16.07.2013

Ramin Abbaszadə - Ata

Ata
dur qəbirdən
bu dramatik rölü
cox gözəl oynasanda
boş yerə çalışırsan
məni ağaltmağa
məni heç nə ağalada bilməz
polislərin göz yaşardici gazida
ata
oğlun bir volkandir
nə odu var
nə tustusu
yalnız ıçındə yanir


oğlun sənsiz yalnızdır
indi o aya bənzəyirəm ki
deyirdin:
ay bir qızıl daşdi
tanri atib göyə
yerə duşməyə insanlardan qorxusu var
artıqda gücü yox ucalmağa
*
Ata
Yorulmadinmi ?
Bu dramatik rölü oynamağdan
Indi oğlun o volkaqndir
Qurtarib səbri
Oz əlində deyil ağlayır
Deprəm yaratsa
Kimsə onu qınamaz

Ata
Oğlun o göydəki aydır
Hər an yerə duşmək ihtimali var
Artiq öz əlində deyil
Bir faciyə yaranilsa
Sənsən əsas gunahkar
öz başina buraxibsan oğlunu

Ata
Yetməzmi?
Sən seçildin dünyanın ən böyük filim oyunçusu
Tilviziyon kanallari
Sinəma pərdələri
Cox kıçıkdir sənə
Hər gecə
Ulduz-ulduz gostərilisən göylərdə

Demə
Bu filimin yönətməni tanridir
Qiyamətdə kat deyəcəkdir
Dur oğlun yardımsız di
Sənə ehtiyaci var
Ata
Dur bu qəbirdən
Oğluna heç yaziğin gəlmirmi?

Комментариев нет:

Отправить комментарий