Son dəfə uzun fit səsi gəldi. Avtobusun tavanından tutmuş qara pərdələrlə örtülmüş pəncərələrinə kimi gözlərim səyahətə başlamışdı.Qıraqdan baxan olsaydı mütləq bu cür halda görünən insana ən azından yazığı gəlib, köməyini təklif edərdi. Miskin idim, sonsuzluğun alıb apardığı boşluqlara axırdım. Dəqiq bilirdim ki, dalğınlıqdan nəyisə unudub perronun üstündə qoymuşam. Amma, bu zavallı halımın doğurduğu hissiyatsızlıq canımı insafsızcasına sıxırdı.Ani təkandan sonra maşın ağır-ağır tərpənib yola düzəldi.Pəncərələrin gün işığını boğub qaranlıq üçün yuva düzəldən pərdələr canımı sıxdı. Göy qübbəsini görmək, günəşi hiss etmək üçün pərdəni çəkdim, Yeni Avtovağzalın üst keçidini tərk edib, mərkəzi yola varid olurduq. Bu ana qədər yuxuda olan adam kimi idim.Amma, yolu gördüm və Bakı, tələbəlikdə keçən 4 il, aclı-şirinli hər nə vardısa arxada qalmağa başlayırdı. Sanki, bunu indi başa düşdüm.
Axı, bu getmək, bir də yayın ortasında tələbənin getdiyi tətilə bənzəmirdi. Bu tərk ediş idi. Universitet bitmişdi. Hər şey geridə- Bakıda qaldığını duyunca bayaqdan üzgüncəsinə zorladığım iradəmə qalib gələ bilmədim. Boğazıma qədər yığılıb qalmış hıçqırıq buna bənd imiş kimi başladı. Göz qapaqlarım bir anda bulud topasına çevrildi. İmkansız idi, səsimi çıxarmağa ar edirdim,amma, gözlərim daha sözümə baxmadı.Səssiz ağlamaq nə imiş ? ilk dəfə acizləmişdim, gücsüzləşmişdim. Var gücümün bədənimi tərk etdiyini hiss edirdim. Tərk etmək hissinin-ömürlük itirmək olduğunu anlamışdım. Gözlərimin kiminsə görəcəyindən ehtiyatlanıb, yola tərəf-aynalara çevrildim. 4 il əvvəl arzUlarımın, ümidlərimin qanadında gəldiyim şəhəri 4 il sonra taleyimin günahının səbəbi kimi, Sevdiklərimi əlimdən alan kabus kimi tərk edirdim. Özü də məğlub və başıaşağı, çarəsiz və günahkar kimi tərk edirdim. Geriyə dönməmək üçün.
Axı, bu getmək, bir də yayın ortasında tələbənin getdiyi tətilə bənzəmirdi. Bu tərk ediş idi. Universitet bitmişdi. Hər şey geridə- Bakıda qaldığını duyunca bayaqdan üzgüncəsinə zorladığım iradəmə qalib gələ bilmədim. Boğazıma qədər yığılıb qalmış hıçqırıq buna bənd imiş kimi başladı. Göz qapaqlarım bir anda bulud topasına çevrildi. İmkansız idi, səsimi çıxarmağa ar edirdim,amma, gözlərim daha sözümə baxmadı.Səssiz ağlamaq nə imiş ? ilk dəfə acizləmişdim, gücsüzləşmişdim. Var gücümün bədənimi tərk etdiyini hiss edirdim. Tərk etmək hissinin-ömürlük itirmək olduğunu anlamışdım. Gözlərimin kiminsə görəcəyindən ehtiyatlanıb, yola tərəf-aynalara çevrildim. 4 il əvvəl arzUlarımın, ümidlərimin qanadında gəldiyim şəhəri 4 il sonra taleyimin günahının səbəbi kimi, Sevdiklərimi əlimdən alan kabus kimi tərk edirdim. Özü də məğlub və başıaşağı, çarəsiz və günahkar kimi tərk edirdim. Geriyə dönməmək üçün.
