Gülnarə Rəfiq
«Mənim ölümümdən sonra məzarımın üzərinə zir-zidil tökənlər çox olacaq. Lakin zamanın sərt küləkləri bütün zibilləri məzarımın üzərindən süpürüb atacaq və mənim təmiz adımı üzə çıxaracaqdır». Stalinin vəsiyyətnaməsindən
Faşizm üzərində qələbə Sovet Şurasını dövlətlər arasında fərqləndirdi, irəli çəkdi. Bu dövlətin başında isə İosif Stalin dayanırdı. Amma Stalinin adını çəkəndə ilk əvvəl 1937-39-cu illərin repressiyası və 1943-cü ilin xalq və etnosların köçürülməsi, elm və sənət xadimlərinni təqibi, kilsəyə və ümumilikdə dinə təzyiqlər gözümüzün qarşısına gəlir.
Ölkənin böyük miqyasda sənayeləşməsi, kollektivləşməsi nəticəsində kənd təsərrüfatı tamamilə çökərək 1932-33-cü illərin aclığına gətirdi. Şərqi Avropada kommunist rejiminin bərqərar olması, SSRİ-nin hərbi-sənaye potensiallı ölkəyə çevrilməsi və Soyuq müharibənin başlanması da Stalinin günahları sırasına yazılır. Ona görə də Stalin barədə fikirlər hələ də ziddiyyətlidir. Rusiya cəmiyyəti hələ də bütün bu proseslərdə Stalin barədə fikrini tam formalaşdırmayıb deyə tamailə bir-birinə zidd fikirlər yanaşı yaşamaqdadır.
Stalin Guqaşvili soyadının ruscaya tərcüməsidir
Stalinin əsil adı İosif Vissarionoviç Cuqaşvilidir. Gürcücə Soso onun qısaldılmış adıdır. İnqilaba qədər o, sonsuz sayda ad və ləqəblərdən istifadə edib: Besovşvili, Nijeradze, Çijikov, İvanoviç. Onlardan ən məşhuru Koba ləğəbi idi. Stalinin uşaqlıq dostunun dediklərinə inansaq bu ləqəb Kazbeginin «Ata qatilləri» romanını oxuduqdan sonra əmələ gəlib. Alicənab quldur Koba gənc Sosonun kumiri idi. Koba sözü Kavad adlı fars padşahının adından əmələ gəlib. O, məzdəkilik hərəkatının tərəfdaşı idi və kommunist ideyaların yaxın fikirlər ssələndirirdi. Kavad və fars tarixinə marağı Stalinin nitqlərindən də aydın görünür. Stalin ləğəbinin özünü isə cuqa, yəni gürcücə dəmir (stal) sözünün tərcüməsi ilə bağlayırlar. Belə çıxır ki, Stalin Guqaşvili soyadının ruscaya tərcüməsidir.
«Sən demə bizim atamız gürcü imiş»
İosifin ana dili gürcü dili idi və rus dilini sonradan öyrəndiyindən ömrünün sonunacan gürcü ləhcəsi ilə danışırdı. Amma rusca mahnı oxuyanda bu ləhcə sanki yoxa çıxırdı. İllər keçəndən sonra yalnız rus dilində danşan rəhbərin qızı qardaşına belə deyəcəkdi: «Sən demə bizim atamız gürcü imiş».
Onun atası Beso möhkəm içir, arvadı və oğlunu kötəkləyirdi. Stalin xatırlayır ki, bir dəfə döyülmələrdən bezib atasına bıçaq atarıq az qala onu öldürəcəkdi. Bu hadisədən sonra o, evdən gedib avaralanmağa məcbur idi. Sosonun 11 yaşı olanda atasını içkili halda öldürmüşdülər. Anası Ketevan Geladze oğlunu dəlicəsinə sevən və ciddi bir ana olaraq onu keşiş kimi görmək arzusundaydı. Deyilənə görə 1937-ci ildə Stalin anasının dəfninə gəlmədi, yalnız gül əklili göndərdi. Onun üstündə gürcü dilində yazılmışdı: «İosif Cuqaşvilidən (Stalindən) əziz və sevimli anasına».
