20.07.2013

Sovet kolxozları və Qərb fermerləri

 Sovet kolxozçularının yaşayışını Şimali Amerikanın- ABŞ və Kanadanın kənd sakinlərinin həmin illərdə yaşadığı reallıqla müqayisə edərkən maraqlı detallar üzə çıxır. Stalin kolxozçularının yaşadığı dövrü götürək. Şimali Amerika ölkələri SSRİ ilə müqayisədə böyük foraya malik olublar. Çox onilliklər ərzində öz ərazilərində müharibə görməyiblər, sərhədlərinə düşmən qoşunları yığılmayıb, aqrar cəhətdən əhali çoxluğu olmayıb. Bundan əlavə Şimali Amerika ölkələrinin Rusiya qarşısında böyük təbii üstünlüyü var- iqlim. İqlim hətta Kanadanın kənd təsərrüfatı rayonlarında Rusiyada olduğundan daha mülayimdir və əkinçilik üçün şərait daha yaxşıdır. Kanadada şimal sayıldığı əhalinin sıx məskunlaşdığı enliklər, Rusiyada cənub sayılır, Amerika düzənlikləri isə rus çöllərindən daha rütubətlidir.
ABŞ-ın cənub ştatlarında subtropik iqlim şəraitində fermerlər ildə 3 dəfə məhsul toplayırlar. Qış üçün heç bir ot tədarükünə və bunun üçün torpaq istifadəsinə ehtiyac yoxdur, sadəcə heyvanı sahəyə ötür- bununla da iş bitdi. İsti ərazilərdə yaşayan fermerlərin hər şeyi iki həftəyə əkmək, bütün işləri dünyada ən qısa veqetasiya müddətinə sığışdırmaq, sonra yağışlar, şaxta və qar başlayana kimi tez toplamaq üçün əldən-ayaqdan getmələrinə ehtiyac yoxdur. Ev tikmək üçün taxtadan qutu götürüb qoymaq kifayətdir, onu praktik olaraq isitməyə də ehtiyac yoxdur. Rusiyanın iqlimi ilə müqayisədə cənnətdir. Amma gəlin görək bu üstünlüklərə rəğmən Amerika yırtıcı quruluşu öz fermerlərini nə günə salıb? Xalq belə bərəkətli yerlərdə dolanmağa imkan verilibmi?
 Fotoqraf Doroteya Laundj 30-ci illərdə Amerika fermerlərinin həyatından çoxlu şəkillər çəkib. Onun bir şəklə verdiyi şərh belədir: “Bu qadının 32 yaşı var, onlar şaxtalardan sonra sahədə qalmış tərəvəzlərlə və uşaqların öldürə bildikləri quşlarla qidalanırlar, onlar çadırda yaşayırdılar. Uşaqlara yemək almaq üçün çadırı satmalı oldular”. Rəsmi statistikaya görə 4 milyon belə insan vardı, hökumət dairələri nəvazişlə onları "miqrant" adlandırırdı.
 Maraqlıdır ki, 1930-cu ildə ABŞ fermalarının yalnız 13 faizində elektrik enerjisi vardı. Elektrikləşdirmə haqqında dövlət aktı yalnız 1936-cı ildə yaradılmışdı. Ruzvelt hökuməti əl-ayağa düşməli oldu, çünki nədənsə bazar və xüsusi mülkiyyət özü heç nəyi həll edə bilməmişdi.