***
Gecəni həmişə tənha qaldığım üçün sevirəm. Hamı kimi danışıb, gülməyi deyil, bir küncdə saatlarla əyləşib özümlə söhbət etməyi sevirəm. Gecələrin aydınlığında Bakının, Binəqədinin dar küçələrində tək başıma dolanmağı sevirəm. Son vaxtlar daha bir yoldaşım vardı. Uzun illərdən bəri ona ehtiyacım yox idisə, indi bu şirin şeytan qəlbimə yol tapıb, günün 24 saatı cibimə qonaq idi. Siqareti dodaqlarıma qonaq etmişdim, o da daxilimə doğru nüfuz edirdi. Amma, mənim tənəffüs yollarının dərdini çəkəcək problemim yox idi. Mənim ən böyük çətinliyim ürəyimin didilib-parçalanması idi.Qərarımı vermək üçün çalışıdım. 4 ildə yaşadıqlarımın son dəfə hesabını verməli idim. İki dost -Damağıma tüstüsü ilə qərar tutmuş siqaret və mən uzun zaman söhbət etdik.Başdan başladıq. Mən danışdım , o qulaq asdı. Düz iyirmi dəfə növbəsii dəyişdi. Mənim hekayətimin şahidi olmaq üçün . Sonda razılaşdıq.Bakıdan gedəcəkdik.
***
İkinci zəngdən sonra dəhlizdə tələbə əlindən tərpənmək mümkün olmadı. Başım qarışdığından dərsin başladığını da unutmuşdum. Qapını döyüb içəri keçdim.Ədəbiyyatdan dərs keçən sısqa, qoca bir professor eynəyini burnuna qədər endirdi. Başını yellədi, Keçib əyləşmək üçün boş parta axtardım. İkinci partanın arxasında bir qız tək əyləşmişdi. İcazə alıb yanında əyləşdim. Dərs ölgün keçirdi. Birtəhər, yarıyuxulu vəziyyətdə mühazirəni dinləyə bildim.Növbəti günlər də bu cür gəlib-keçirdi. Yenə də ikinci partada əyləşirdim. Amma, daha maraqsız və üzücü deyildi. Hər günü böyük sevinclə qarşılayırdım. Çünki, yanımda əyləşən, iki ay boyunca parta yoldaşım olan Nərgizi gizli-gizli süzmüşdüm. Baxışlarımın altında əzilən bu gənc qızın xəyallarımda yaratdığım obrazla eyniliyi çox idi. Zarafat-zarafat ciddiliyimi anlamağa başladığımda qəti qərar verəcəyimi düşündüm. Onun qəlbinə yol tapmaq üçün ən sadə üsulardan istifadə etməyə başlamışdım.Son dərsin mövzusu ədəbiyyatda məhəbbət şeirləri idi. Seminar müəlliminin gəlişini səbirsiliklə gözləyirdim. Bu gün bu dərs Nərgiz üçün bəslədiyim sevginin paradı olmalı idi. İki -üç nəfərdən sonra, ayağa qalxıb qabağa gəldim. Mövzu haqda qısaca danışdım. Əlim əsə-əsə kitabı kənara qoyub, partadan yarıqatlanmış dəftəri götürdüm. Üzümü Nərgizə tərəf çevirdim:
Ümidlər yolunda xəzana döndü
Bir bahar həsrəti yaşadı ömür.
Gəncliyim zamanın gözünde söndü,
Hər baxan üzümdə hicranı görür
Bu həyat eşqi də uzaqdı məndən
Göyərçin əllərin uçub əlimdən.
Sən çiçək ömrüsən, qəm çağınam mən
Bir ötən payizda yarpağınam mən ,
Xəyalın peşmanlı geriyə dönsə .
Onda duyacaqsan torpağınam mən
Ruhuma köçərsən sınıq ürəkdən
Göyərçin əllərin uçub əlimdən.
Gözlərimi ayırmadan asta-asta gözlərinin içərisinə söylədiyim şeirdən sonra müəllimqarşıq hamıda təəccüb yaranmışdı. Onun isə yanaqları qızarmışdı. Utandığından başını aşağı dikmişdi.
Çox sonralar, ikimizin ulduzumuz barışanda o bunu mənə tez-tez deyərdi ki, sən mənə sevdiyini deməsəydin mən özüm bunu sənə etiraf edəcəkdim.
Düz 4 il, bu qurupun yaraşığı və sevgi simvolu olduq.Amma, hər şeyin bir sonu vardı. Qərarıməz bu idi ki, tələbəliyimizi başa vuraq, nişanlanaq, bir neçə il sonra isə evlənədik. Çünki, maddi durumum normal deyildi. Şəhərdə yaşamaq üçün kənddə qoyub gəldiyim hər şeydən imtina etməli idim. Bakıda işə düzəlməli, pul qzanamalı, ev tikməli idim, Sonra da evlənməli idik. Bu cür qərarımız vardı. O da söz vermişdi, son ana kimi gözləyəcəyinə əhd etmişdi. 4-cü kursu başa vururuduq. May ayından sonra Nərgizdə birdən -birə dəyişkliklər əmələ gəlməyə başladı. Məndən qaçırdı, bacardıqca az danışırdı,suallarıma cavab verməyə can atmırdı. Ən çox da gözlərini gizlədirdi ki, orda saxladığı məqsədini bəlli etməsin. Ürəyimdə pis fikirlərin cərəyan etməsinə səbəb olmuşdu. Qəti danışmaq üçün görüş təyin etdim. Sahil parkının ortasında fəvvarəli fontanın ətrafında dövrə vururdum. Nəhayət, gəldi. Yenə də gizli mənalar gizlətdiyi gözündən qəmginliyi oxunurdu.
