Yasaq olmasına baxmayaraq, dünyanın bir çox yerlərində qadın sünnəti deyilən bir qayda hələ də yaşayır. Daha çox Sudanda qəbilələr bu adətə gizli şəkildə də olsa əməl edirlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatında dünyada indiyə qədər 140 milyon qadının sünnət olunduğu deyilir. Hər il təxminən 2 milyon qız uşağı sünnət səbəbindən ölümlə üz-üzə qalır. Qız sünnəti əsasən Afrika qitəsində yerləşən 30 Afrika ölkəsində həyata keçrilir. Bu bölgələrdə yaşayan hər 100 qadından 73-ü sünnət olunub. Digər Afrika ölkələrindəki bəzi etnik qrup və qəbilələrə mənsub olan qadınların təxminən yüzdə iyirmisi sünnət edilib. Umman, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, İndenoziya və Malaziyanın bəzi bölgələri ilə Quzey İraqdakı kürd qəbilələrində hələ də qızların sünnət olunması adəti yaşayır. Bu adəti hətta gəlmələrə də məcbur etdirirlər. Gəlmələr isə yerli adət-ənənəyə uyğunlaşdığını göstərmək üçün əlacsız qalıb azyaşlı qızını ölümlə üz-üzə qoyur.
Avropa, Kanada, Amerika, Yeni Zellandiya və Avstraliyada yaşayan kürd ailələri arasında hələ də qız sünnəti gizli şəkildə həyata keçrilir.
Avropa, Kanada, Amerika, Yeni Zellandiya və Avstraliyada yaşayan kürd ailələri arasında hələ də qız sünnəti gizli şəkildə həyata keçrilir.
Qız sünnəti nədir?
Misir, Sudan, Somali, Mail, Nigeriya, Kenyada hələ də baş tutan qız sünnətini bəziləri islam dini ilə əlaqələndirsələr də bu əslində sırf yanlış fikirdir. Çünki müqəddəs dinimizdə belə yanlışlıqlara yol verilməyib. Bu yuxarıda deyildiyi kimi sadəcə bəzi qəbilələrdə (dinindən aslı olmayaraq) yaşanan adətdir. Qız sünnətində əsas məqsəd azyaşlı qızlarda cinsi istəyi öncədən öldürməkdir. Əsasən 4-12 yaşlar arasında qızlar sünnət edilir. Bu zaman qızın cinsi orqanının dodaqcıqları lezva ilə kəsilir, qanaxmanı saxlamaq üçün dağ basılaraq damğalanır və sidik kanalına qədər tikilir. Bəzi qəbilələrdə isə sünnət olunan qızı qışqırarkən səsini eşitməsinlər deyə, anası və bacıları meşəyə aparırlar. Burada onu tamamilə soyundurur, qollarını tuturlar, sünnət edildikdən sonra kəsilmiş cinsi orqanını tiknalı yarpaqlarla döyəcləyərək bu yolla tükünü təmizləyirlər. Daha sonra sünnət edilmiş qızın kəsilmiş yerinə dağ basaraq damğalayırlar. Ətrafdakı qadınlar isə ritm tutaraq oxuyur, müəyyən ritualı həyata keçrirlər. Bu mərasim 3 gün davam edir. Meşədə sünnət edilmiş qızı elə meşəyə tək buraxıb, evə dönürlər. Qız bir həftə meşədə tək qalır. Ona ancaq anası yemək gətirir.
Bütün bunlar dəhşətlidir. Əslində insanlıq adına qara ləkədir. Amma daha dəhşətli məqamlar var burda. Adətə görə, başına bu qədər müsibətlər gətrilən qız sünnət olunarkən səsini çıxarmamalı və ağlamamalı, çəkdiyi ağrıları hiss etdirməməlidir. Nəzərə alanda ki, bütün proses heç bir keyləndirici istifadə edilmədən aparılır 4-12 yaş arasında olan zavvalının nələr çəkdiyi məlum olar. Adətə görə, sünnət olan qız əgər ağlasa bu hərəkəti onun özü və anası üçün böyük xəcalət olar. Sünnət edilərkən səsini çıxaran, ağlayan qız öz qəbiləsində və ailəsində ömürü boyu qadın sayılmayacaq və buna görə də ömrü boyu ailəsi, əri və ətrafdakılrdan işgəncələr görəcək.