İndi də Qori seminariyasında dahi Stalinin burda oxumasını təsdiqləyən şərəf lövhəsi durur. Bu illər artıq ilk şeirlərin yarandığı vaxtlar idi. Müəllimi ona «İveriya» ədəbi qəzetində dərc edilməyə kömək edir. Əgər Stalin şair olmaq istəsəydi müəllimi Çavçavadze onun taleyini həll edə bilərdi. Amma İosif Cuqaşvili inqilabçı olub ən çətin yollardan birini seçdi. Stalin özü barədə xatirə danışa biləcək adamları saxlamırdı. Tiflis dini seminariyasında Stalinlə birgə oxumuş şagird İosif İremaşvili sonradan həbs edilir, türmədən çıxandan sonra isə SSRİ-dən sürgün edilir.Onun dediklərindən: «Stalin də atası kimi rəhmsiz idi. O, əmin idi ki, hamının itaət edəcəyi adam onun atası kimi olmalıdır. Ona görə də statusuna görə ondan yüksək olanlara dərin nifrət bəsləyirdi. Onun üçün qorxu səpmək və qələbə duyğusu ən yüksək triumf idi».
Ecaskar gürcü
Stalinin inqilabçılığı barədə aparılan tədqiqatların hər birində onu məqsədyönlü, cəsarətli və Leninin ən çətin tapşırıqlarını sözsüz yerinə yetirən bir inqilabçı kimi təsvir edilir. Nümunə kimi Lenin və Stalinin birlikdə Petroqradda təşkil etdiyi qiyam və Böyük Oktyabr İnqilabının özünü nümunə gətirirlər. Çünki bu inqilab dünyada ən qansız inqilab sayılır. Çünki Qış sarayı alınanda cəmi 6 nəfər həlak olmuşdu. İnqilab onun həyatının mənası idi.
Leninin «ecazkar gürcü» adlandırdığı Stalini ölkənin ən mürəkkəb, münaqişəli zonalarına ezam edirdilər. Təyin olunduğu yerdə terror aparatını işə salaraq Stalin tez zamanda əraziləri nəzarətə ala bilirdi. Stalinin törətdiyi kütləvi qırğın və həbslərə görə Lenin onu tənbeh etsə də aclıq baş qaldırmış zonalarda səliqə yaradacaq başqa birisini tapa bilmədiyindən yenə də ən konfliktli yerlərə Stalini göndərirdi. Lenin Stalinin təşkilatçılıq qabliyyətini yüksək qiymətləndirirdi. Sonralar şovinizm zəminində aralarında yaranmış münaqişə və Krupskayaya qarşı kobud və despotik münasibətinə görə Lenin Stalininə qarşı fikrini dəyişir. Amma o, bilmirdi ki, ölkəni bu «ecazkar gürcü» idarə edəcək.
Mutant ordu
20-ci illərdə Stalin laboratoriya şəraitində basılmaz güclü məxluqlar yaradılması barədə layihəni maliyyələşdirməyə başladı. Bunlar balaca ağlı olan, ağrıya dözümlü, yeməkdə tələbkar olmayan amma güclü humanoidlər ordusu olmalı idi. Məsələ İlya İvanov adlı alimin boynuna qoyuldu. Bu alim heyvan növlərini cütləşdirmək məsələsində artıq təcrübəyə malik idi. Sovet Frankinşteyni zebroid, maral-öküz, yarıbizon növlərini, siçan və siçovulun ortaq cinsini də artıq yaratmışdı. Əlaqədar orqanlar alimə 15 min dollar, o vaxta görə fantastik miqdarda maliyyə ayırıb 5 il müddət verdilər ki, qırmızı ordu üçün baza elementini rahat yarada bilsin. Amma Stalin müharibə barədə düşünmürdü. O, hələ QULAQ yaratmamışdan əvvəl də tükənməyən işçi qüvvəsi barədə çox fikirləşirdi. Yeni yaranacaq humanoid növü filiz mədənlərində, dəmir yollarının, Sibir və arktik ərazilərdə yolların çəkilməsində işləməli idi. Cəsuslar isə artıq Almaniyada başlamış təcrübələr barədə xəbərlər gətirirdi. Təcrübənin nəticələrində maraqlı olan Fransa Yeni Qvineyadakı elmi tədqiqat mərkəzini bu təcrübələr üçün sovet alimlərinə verdi.