-Nə etmək fikrindəsən?- dedim.
- Gəldim, vidalaşaq.
Onun durumundan bu deməmiş də aydın idi. Zərbəni qəbul edə bildim. Vəziyyətimi pozmadım.
-Axı, söz...
sözmü kəsdi:
-İndi evlənməliyik, bunu sən bacarmayacaqsan. Ona görə bu qərardan imtina edirəm.
-Niyə?
Uzun-uzadı danışdı. Onun atası hələ körpə ikən qəzada həyatdan getmişdi. Uzun illər onu saxlayan anasının isə qərarı qızını qardaşı oğluna almaq idi.
Nərgiz anasının sözünü çevirmək stəmədiyin bəhanə edirdi.
-hanı evin,işin? hanı şəraitin? axı mən anama necə başa sala bilərəm ki, mən səni gözləməliyəm.Onun ümidlərini qırmağa haqqım yoxdur.
Bayaqdan təmkinimi pozmadan, rahat və soyuqanlı şəkildə söhbəti davam etdirirdim.Bu cür sözlərdən sonra isə, dibinə balta dəymiş ağac kimi çökdüm, zərbəni bu dəfə qəbul edə bilməmişdim. Nə qədər çalışdım, Sözlərimi rabitəyə yığa bilmədim. Susdum, heç bir vəchlə danışa bilmədim. Doğrumu idi, yanlışmı idi? qurmaq istədiyim ev özülündəcə çökmüşdü. O, cavab gözləyirdi. Daha dayanmağa güücm olmadığı üçün ona üzümü çevirib Axundov kitabxanasına tərəf addımlamağa başladım. Geriyə baxmaq belə istəmirdim. Orda tərk edilən və tərk edən arasında tərəddüddə dayana həyat vardı. Getdim, piyada 28 may metrosunun yanına kimi gəldim.Metronun sürahisinə söykəndim , Özümə gəlmişdim,reallıq hissi soyuq duş kimi idi. Hər şey beləcə bir anın içində bitmişdi.
***
İmtahanlarda uzaqdan görürdük.Nə mən, nə də o, yaxınlaşmağa cürət etmədik.Düz sonuncu imtahan gününə kimi. Foyedə hamı bir-biri ilə qucaqlaşır, görüşür, vidalaşırdı. 4 illik bir ailənin ögey övladları idik. Hamıyla görüşüb, sonda Nərgizə yaxınlaşdım. Əslində söz sözlərimi daha məbtiqli və mənalı ünvanlamaq üçün belə etmişdim.
-Xoşbəxt olasan.
-Sən sən də.
Kövrəldi, ələrimi tutdu. Titrəyirdi.
-Bağışla.
Söhbətimiz bitmişdi.
Oğlan tələbələr birlikdə son dəfə şəhərə çıxdıq. Bütün günü şəhəri son dəfəlik həsrətlə gəzdik.
Binəqədinin dar küçələrini də sonuncu dəfə gəzmək üçün çıxdım.
Yolum hiss edilmədən dəmir yolu körpüsünü yanında ucalan 9 mərtəbəli binaya rast oldu. Başımı qaldıranda özümü itirdim. Onların yaşadığı bianın qabağında idim. Geri dönmək üçün yoldakı keçidə qədər gerilədim. Amma qayıda bilmədim .Onu sonuncu dəfə görmək ehtirasını boğa bilmədim. Barmaqlarım telefonun nömrələrini yığdı.
Çağırış səsinin ardından imtina səsi eşidildi.Yenə də israr etdim.
mesaj qutusundan iki söz göndərdim: "Çıx pəncərəyə".
Üçüncü mərtəbənin həyətə baxan pəncərəsinin çəhrəyı pərdəsi qismən tərpəndi.Taxta pəncərə aralandı. Yarsı cırılmış vərəq parçası havada qövs cızaraq asfalta düşdü.Yüyürdüm, Cəld, böyük həyəcanla yerdən qaldırdım.Cəmi bir söz yazılmşdı.Dünya boyda sevgiyə, məhəbbətə son qoyan bir söz -"Ə L V İ D A"!
Комментариев нет:
Отправить комментарий