 Hətta ensiklopediyalarda da qeyd olunduğu kimi, Böyük Depressiya Dövrü Amerikan-Kanada fermerləri üçün “dəhşətli əziyyətlər” dövrüdür. 30-cu illərin əvvəllərində ABŞ-da quraqlıq idi və bu Amerika kəndlilərinə, onların dili ilə desək, fermerlərə çox pis təsir etdi. Müqayisə üçün deyək, 30-cu illərin ortalarında SSRİ-də də güclü quraqlıq var idi və iqlimə baxmayaraq, nəinki heç bir fəlakət baş vermədi, əksinə ölkə dünyada ən sürətli templərlə inkişaf etməyə başladı. Amma quraqlıqdan başqa Amerika kəndliləri üçün daha ciddi müsibət baş verdi- ərzaq mallarına qiymətin aşağı düşməsi. Sadəcə Böyük Depressiya üzündən ABŞ əhalisi kasıblaşdı və daha az yeməyə başladı. Hökumət və banklar fermerlərdən əkini təcili olaraq azaltmağı və artıq ərzağı məhv etməyi tələb edirdi. Bir neçə il sonra (1933-cü ildə) Ruzvelt hökuməti “Yeni kurs” çərçivəsində kənd təsərrüfatı istehsalında “Düzəlişlər haqqında” qərar qəbul etdi. Bu qərar ancaq o fermerlərə ödəniş qaydalarını təyin edirdi ki, əkini ixtisara salır, taxılı torpaqda gizlədir və s. Heyrətləndiricidir, deyilmi? Həmin zamanda ölkədə on milyonlarla insan aclıq çəkirdi, minimum yüz minlərlə insan aclıqdan və ya lazımi qədər qida qəbul etməməkdən ölürdü, bunların yanında isə dövlət mühafizə altında ərzaq məhv edirdi.
 Steynbek bunun necə baş verdiyini belə təsvir edir: “Vaqonlarla apelsinlər torpağa tökülürdü. İnsanlar bir neçə mil yol gedirdilər ki, atılmış meyvələri yığsınlar, amma bu tamamilə yol verilməzdir... Milyonlarla ac meyvələrə ehtiyac duyur, qızılı apelsin dağlarına isə kerosin tökürlər... Paravozlardakı kofeni yandırırdılar. Qarğıdalıları odun əvəzinə yandırırdılar, deyirdilər ki, o daha çox isti verir. Kartofları çaylara tökür və sahil boyunca mühafizəçilər yerləşdirirdilər, yoxsa aclar hamısını yığacaqlar. Donuzları kəsir və əti torpağa basdırırdılar, qoyun torpaq çürüntü ilə qidalansın. Bu elə bir cinayətdir ki, buna ad vermək mümkün deyil. Bu elə bir dərddir ki, bunu heç bir göz yaşı ilə dəyişmək mümkün deyil. İnsanlar əllərində torla gələrək çaydan kartofları tuturlar, amma mühafizəçilər onları qovurlar... Kəsilən və xəndəklərdə üzəri əhənglə örtülən donuzların səsini eşidirlər. Üfunətli şirənin yuxarıdan aşağı sürüşdüyü apelsin dağlarına baxırlar. Və insanların gözündə məğlubiyyət var. Acların gözündə qəzəb böyüyür...”
 Maraqlıdır ki, bu aclıq məhz Amerikada məhz hökumət səviyyəsində törədildiyi, təşkil olunduğu halda heç kim bu barədə bircə kəlmə də danışmağa cəsarət etmir. Heç kim “cinayətkar qeyri-insani rejim”, “qeyri-effektiv iqtisadiyyat” haqqında səs-küy salmır, amma fakt faktlığında qalır. ABŞ-da 30-cu illərdə aclıqdan nə qədər insan öldüyünü gizlədirlər. Ən ağır il olan 1932-ci il üçün statistik məlumatlar məhv edilmişdir, rəsmi olaraq, guya həmin dövr üçün hesabatlar “tərtib edilməyib”. Aydın görünür ki, 30-cu illərdə ABŞ-da milyonlarla insan ölmüşdür. Yaşa və cinsə görə piramidanın analizləri 5-7 milyon insanın demoqrafik  uçurumunu göstərir, bunların isə çox hissəsini, aclıqda olduğu kimi, uşaqlar təşkil edir. Amma bunlar dolayı qiymətlərdir, həqiqi məlumatlar gizlədilir.
 ABŞ-da bu faciə haqda söhbət açanlara məhkəmədən kənar divan tuturdular, 60-cı illərə kimi “kommunist agentlər” və “sovet şpionları” kimi türmələrə salırdılar. 