Bu təcrübələrin nəticəsi 80 il keçmiş açıqlandı. Xromasom xəritəsindən xəbərsiz olan İvanov dişi şimpanzeni insan spermasıyla mayalandırmağa çalışırdı. Bir neçə dəfə isə yuxuya verilmiş afrikalı qadınların bədəninə meymun spermatazoidi yeridilmişdi. İvanovun məruzələrinə görə ən böyük problem lazım olan heyvanların tutulması və gətirilməsi idi. Bunun üçün meymunlar yaşayan ağaclar yandırılır və qorxudan yerə tullanan şimpanzelər taxta ilə döyülüb tutulurdu. Bu problemi aradan götürmək üçün 1929-cu ildə Suxumidə meymun yetişdirən təsərrüfat yaradıldı ki, onları meşədən tutub gətirmək lazım gəlməsin. Marseldən gəlmiş cəmi 11 meymunu Suxumiyə çatdırdı. Yolda artıq mayalandırılmış 2 meymun öldü, yerdə qalanı isə vərəmə yoluxmuşdu. Bu təcrübədən duyuq düşən Amerika İvanovdan təcrübəni dayandırmağı tələb etdi.
Əsrlərin ayrıcında ədəbiyyat da qaçırılmış qadınlar və onların insana bənzər varlıqlar doğması, meşələrdə dolaşan yarı insanlar barədə miflərlə dolu idi. Genetika və harmonların öyrənilməsi hələ çox gənc olduğundan hamı tarzan və kinq-konqlara inanırdı. Nəhayət ki, İvanov əsgər-meymun yarada bilməyəcəyini anladı. 1930-cu ildə alimi həbs etdilər və o, dövlətə qarşı fəaliyyətdə ittiham olundu.
Cəmisi 25-30 milyon insan taleyi
«İnqilaba qarşı təşkilatın» 457 üzvünü güllələmək barədə Stalinin imzaladığı hökm «Böyük terror»un başlanğıcı sayılır. Bu əmrdən sonra cinayət-prosesial məcəlləyə dəyişikliklər edildi: istintaq 10 gündən artıq olmayan müddətdə bitməli, ittiham olunana rəy məhkəmədən bir gün əvvəl təqdim edilməli, məsələ tərəfləri dinləmədən aparılmalı və qərar təxirə salınmadan dərhal icra edilməli idi. Bu dövrdə SSRİ-nin həmişə riayət etdiyi qanunlar qüvvədən düşdü və hətta cismani işgəncə də tətbiq edilməyə başladı. Bəzən qərar çıxmamışdan əvvəl onun icrası baş verirdi. Həbs ediləndərin əmlakı dərhal zəbt edilir və ailə üzvləri də qohumluq faktına görə repressiyaya məruz qalırdılar. Hətta uşaqları da türmələr, düşərgələrə və «xalq düşməni uşaqları üçün uşaq evləri»nə salırdılar. 1937-38-ci ilddərdə 1,5 milyon adam həbs eilib. Onlardan 700 mini güllələnib. Orta hesabla bu, günə 1000 güllələnmə idi. Bura düşərgələrdə həlak olmuş 500 min əlavə etmək də lazımdı. 1926 -1939-cu illər arası kollektivləşmə, aclıq və repressiyadan ölkədə 7-13 milyon arası adam həlak olub. Bəzən rəqəmlərin 20 milyona çatdığını da deyirlər. Müharibəni udandan sonra da ölkədə insan tələfatı ara vermədi. 1946-1947-ci illərin aclığı milyona yaxın insan həyatı apardı. Ümumilikdə isə 1939-1959-cu illərdə müxtəlif mənbələrə əsasən 25-30 milyon adam həlak olub. Bu rəqəmlər müharibədə itirilmiş adamların sayı ilə müqayisədə çox dəhşətli görünür və Stalinə bəraət qazandırmağa mane olur.
Sadalanan faktlar Stalinin elan etdiyi rqəmlərlə tutuşmur. Stalinin əsərlərinin külliyatında 15-ci cilddə 32 səhifədə belə ifadələr var: «1938-ci ildə inqilaba qarşı itthamla 52 372 adam həbs olunub. İşin gedişatı və məhkəmə prosesi nəticəsində onlardan cəmi 2 731 adamın ittihamı təsdiqlənib, onlardan 89 nəfər güllələnməyə layiq bilinib. 49 641 adam bəraət alıb. Bəraət almışların miqdarı sübut edir ki, narkom Yejov dəqiq əsası olmadan insanları həbs etdirirmiş. Deməli MK-nin gözündən iraq özbaşnalıq hökm sürürmüş…».