Bütün hallarda sünnət edilən qızlarda tikilərkən aybaşı zamanı qanaxmaya da yer qoyulur. Guya cinsi istəyi artıran yerləri kəsməklə azyaşlıların gələcəkdə bəkarətini qorumasına kömək edirlər. Qeyd edək ki, qız sünnətinin də müxtəlif növləri var. Bu növlərin arasında ən dəhşətlisi Somalidə edilən sünnətdir. Yəqin elə ən dəhşətlisi olduğuna görə, buna Firon sünnəti adı verilib. Qızlarda olan Firon sünnətində cinsi orqanın kiçik və böyük dodaqcıqları dərindən kəsilir və sidik kanalına qədər tikilir. Sünnət olan qızın ayaqlarını bir-birinə möhkəm sarıyırlar. Aylarla ayaqları sarıqlı qalan qız ayaqlarını tərpətmir ki, yarası sağalsın. Ən dəhşətlisi isə odur ki, sünnət xəstəxanalarda aparılımır. Əməliyyatı cərrahlar və ya adicə həkimlər də etmir. Sadəcə evlərdə, gizli yerlərdə qadın dəlləkləri zavallı qızların kəsiləcək yerlərini adicə küllə keyidir, sonra isə lezva ilə kəsərək, bürünc iynə və ya ucu çəngəl şəkilli iti alətlə tikirlər. Əməliyyat isə hər zaman uğurla alınmır. Hər il sünnət zamanı minlərlə azyaşlı qız dünyasını dəyişir. Bəzən isə bu qızlar ağrının şiddətindən dəli olur və ya ana ola bilmirlər. Sünnət olmuş qızlar ailə qurduqdan sonra cinsi əlaqə zamanı orqazmdan da məhrum olurlar.
Sünnət edilərkən qızın cinsi orqanı üstdən elə tikilir ki, sidik dəliyi lap kiçik qalır. Belə qzların ərə gedənə qədər sidiyi damcı şəklində gəlir.
Dəllək tikir, mamaça sökür
Sünnət olmuş qızlar bütün həyatları boyu cinsi əlaqə zamanı yaranan həzzdən məhrum olurlar. Bu qızlar ərə gedərkən ilk zifaf gecəsini sünnət olunduğu andan daha dəhşətli ağrılar içində keçirirlər. Sünnət olmuş qızların ərləri bir həftəlik əziyyətdən sonra istəklərinə çatırlar. Bu çox çətin prosesdir. Bəzən sünnət olunmuş gəlinin əri bir şey alınmadığını gördükdə evə mamaça çağırır. Mamaça əlində bıçaq gəlir. Sünnətli gəlinin uşaqlıqdan kəsilib, tikilib, bitmiş hissəsini bıçaqla kəsmək isə bəyin işidir. Bəli, heç bir tibbi savadı olmayan təzə ər mamaçanın gətirdiyi bıçaqla sünnət olunmuş qızın dəllək tikən yerini kəsir. Bu zaman heç bir ağrıkəsicidən və ya keyləndiricidən istifadə edilmir. Bu isə bəzən gəlinin ağrıdan şoka düşərək müxtəlif xəstəliklərə tutulması və ya ölməsi ilə nəticələnir. Amma onu da qeyd edək ki, sünnətli gəlin üçün evə mamaça çağırmaq yenicə evlənmiş bəyin qəbiləsində rəzil olması ilə nətiçələnir. Artıq heç kəs ona kişi kimi baxmır. Odur ki, bəzən həftələrlə bəy vüsala çatmağa çalışır, amma qızın bu əzabdan birdəfəlik xilas olması üçün evə mamaça çağırmır.