 Orada daha bir bəlanın- torpağın kütləvi yararsızlaşmasının səbəbi vəhşi istismardır. Əkin olmadığından yarasızlaşmış torpaqları külək sovurmağa başladı. Fermerlər düz 4 nəsil boyunca “bizdən sonra nə olursa-olsun, lap dünya dağılsın” prinsipi, kapitalizm üçün adi olan bir prinsip ilə torpaqdan hər şeyi sordular. Bu gün həyatın sənə bəxş etdiyi hər şeyi mənimsə, sabahı fikirləşmə, bu gələcək nəsillərin problemidir, qoy onlar özləri bunun fikrini çəksin. SSRİ-ni dağıdarkən bizə dedilər ki, əgər torpaq kolxoza yox, kəndliyə məxsus olsa, o torpağın qayğısına qalacaq. Amma torpağın katastrofik şəkildə yararsızlaşması məhz ABŞ-da baş verdi, SSRİ-də deyil. Təcrübə göstərdi ki, ən yaxşı torpağın qeydinə qalan planlı iqtisadiyyat quran və cəmiyyəti düşünən insandır, eqoizmdən kor olmuş axmaq dardüşüncəli sahibkar yox!
 Xüsusi mülkiyyət və “demokratiya” dövründən cəmi 3 il keçdi ki, sahibkar fermerlər və yerli hökumət hərəkət etməyə başladılar və cəmi bir ildən sonra (1934-cü ildə) eroziyaya səbəb olan fəaliyyətləri məhdudlaşdıran və tarlaların yerinə çəmənlik yaratmaq üçün ştat hakimiyyətinə vəsait ayırmağa imkan verən ilk qanunverici qərar, yəni “Otlaqlar haqqında qərar” qəbul olundu. Düzdür, bu vaxt ərzində 20 faiz fermerlər öz yerlərini tərk etmiş, köçüb getməli olmuşdular. Fermerlərin əksəriyyəti banklara borclandılar və “bazarın görünməz əli” tab gətirməyənləri məhv etməyə başladı. Silahlanmış “bank agentləri”, daha doğrusu işə götürülmüş quldurlar və “mühafizə agentlikləri” fermerləri evlərindən çölə ataraq Şimali Amerika çöllərini dolaşırdılar.
 Həmin illər ABŞ-da ailələrin 25%-dən çoxunun heç bir gəlir mənbəyi yox idi. Adam soruşmaq istəyir: “Bəs onda niyə kolxoz sistemini söyürsünüz?” Axı Sovet kolxozlarında əhalinin cəmi 20 faizi kasıb yaşayırdı, amma onların da xırda gəlir sahələri vardı, acından ölən yox idi. Dünyanın ən zəngin ölkəsi adlandırılan ABŞ-ın isə 25 faiz əhalisi aclıq və safələt içində can verirdi. Amma sən demə SSRİ-də şərait cəhənnəm imiş, ABŞ-da isə sadəcə təbii çətinliklər olub.
 On milyonlarla müflisləşmiş ümidsiz insan digər rayonlara qaçırdılar, düşünürdülər ki, orada yaşamaq daha asandır. Həmin dövrə qədər çoz az əhali sıxlığına malik olan Kaliforniya bu şəkildə insanlar tərəfindən məskunlaşdırıldı. Kimin bəxti gətirirdi daxmalarda və ya xeyriyyəçilik yataqxanalarında yaşayırdı, kimin bəxti az gətiridi çadırlarda, çoxları isə küçələrdə yaşayırdı. Uşaqlar milçək kimi soyuqdan donurdular. Valideynləri aclıqdan və xəstəlikdən ölən uşaqların sayı günü-gündən çoxalırdı. 13-14 yaşlı uşaqlar təsadüfi iş üstündə dava edərək, dilənərək, oğurluqla məşğul olaraq, xəbərsiz ölərək və itkin düşərək əmtəə vaqonlarının üzərində illərlə ölkəni gəzirdilər.
 O zaman SSRİ-də pulsuz tibbi təminat və təhsil vardı. “Demokratiya məşəli”ndə hər şey sadə və bazar sayağıdır: uşağının sağ qalmasını istəyirsən- ödə. Yeri gəlmişkən, maraqlıdır, həmin amerikan kəndlilərinin uşaqlarının təhsili vardımı? Onlardan neçəsi professor, akademik, həkim, general, böyük dövlət xadimi oldu? Doğrudanmı heç biri? Axı SSRİ-də belə hadisələri saymaqla qurtarmaq olmaz. Dövlət uşaqlara təhsil verib karyera yüksəlişini təmin edirdi.