Biz sonsuz sayda Stalini söyə, onu məhv olmuş insan talelərinə görə qınaya bilərik. Amma özümüzə sual verməliyik, 4 milyon danosu kim yazmışdı? Buna görə də Stalin cavab verməlidi? Stalinin dəfni günü çoxlu əklillərin arasına biri üstündəki yazıya görə seçilirdi: «Ölümündən sonra repressiya edilmişə ölümündən sonra bəraət qazanmışlardan».
«Həyat gözəlləşib, həyat maraqlı olub»
Stalinin klassik musiqiyə marağı səmimi idi, görüntü yaratmaq üçün deyildi. O musiqini tez-tez dinləyir və həqiqi zövq almağı bacarırdı. 1943-cü ilə qədər Stalin mukafatlarına laureatların siyahısı «musiqi» bölməsindən başlayırdı. Bəzən rəsmi konsertlərin proqramını şəxsən redaktə edirdi. Stalin xalq mahnılarını, rus və gürcü xalq havalarını eyni dərəcədə çox sevərdi. Dinlədiyi qrammafon valları üzərində də «əla», «yaxşı» kimi qeydlər aparırdı. Bu tip musiqinin radioda səslənməsi məsələsi şəxsən Stalinin nəzarəti altındaydı. O, klassik musiqini sevdiyini vurğulamağı da xoşlayırdı. Stalin haqqında xatirələrdə Molotov, Voroşilov, Stalinin Jdanovun pianoda akkomponimenti altında oxumasını təsvir edən səhnələr çoxdur. Məhdud çevrədə Stalin emiqrant mahnılarn da zümzümə edərdi. Axı onlar uzun müddət yeni yaranmış SSRİ-də qadağan edilmiş sayılırdı. Onun repertuarında ağ qvardiyaçıların da mahnıları vardı. Yeri gələndə Stalin klassik ifaçıdan xalq mahnılarını oxumağı tələb edən nadan siyasi büro üzalərinin ağzından vura da bilirdi. Onun təzyiqi altında siyasi büro üzvləri dəfələrlə klassik ariyanı «udmalı» olurdular. Stalin instrumental musiqini də sevirdi. Emil Qilels, David Oystrax, sonralar Rixter, Rastropoviç onun sevimliləri idi və müxtəlif vaxtlarda Stalin mükafatlarına layiq görülüblər. Stalin sevimlilərinə heç nəyi əsirgəmirdi. Stalin demiş «Həyat gözəlləşib, həyat maraqlı olub».
Stalin filmləri də çox sevirdi. Bəzən şəxsən filmin ssenarisini redaktə edirdi. Amma onun bioqraflarından heç kim Stalinin özü barədə filmləri sevib, ya sevməməsi barədə heç nə deyə bilmir. 16 il ərzində Stalin haqqında 18 film çəkilmişdi. Stalin haqqında çoxlu mahnılar var. Onların əksəriyyəti xalq mahnılarına sevrilib dillərdə əzbər idi.
Günə 500 səhifə
Tiflis ruhani seminariyasında oxuduğu zamanlar keşişlərin ikrahla «Dəyərsiz kitabxana» adlandırdığı ictimai kaitabxanaya daim gedərdi. Buna görə o, dəfələrlə xəbərdarlıq almış, Hüqonun əsərləri müsadirə edilmiş, bir neçə dəfə isə karserdə yatmışdı. Qadağan edilmiş dünyəvi ədəbiyyata görə Cuqaşvili 13 dəfə cəzalandırılmışdı.
Zövqü də qəribə idi, Mopassan, Uayld, Qoqol, Höte və əlbəttə ki, Zolya. Stalin İncildən də, Bismarkın əsərlərindən də, Çexovdan da eyni dərəcədə rahatlıqla sitat gətirə bilərdi. Dostoyevski isə ən sevimlilərdən idi.
Stalinin mütaliəsi barədə də ziddiyytli fikirlər səslənir. Onun məruzələrini tədqiq etmiş Batkin deyir ki, «Stalinin ədəbiyyat, kino, sənət barədə dedikləri primitivdir və yarısavadlı təbəqə üçün nəzərdə tutularaq kamil formaya salınmışdır». Bununla belə Stalin bədii ədəbiyyatdan tutmuş elmi-populyar yazılara qədər hər bir yazını oxuyurdu. Onun gündəlik mütaliə norması vardı, günə 500 səhifə idi. Belə çıxır ki, o, günə bir neçə kitab oxuyurdu. Bu isə ildə bir neçə min kitab demək idi. Onun kitabxanasındakı kitabların əksəriyyətində kənarlarında qeydlər, işarələr kitabların diqqətlə oxunduğundan xəbər verir.
