banklar fasiləsiz kredit çağırışları ilə gecə-gündüz insanları banka səsləyir: “Tək şəxsiyyət vəsiqəsi ilə, heç bir arayış tələb etmədən, banka getmədən, yerində sənədləşmə ilə kredit”.
Reklamlarda olduqca sərfəli, rahat şərtlər deyilməsinə baxmayaraq, banka gəldikdə vəziyyət ağırlaşır. Məlum olur ki, heç də arayışsız, zaminsiz, aşağı fazilə kredit götürmək mümkün deyil. Faizlər dünyada ən yüksək, şərtlər isə ən ağırlardan sayılır. Pula və ya hər hansı bir əşyaya ehtiyacı olan şəxs pul götürmək fikrindən daşınır.
Reklamlarda olduqca sərfəli, rahat şərtlər deyilməsinə baxmayaraq, banka gəldikdə vəziyyət ağırlaşır. Məlum olur ki, heç də arayışsız, zaminsiz, aşağı fazilə kredit götürmək mümkün deyil. Faizlər dünyada ən yüksək, şərtlər isə ən ağırlardan sayılır. Pula və ya hər hansı bir əşyaya ehtiyacı olan şəxs pul götürmək fikrindən daşınır.
İstehlak kreditlərinin sayı və həcmi də getdikcə artır. Bu gün banklardan istehlak krediti götürənlərin çəkisi ümumi kreditlərin 40 faizini təşkil edir. Son 2 ildə istehsal krediti götürənlərin sayı 2 dəfə artıb.
Bəzi mağazalar faizsiz kredit çağırışları ilə əhalini aldatmağa çalışır, halbuki heç bir bank nəinki faizsiz, heç aşağı faizlə belə pul verməz.
Mövzu ilə bağlı apardığımız sorğu zamanı məlum oldu ki, maddi baxımdan aşağı və orta təminatlı təbəqə nümayəndələri ən çox istehlak kreditləri götürür. Mebel, telefon, kompyuter, fotoaparat, elektrotexniki məişət əşyaları daha çox kreditlə götürülür. Son illərdə təmir və turizm kreditləri də mühüm paya malikdir.
Avtomobil kreditləri götürənlər isə daha çox orta təbəqəyə aiddir. Bu kreditlər 3-5 illiyə verilir, faiz dərəcələri 15-20 arasında, məbləği isə 10-20 min manat olur. Orta aylıq ödəniş 5 manat təşkil edir. Problemli kreditlərin arasında avtomobil kreditləri də böyük paya sahibdir.
Bir qədər əvvəl bəzi deputatlar parlamentdə bankların borclu müştərilərinin xeyli artmasından narahatlıq keçirdiklərini bildirmişdilər və bu vəziyyətə müdaxilə edilməsini tələb etmişdilər.
Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib ki, ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır: “İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir. Kredit faizlərinin yüksək olması problemi var. Təsəvvür edin, 22 faizdən az kredit verən bank yoxdur. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-nun banklara borcu var. Bu problemlər aradan qalxmalıdır”.
Elə ailələr var ki, bir neçə banka kredit ödəyirlər. Çoxları bunu kefindən etmir, yası düşən, xeyir işi olanlar məcbur qalıb pul götürürlər. Bankların sayı xeyli çox olsa da, normal rəqabət olmadığından və bəzi başqa məlum səbəblərdən faizlər enmir. Pula ehtiyacı olanlar isə çoxluq təşkil edir. Banklar da bu vəziyyətdən istifadə edib dünyada ən yüksək faizlərlə müştərilərə kredit verirlər.
Banklar potensial kreditorlara təzyiqi o dərəcədə artırıb ki, hətta pensiyaçılara, evdar xanımlara və tələbələrə də kreditlər təklif olunur. Şirniklənib kredit götürən bu kateqoriya sonra onu qaytarmaqda çətinlik çəkir. Bəs aldadılan müştərilərin hüquqları necə qorunmalıdır?
İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Azərbaycanda kredit alan müştərilərin hüquqları qorunmur: “Banklar fasiləsiz reklam çağırışları ilə vətəndaşları kredit almağa sələyir. Onlar da məsələni dərindən bilmədən bu yalançı reklamların qurbanlarına çevrilirlər. Banklar reklamlarında faiz dərəcələrini az göstərirlər, lakin banka müraciət edən müştərilər tamam başqa vəziyyətlə qarşılaşırlar. Banka kredit üçün müraciət edənlər bu pula bərk ehtiyacı olanlardır, ona görə də onlar ağır şərtlərlə pul götürməyə məcbur olurlar”.