 Həmin vaxt Sovet Dövləti xalq enerjisindən və entuziazmından coşduğu halda, Amerikanı və bütün Qərb dünyasını ümidsizlik və çarəsizlik hissi bürümüşdü. Bu Stalin təbliğatının uydurmaları deyil, hətta amerikalılar da özləri haqda bunu açıq şəkildə yazırlar.
 ABŞ və Kanadada Böyük Depressiya Aclığını yaşamış yaşlı nəsil o illəri böyük ağrı-acı ilə xatırlayırdılar. Onlar həmin illərdə aclıqdan, lazımı qədər yeməməkdən və xəstəlikdən xeyli sayda tanışlarının və qohumlarının öldüyü haqda xəbər verirlər. İnsanlar əmtəə qatarlarınıın üzərində getməyə çalışaraq, çarəsiz halda ölkəyə səpələnmişdilər. Polislər onları tuturdular və vəhşicəsinə döyürdülər, sonra türmədə yemək verməmək üçün onları məntəqəyə aparmamağa çalışırdılar. Maykl Lukas “Karpat dağlarından Kanadaya” kitabında xatırlayır ki, polis aclıqdan taqətdən düşmüş insanları çox vaxt ölənə kimi döyürdü. “Demokratiyanın dayağında” buna görə heç kim məsuliyyət daşımırdı. Çox insan qatarın damından yıxılmışdı və yerindəcə şikəst olmuşdu və ya öz ölümünü qatarın təkərləri altında tapmışdı. Çoxu qışda şimal ştatlarında və Kanadada soyuqdan donub ölmüşdü. Çox vaxt onları heç qəbiristanlığa kimi aparmırdılar, elə yaxınlıqdaca basdırırdılar. Nə qədər belə bədbəxtin öldüyünü heç kim bilmir.
 “Qırmızıdərililərin” və zəncilərin vəziyyəti daha qorxunc idi. Zəncilər arasında işsizlik 66% təşkil edirdi, “qırmızıdərililəri” heç işə də götürmürdülər. Tanrı bilir, nə qədər qaradərili ölmüşdü, onları heç saymırdılar da.
 Ruzveltin “Yeni kurs” tədbirlərinin tətbiqindən sonra işlə təmin edilə bilinməyən işsizləri kütləvi halda əmək düşərglərinə tikanlı məftillərin arxasına qovdular. Törətdikləri cinayətlərə görə məhkəmələr tərəfindən məhkum edilmiş QULAQ məhbuslarından fərqli olaraq, əmək düşərgələrinin məhbusları heç bir cinayət törətməmişdilər. Bəs demokratiya, insan hüquqları necə oldu? Prezumpsiyadan ağız dolusu danışan kim idi? Yeri gəlmişkən, sənaye üçün müəyyən edilmiş qiymətləndirmə üzrə əmək haqqı alan QULAQ məhbuslarından fərqli olaraq, onlar adətən heç bir maaş da almırdılar.
 İri şəhərlərdəki xeyriyyə təşkilatları 30-cu illərin əvvəllərindən evsiz-eşiksizlər üçün pulsuz şorba paylamağa başladılar. Çox vaxt növbələr kilometrlərlə uzanırdı, hamıya kifayət etmirdi. Bu pulsuz yeməkxanalar çox vaxt insanları aclıqdan xilas edən yeganə ümid yeri idi. Şorbanı heç də yalnız insansevərlikdən paylamırdılar, az sonra məlum oldu ki, insana bir boşqab şorba vermək, ümidsiz insanın oğurluq və ya talan edərək yaratdığı problemlərlə üzləşməkdən daha asandır...
 Amerikan fermerleri haqda mif həddən artıq şişirdilib. Varlılıq dərəcəsinə görə fermalar çox müxtəlifdir. Fermer statusunun özü baş ağrısından başqa heç nəyə qarantiya vermir. Fermerin ən böyük üstünlüyü yaxşı evdə yaşamasıdır, çünki bu ev öz torpağında və adətən öz ailənin gücü hesabına qurulur. Şəhərdə sənin özünə ev tikməyinə imkan verməyəcəklər ki, inşaatçı lisenziyan yoxdur. Odur ki banklara öz şəxsi evin olsun deyə soyğunçu ipoteka ödəmək lazım deyil. Bununla belə, köhnə taxta evciklərdə yaşayan ailələr də çoxdur. Kanada fermalarında isti sortirlər bir neçə onillik əvvəl yaranmışdır, əvvəllər belə rahatçılıq haqda heç nə eşitməmişdilər. İndi əkinçilik risklərinin dövlət sığortası sistemi yaranıb (əvvəl bu haqda heç söz də gəzmirdi), amma fermerlərçün ən pisi orta məhsuldur, çünki, buna heç bir kompensasiya düşmür, amma banklara kredit və vergi ödəmək vacibdir. Və bütün bunlar indi, 21-ci əsrdə olur, 70-80 il əvvəl isə hər şey başqa cür idi.