«Şəxsiyətə pərəstiş əlbəttə ki, vardı. Amma şəxsiyyətin özü də var idi!»
Sovet təbliğatı Stalinin ətrafında «böyük sərkərdə və ustad» kimi adlandırılan keçilməz sədlər yaratmışdı. Onun şərəfinə şəhərlər adlanır, adı Makrs, Engels və Leninlə yanaşı çəkilir, şərəfinə yazılan şeirlərin ardı-arası kəsilmirdi. Bəzi şairlər həqiqətən də Stalinin adıyla sayıqlayırdılar. Xruşov özünün 20-ci qurultaydakı məşhur məruzəsində Stalinin bütün bunları bəyənməsi barədə danışırdı. Stalinin öz bioqrafiyasını şəxsən redaktə edib xalqların atası, dahi sərkərdə olması barədə səhifələrlə yazı əlavə etməsi barədə də biz Xruşovun dilindən eşitmişik. Bununla yanaşı Stalinin tərif aktlarını sevməməsi barədə faktlar da məlumdur. «Qələbə» və «Şərəf» ordenlərinin ilk eskizləri Stalinin profili ilə hazırlanmışdı. Stalin profilini Spass qülləsi ilə əvəz etməyi xahiş etdi. Şoloxovun dilindən çıxmış bu fraza dövrü və lideri də tamamilə xarakterizə edir: «Şəxsiyətə pərəstiş əlbəttə ki, vardı. Amma şəxsiyyətin özü də var idi!».
Xruşovun 20-ci qurultayda adını çəkdiyi «şəxsiyyətə pərəstiş» termini hələ də tam tədqiq edilmiş sayıla bilməz. Stalinin ölümündən 60 il keçməsinə baxmayaraq, onu canlı görənlərin artıq həyatda olmadığı bir zamanda da, adına ləkələr yağdırıldığı vaxtlarda belə ona qarşı insan məhəbbəti də səngimək bilmir, bunu bir fakt kimi nəzərə almamaq da olmaz. Ondan sonra şəxsiyyətə pərəstişi davam etdirmək istəyən nə Xruşov, nə Brejnev xalqın belə sevgisini qazana bilməmişdi. Pərəstiş dövrü davam edirdi, amma artıq şəxsiyyətlər yox idi. Stalinin avtoriteti ardınca Leninin də adı bədnam oldu və nəticədə kommunizmdə yaşayacaq insanların nə mənəvi dəyərləri, nə də oriyentirləri qaldı. Amma Engels demiş «açıq dənizdə avtoritet xüsusilə lazımlıdır. Orda hər şey bir nəfərin iradəsinə sözsüz və düşünmədən tabe olmaqdan asılıdır». Bu məsələdə ölkədə Stalinə alternativ şəxsiyyət yox idi. Xalq Stalinə onun özünə inandığından da artıq inanırdı. Stalinin ifşasından sonra isə heç bir rəhbər artıq xalq tərəfindən sevilmədi. Xruşov o boyda ölkəni illüziyadan məhrum elədi.
***

Stalin barədə yüzlərlə mif var. Amma onların əksəriyyəti onun düşmənləri tərəfindən bilərəkdən yaradılıb. Bəzən miflər öz-özünə yaranırdı. Stalinin özünü marksist kimi göstərib əslində əksinqilabçı olduğu barədə danışırlır. Antisemit və rus şovinisti, etno nasionalist, hətta alkoqolik və paranoik olması barədə danışırlar. Bütün bu miflər bir-birinə zidd olsa da paralel həyatını yaşayır.
Stalinin azadlığı boğması, totalitar cəmiyyət yaratması və bəşəriyyətə qarşı günah işlətməsi barədə faktları araşdıranlar onun Hitlerlə bir araya qoymağı tələb edir. Bu fikirlər Qərbdə və yenidənqurma dövründən sonra Rusiyada daha çox səslənir. Amma Stalinin sağlığında Qərb ona maraqlı sosial eksperimentin yaradıcısı kimi baxırdı və Bernard Şou, Leon Feytvanger, Anri Barbüs münasibətlərini açıq bildirirdilər. 20-ci qrultayda ifşa edildikdən sonra stalinizm Qərbdə də bir hadisə kimi maraqdan düşdü. Kommunistlər Stalini Lenin və Marks idealarından uzaqlaşmaqda ittiham edir. Nasionalistlər isə Stalin barədə Rusiya İmperiyasının dövlətçiliyi gücləndirdiyinə görə ehtiramla danaşırlar.