Sünnət olunmuş qızın qiyməti çoxdur
Onu da nəzərinizə çatdıraq ki, ərə verilərkən sünnət olunmuş qızlara daha çox başlıq verilir. Bəzən atalar qızlarını ərə verərkən daha çox başlıq alsınlar deyə sünnət etdirirlər. Eyni zamanda bəzi tarixçilər qız sünnətinin lap qədimlərdən gəldiyini deyirlər. Qədimlərdə Afrika qəbilələrində müharibə zamanı əsir götrülmüş, eyni zamanda varlıların qarşısında köləlik edilən qızları sünnət edərmişlər. Çünki belələrini qul bazarında daha baha qiymətə satırmışlar.
UNİCEF və UNFPA 2008-ci ilin avqust ayında qız sünnətinin qarşısını almaq üçün 44 milyon dollar xərci olan bir proqramı həyata keçirməyə başladı. Proqram çərçivəsində öncə 16 Afrika ölkəsində hökumət, media, dini liderlər və sağlamlıq mərkəzlərini bu işə cəlb etdilər. Lakin bütün bu islahatlar istənilən nəticəni vermədi.
Qız sünnətini yasaqladılar, amma…
2008-ci ildə Misirdə hökumət qız sünnətini yasaqladı. Bunun ardınca Sudan hökuməti də sünnətlə bağlı bir qanun hazırladı. Hətta yeni qanun da qızları bu dəhşətli adətdən xilas edə bilmədi.
Sudanda dini idarə və hökumət qız sünnətinin islama zidd olduğunu deyərək bu adəti yasaq etdi və fətva verdi. Dövlətin bütün səylərinə baxmayaraq evlərdə qızlar bu gün də gizli şəkildə sünnət edilməkdədir.
İnsan haqları müdafiəçisi, professor Mühasim Abbas isə qız sünnətinin heç bir dinə aid olmadığını deyir: “Qız sünnəti əslində ərəb adəti deyil. Heç bir dində -nə islamda, nə yəhudilikdə, nə də xristianlıqda belə qayda yoxdur. Bu əslində qəbilələrin yaşatdığı bir adətdir”.
Qız sünnəti də bəzi tayfalarda oğlan sünnəti kimi xüsusi məclislə qeyd edilir. Bir qadın qızın artıq sünnət edildiyi xəbərini atasına verir və bu münasibətlə məclis düzəlir. Bəzi Afrika qəbilələrində bu gün də sünnət olunmayan qızı almırlar və ya onu daşqalaq edirlər.
“Vashington Post” 7 yaşlı Şilanın faciəsindən yazdı
Amerikanın “Vashington Post” qəzetinin müxbiri Amit R.Paley İraqda olarkən 7 yaşlı kürd qızı Şilan Ənvər Ömərin sünnət mərasimini izləyib. Gördüklərindən dəhşətə gələn müxbir yazır: “7 yaşlı kürd qızı Şila elə gülümsəyirdi, ağızı qulaqlarına çatmışdı. O, çox sevinirdi. Anası onu qonşuda keçrilən şənliyə apardığını demişdi. Qız bir azdan məclisdə şənlənəcəyi həvəsi ilə bu evə girdi. Qapını bağladılar. Mamaça əlinə bir lezva alaraq “bunu Allah adına edirəm” dedi. Bir azdan Şilanın çığırtısı məhəllənin o biri başına gedib çıxırdı. Bu dəhşətli idi. Lakin qızını sünnət etdirib geri dönən ana qürurla gülümsəyirdi”.
Qəzetin müxbiri anadan qızının ağrılarına münasibətini soruşanda isə o, qız sünnətinin nədən qaynaqlandığını bilmədiyini, sadəcə bunun Allah əmri olduğu üçün etdiyini bildirir.
Qəzet bu gün İraqda məskunlaşan kürd ailələrində bu adətin yaşadığını yazır. “Vashington Post” İraqda qız sünnətinin indiyə qədər dövlət tərəfindən qadağan olunmamasının səbəbini də ölkəyə rəhbərlik edənlərin mənşəyi ilə əlaqələndirir. Artıq bəllidir, kürd tayfaları qız sünnətinə qadağa qoymaz.
Müxbir sonda 91 yaşlı kürd qarının “sünnət olmamış qadının əlindən bir tikə də alıb yemərəm” sözlərini xüsusilə vurğulayır.
yaxa.org
yaxa.org
Комментариев нет:
Отправить комментарий