İqtisadçı deyir ki, reklam lövhələrində olan “Tək şəxsiyyət vəsiqəsi ilə, arayışsız, zaminsiz kredit” çağırışı tamamilə əsassızdır: “Əvvəla iş yeri olmayana girovsuz kredit vermirlər. İş yerindən arayış istəməsələr də müştərinin iş yerinin rəsmi telefonlarından zəng edib rəhbərliklə danışır, onun stajını, əməkhaqqı məbləğini öyrənirlər. Digər tərəfdən bəzi banklar müştərinin qeydiyyatının Bakı və ya Sumqayıt şəhərində olmasını əsas götürürlər”.
Ekspertin fikrincə, kreditə marağın artması ölkə iqtisadiyyatı üçün müsbət hal sayılsa da, burada bəzi başqa məqamlar da var: “Sahibkarlıq fəaliyyəti üçün alınan kreditlər iqtisadi artım üçün sərfəlidir. Lakin istehlak kreditlərinə marağın artmasını ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qiymətləndirmək olmaz.
İqtisadçı ekspert Aydın Hüseynov deyir ki, bank dövriyyəsinin artması ölkədə maliyyə bank sektorunun inkişafını göstərən əsas faktorlardandr: “Bəli, kreditorların və bank dövriyyəsində kreditlərin həcmi artır, amma banklara qoyulmuş depozitlərin və əmanətçilərin də sayı çoxalır. Bütün dünyada belədir. Əhali pul əməliyyatlarını banklarla aparır, əgər hansısa bir işi görmək və ya nəsə bahalı bir şey almaq üçün bankdan pul götürür, eləcə də artıq pullarını banka qoyur. Ona görə də, Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, maliyyə-pul dövriyyəsi nağd hesablaşmalardan artıq banklara keçir. Bu da bank sektorunun inkişafı deməkdir”.
Ölkədə bankların verdiyi kreditlərin faizlərinin yüksək olmasına gəldikdə isə ekspert bunu bir neçə amillə izah edir: “Əvvəla, bunu bazar özü təyin edir. Bir şeyə tələbat varsa, qiyməti qalxır. İkinci bir tərəfdən, banklara qoyulan əmanətlərə illik 12-15 faiz gəlir hesablanır. Banklar da pulu belə yğırlar və maliyyə fondlarından həmin faizlərlə özləri kredit götürürlər. Bu faizin üzərinə öz xərclərini və gəlirlərini əlavə edəndə gəlib 20 faizi ötür. Bu, normaldır. Əgər kredit faizlərini azaltmaq istəyiriksə, onda əmanətlərə görə ödənilən faizləri də azaltmaq lazımdır. Deyirlər ki, bir çox ölkələrdə kreditlər bizdən xeyli aşağı faizlə verilir, amma niyə demirlər ki, o ölkələrdə depozit faizləri bizdən dəfələrlə azdır…”
İstehlak kreditlərinin artmasına gəldikdə iqtisadçı deyir ki, bütün dünyada vəziyyət belədir: “İnkişaf etmiş ölkələrdə belə, əhali çox şeyi kreditlə alır. Təzə evlənən gənclər bir evin bütün əşyalarını nağd pulla necə ala bilər? Ona görə də, bankdan pul götürüb alırlar, sonra maaşlarından tədricən ödəyirlər. Eləcə də mənzil almaq.
Dünyanın hansı ölkəsində mənzil ucuzdur? 1-2 il işləmiş insan necə mənzil ala bilər? Amma kredit götürüb ya mənzil alırlar, ya da ev tikirlər, sonra tədricən ödəyirlər. Hər halda, kirayədə yaşamaqdan və pulunu havayı yerə kirayəyə xərcləməkdənsə, bankdan kredit götürüb mənzil almaq yaxşıdır”.
İqtisadçı deyir ki, əhalinin banklara borclu qalmasına və çox şeyi kreditlə almasına bütün ölkələrdə rast gəlinir: “2012-ci ilin yekunlarına görə, Almaniyada əhalinin ipoteka borcu 1 trilyon 176 milyard 349 milyon avro, Böyük Britaniyada isə əhalinin banklara olan ipoteka borcu 1 trilyon 563 milyard avro səviyyəsinə çatıb. ABŞ-da əhalinin banklara olan ipoteka borcu 3 trilyon dollara çatır.
İsveçrədə əhalinin ipoteka borcu ölkənin milli məhsulunun 130 faizinə, İsveçdə 50 faizinə, Niderlandda 100 faizinə, Danimarkada 90 faizinə bərabərdir. Norveçdə əhalinin ipoteka borcları ölkənin milli məhsulunun 45 faizinə bərabər böyük məbləğ təşkil edir. Bizdə vəziyyət dəfələrlə yaxşıdır”.
teleqraf.com
teleqraf.com
Комментариев нет:
Отправить комментарий