Tarixi əsasən həmin dövrün hökmdarları yazır
Kimdir Babək? Nə üçün ərəb xilafəti Babəki özünün duşməni elan etmişdi? XÜRRƏMİLƏR- ərəbcə xurrəmiyə sözundəndir. Məzdəki etiqadını şiəlIk etiqadı ilə birləşdirən təriqətin umumi adıdır. Əməvi sulaləsini devirən Əbu Muslimin edamından sonra yaranmış şiə təriqətlərini xürrəmilər adlandırırdılar.
Görunur xürrəmilər adı Ərdəbildəki Xürrəm rayonundan göturulmuşdu. Əbu Muslimin tərəfdarları ilk dəfə özlərinin varlığı haqda orada bildirmişdilər. Daha məhdud mənada dedikdə, xurrəmilər əslində Babəkin davamçısı olan mühəmmərilər təriqətidir. Əbu Hənifə Dinavərin “Əxbar-ət tival” adlı əsərində yazır:
“Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur”.
“Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur”.
Babəkin üsyanınl başa duşmək ucun əməvi və abbasi sulalələrinin yaratdığı ərəb xilafətini başa duşmək lazımdır. Bu xilafət ərəbin divanə nəfsinin başqa millətlər uzərindəki islam pərdəsi altinda bütpərəstlik formasıdır. Məntiq bizə belə düşünməyə imkan verir ki, Peyğəmbərin xanədanını bir neçə əsr ərzində silən ərəblər məhz o bütpərəst Məkkənin intiqamını alırdılar. Tarixi mənbələrə əsasən xürrəmilər Əli aşiqləri idilər. Peyğəmbərin davamçıları olan rəşidi xəlifələrdən sonra yaranan əməvi və abbasi sülalərinin yaratdığı xilafət butpərəst ərəb Məkkəsindən heç nə ilə fərqlənmirdi. Onlar özlərini Allahın yer üzərində kölgəsi sayırdılar. İnsanlarin beyinlərinə belə bir fikir aşılayırdılar ki, onlara qarşı bir hərəkət etsən, deməli Allaha qarşı çıxırsan. Hətta Hülaki xan Bağdadı tutanda axırıncı xəlifəni edam etdirmək istəyəndə camaat qorxuya düşmuşdu ki, xəlifə edam olunsa qiyamət başlayacaq. Bu məsələni həll etmək Nəsrəddin Tusiyə tapşırılmışdı. O xəlifəni torbaya qoymuş, camaatdan bir necə nəfər secmiş və xəlifəni kötəkləməyi tapşırmışdı. Tusi camaata belə demişdi: “Kötəkləyin, əgər göyun uzu tutulsa, deməli siz deyəndi. Yox, əgər tutulmasa, deməli sizin xəlifə adi bir bəşərdi və sizin beyninizi küfrlə doldurub”.
Babəkin usyanı belə xəlifələrə qarşı idi: Harun Ər Rəşid, Xəlifə Əl-Məmun, Xəlifə Əl Mötəsim... Əgər mən əhli-sünnəyəmsə bu xəlifələrə lənət oxuyuram, çünki sünni hüquq məktəbinin banilərini bu xəlifələr incitmiş və bəzilərini edam etdirmişdir. Əgər şiə təriqətinədəyəmsə, yenə bu xəlifələrə lənət oxuyuram, çünki İmamlari zəhərlədib öldurmuşlər. Xəlifə Məmun daha uzağa gedərək Muaviyənin və yezidin təbliğ etdiyi küfrü dövlət dini elan etmişdi. Mötəzillik cərayanını islam xilafətinin dövlət dini elan etmişdi. İndi vəhhabilər bu mötəzillik cərəyanının əsasını öz ideyaları sayırlar. Nədi mötəzillik? Ərəbcə itəzələ sözündəndir: uzaqlaşmaq, kənar durmaq deməkdir. Bir qrup həmfikirləri ilə birlikdə müəllimləri Həsən əl-Bəsridən ayrılmış Vasid ibn Əta və Əmr ibn Ubeyid mötəzillik məktəbinin baniləri sayılır. Məmunun dövründə mötəzillik cərəyanına xaçpərəst əl-Kindi rəhbərlik etmişdi. İndi özünüz fikirləşin, bu nə dindi.
Mötəzillər Quranın sonradan yaradılma bir kitab olduğunu sayır və ona riayət olunmasını rədd edirdilər. Məmunun fərmanına əsasən Quranın sonradan yaranma kitab olduğunu qəbul etməyənləri işdən cıxardır və edam edirdilər. Müsəlmanların bu təlimi qəbul etmədiyini görən xəlifə əl-Mutəvəkkil hakimiyyətini itirməkdən qorxub bu təlimi yenidən küfr elan etmişdir. (Çox təssuf indi bu təlim vəhhabilərin və sələfilərin cərəyanında özünün ən dekonstruktiv formasına gəlib çıxmışdır).
Babək bu xəlifələrə qarşı usyan qaldırmışdı. Adi musəlmanların üsyanına tarix qarşısında cavab vermək lazım idi. Tarixi əsasən həmin dövrün hökmdarları yazır. Onlar xəlifələrin rəzil hakimiyyətinə qarşı çıxan hər bir müsəlmanı gah atəşpərəst, gah da allahsız elan edib edam etdirmişlər. Babək, Nəsimi və Əl Mənsur və s. buna misaldır. Heyrati-zərb muğamı Babək ordusunun marşı idi. Stanislav Eje Lesin gözəl və cox doğru olan bir fikri var: “Əgər tarixdən butun yalanları çıxartsaq -elə duşunməyin ki tarixdə yalnız həqiqət qalacaq- tarixdə demək olar ki heç nə qalmayacaq.
Комментариев нет:
Отправить комментарий