Stalinin oxşarı ondan 4-5 gün sonra öldü
Stalinin həyatında nizamlı bir səliqə vardı. Bağına gələr, ola bilər çay istəyərdi. Sonra otağına çikilib içəridən bağlanırdı. Lazım olsa zəngi cingildədərdi. Üzünü həmişə özü qırxardı. Ölən günü otağındakı sakitçilik mühafizəni narahat etməyə başlamışdı. Səhər 10-11-də dahi rəhbərin otağında həyat canlanmalıydı. Otağın qapısı açılanda Stalin yerdə uzanmış və artıq keçinmişdi. Hadisəni mühafizə belə xatırlayır. Rəsmi sənədlərdə onun insultdan sonra 4-5 gün hələ sağ qaldığı yazılır. Onun gah səhər, gah da axşam öldüyü deyilir. Hadisə Moskva mənzilində, ya da Volıns bağında olduğu danışılır. 4-5 gün can verən əslində Stalinin oxşarı, rəhbərin həyatını paralel yaşayan adam idi. Siyasi büroya bir neçə gün vaxt lazım idi ki, gələcəyi planlaşdırıb atılacaq addımları müzakirə edə bilsin. Oxşar öz rolunu o qədər yaxşı oynayırdı ki, Stalinin qızı, ona qulluq edən tibb bacısı, hətta həkimlər də heç nədən duyuq duşmədilər. Tarix kitabları Stalindən sonra yeni rəhbərin təyinatının 6 martda olduğu yazılır. Arxiv sənədlərində isə bu 3-4 mart tarixindədir, yəni ki, Stalinin rəsmən hələ sağ olduğu günlərdə. Stalin barədə sirrlərin açarı Beriyanın əlində idi. Beriya ölümü ilə bütün sirrləri özüylə qəbrə apardı.
Bunu unutmaq ayıbdı!
Stalinin sərxoş olduğunu görən olmayıb hələ ki. Çünki Stalin heç vaxt lazım olduğundan artıq içməyi özünə icazə vermirdi. Həmişəki kimi 2 piyalə konyak içirdi, vəssalam. Yeməyi də sadə idi. Gürcü yeməklərini sifariş verməzdi. Rus mətbəxini, xüsusilə də pelmen və şi yeməyi sevirdi. Sobada qızardılmış qabıqlı kartofa isə münasibəti xüsusi idi. Stalinin bəyəndiyi kartof növünü tapmaq üçün bütün Sovet İttifaqını gəzib dolaşmışdılar. Qocaldıqca otağında bağlanıb qalmaq istəyi artırdı, hamı onda hansısa bir psixoloji xəstəliyin cücərdiyini düşünürdü.
Stalinin şəhərdən kənar bağı çox sadə idi. Burda nə hovuzlar, nə də masaj salonu vardı. 2 terrası şüşəbənd eləmiş və yağışdan qorunmaq üçün taxta budka da vardı. Bağın hasarı taxta lövhələrindən idi. Üstündə tikanlı məftil-filan da olmazdı. 1938-ci ildə təhlükəsizlik baxımından daha bir daxili hasar tikmək qərara alındı. Çünki bağ meşənin içindəydi və qaranlıqda bağı qorumaq asan deyildi. Bu , Xruşovun nəql elədiyi əhvalata, dəmir-beton qalasında zirehli qapılar arxasında oturmuş obraza tamamilə uyğun gəlmir. Stalinin bağında qapılar yarıyacan şüşədən olan adi taxta qapılar idi. Açarları isə kommendantda olardı. Ümumilikdə Siyasi Büronun üzvləri arasında öz mühafizəsi ilə ünsiyyət quran bəlkə də yeganə adam idi. Stalin özünü çox varlı adam sayırdı, çünki 2 şineli, 3 paltosu və 4 kiteli vardı. Valenkaları isə 3 cüt idi. Kremlə gələndə də valenkalarını ayağından çıxarmazdı. Çünki ayaqları möhkəm ağrayırdı, xüsusilə də oturanda. Ona görə bütün müşavirələrdə söhbətləri gəzişərək aparardı.