 Tədqiqatçısı Keri Mak-Vilyamsın amerikan “kənd idilliyası” haqqında xarakterik “Çətin vəziyyətdə olan Yer” adlı nadir kitabı nəşr olunub. İlk Sovet kolxozlarının yarandığı dövrdə həmin “amerikan fermer cənnəti” necə görünürdü? Müəllif yazır: “Minlərlə “keçi rançosu” adlandırılan komalar, yəni keçi otarmaq üçün az da olsa yararlı torpağı olan fermalar yaranır. Evciklərin çoxunun heç bir şəraiti yoxdur. Yeşiklər, taburetlər və skamyalar stulu əvəz edirlər. Bu yoxsulluğun açıq yara kimi görünən həddidir. Belə şəraitdə infeksion xəstəliklər geniş yayılmışdır. Tibbi xidmət demək olar ki, tamamilə yoxdur. Ara həkimliyi inkişaf edir”.
***
 Həmin illərdə digər dövlətlərin də problemləri vardımı? Nə qədər istəyirsiz. Əsrarəngiz iqlim belə kifayət deyil, düzgün sosial sistem lazımdır. Meksika kəndlilərinin yoxsulluğu fantastik dərəcədə idi. İngiltərədə, Fransada, İrlandıyada da çox pis yaşayırdılar. 30-cu illərdə Polşada həqiqi aclıq var idi, xeyli insan ölmüşdü. Yeri gəlmişkən, o vaxtki Qərbi Ukrayna sakinlərinin müasir nəsilləri bunda xüsusilə Sovet Hakimiyyətinin bilavasitə kütlüyünü günahlandıraraq, 30-cu illərin əvvəllərində aclıq yaşamış qohumlarının söylədiklərini qəzəblə xatırlayırlar. Amma həmin vaxtlar Qərbi Ukrayna SSRİ-yə aid deyildi, ABŞ-da olduğu kimi pulsuz şorbanın heç də hamıya paylanmadığı Polşaya aid idi.
 Mixail Şaturin İsrail, oradakı kəndlilərin necə yaşaması və hətta 30-cu illərdə deyil, müharibədən sonrakı firavan illərdə kapitalizm şəraitində kəndlilərin həyatı haqda maraqlı faktlar yazmışdır. “Yenidənqurma” zamanı və sonralar “pis” sovet kolxozları və “yaxşı” israil kənd təsərrüfatı kommunaları haqda çox şeylər söylədilər. Bu kommunalar əlverişli iqlim şəraitində qurulurdu, amma ilk illər orada həyat çox ağır idi. “Könüllü üzv olmaq” haqda yalanlara baxmayaraq, kommuna üzvləri özləri etiraf edirdilər ki, onların çoxunu ora daxil olmağa İsrailin ilk illərinin aclığı məcbur etmişdi. İctimailəşdirilmənin kolxozlarda olduğundan da yüksək dərəcədə olması “yəhudilərin hamısının qardaş olduğuna” görə deyil, ağır zamanların nəticəsidir. Orda nizam belə idi: əgər kommuna üzvünə varlı bir amerikan dayısı gödəkcə göndərirdisə, o zaman həmin kommuna üzvü ona ildə 2 dəfə çatmalı olan paltarı almırdı, əgər kimsə miras qəbul etsəydi, onu birbaşa ümumi qazana verirdi. Təsəvvür edirsiz, əgər kolxozçular aldıqları mirası kooperativə versəydilər nə isterikalar dolaşardı. İsrail kommunalarına gəldikdə isə- hər şey belə olmalı idi!

eco-socialistsofazerbaijan.blogspot.com

Комментариев нет:

Отправить комментарий