Dözmək lazım idi, dözmək…
Hamı bilirdi ki, Stalin adamın gözünün içinə baxanda gərək gözünü çəkməyəsən. Onun ağır baxışlarına dözmək lazım idi. Dözməyənlərin taleyi pis olurdu. Hələ Koba ləuəbini daşıyarkən Stalin Bayıl türməsində siyasi məhbuslar arasında iradəsi ilə fərqlənirdi. Salyan polku məhbusları vura-vura qovlayan zaman Stalin başını dik tutub tüfənglərin qundağı ilə vurulan zərbələrə səssiz dözüb kitabını oxuya-oxuya irəliləyirdi. Ağrılı zərbələr altında əyilmir, gizlənmir, özünü qorumağa çalışmırdı. Onun bütün ömrü boyu əyilən adamlardan acığı gələcəkdi. Ətrafında yaltaqlar çox olsa da onlardan heç kim hörmət sahibi deyildi.
Qorkinin mənzilində o, sənət adamları ilə görüşməyi sevrdi. Xatirələrdə o, şəkillərdə olduğu kimi sanki daşdan yonulmuş, hərbi geyimli, zəhmli adam kimi deyil, əksinə, hərəkətli, daima əlində saatın zəncirindən asılmış balaca bıçağı oynadan adam kimi yadda qalıb. Onun sözü göydə tutmaq qabliyyəti vardı və hər hansı fikrə sitat gətirməyə ona bir neçə saniyə kifayət idi ki, fenomenal yaddaşından onu çıxarıb səsləndirsin. O, ətrafında baş verən hər bir xırda detalları da görürdü. Onun radioqəbuedicisi sanki bütün kanallardan tuturdu və cavabı həmən dəqiqə, üzünə deyirdi. Onün təbəssümü bığlarının altından güclə sezilirdi. Bu gün, Stalinə daş atmağın dəbdə olduğu zamanlarda belə xırda faktlar nəzərdən qaçırılır. Hamı Stalinin tərif dolu şeirləri, odaları yazdırmaqda ittiham edənlər ağlına da gətirmir ki, rəhbərin əslində bütün bunlara ehtiyacı yox idi. Tərif şeirlərinin əksəriyyəti isə ürəkdən gələn sözlərlə idi.
Stalin həyatının inqilabdan kənar tərəflərini işıqlandıran hər hansı yazıya qarşı çıxırdı. Həmin səbəbdən də «Stalinin uşaqlığı barədə hekayələr» kitabına çıxmağa mane oldu: «Kitab sovet uşaqlarının yaddaşına rəhbərlərin şəxsiyyətinə pərəstiş, qəhrəmanların günahsız olması barədə səhv fikirləri sala bilər. Bu, təhlükəlidir. Kitabı yandırmağı məsləhət bilirəm».
Qalibləri qınamırlar!
Stalin anasının arzusunun ardınca gedib keşiş də ola bilərdi. İstedadının ardınca gedib şair də. Onun şeirlərini «İveriya», «Kvali» ədəbi qəzetlərində çap edirdilər, hələ gənc ikən. O, görkəmli din xadimi olmadı. O, dahi şair də olmadı. Amma əvəzində o, dahi inqilabçı oldu.
Adama elə gəlirdi ki, onun başını vurub deşsələr ordan Marksın «Kapital»ı pırtlayıb çıxacaqdı. Marksizm onun ehtiras mənbəyi idi, burda ona bərabəri yox idi. Stalin müxtəlif vaxtlarda Herbert Uels, Bernard Şou, Lion Feytvanger, Anri Barbüs və başqa xarici yazıçılarla görüşüb söhbətləşmişdi. Müharibə zamanı o, Çörçil, Ruzveld, Truman, Ettli, Harriman, Devis, Gilas kimi siyasi liderlərlə görüşərək siyasətdən əlavə intellektual söhbətlər də aparmışdı. Belə təssürat yaratmaqçün isə hazırlaşmaq mümkün deyil. Biliklərini müstəqil şəkildə qazanmasına baxmayaraq onun fəlsəfə, siyasət, ədəbiyyat və tarix sahlərində hazırlığını aşağılamaq düzgün olmaz.
***
«Asiya cinsli güclü heyvan» - 20-ci əsrin daha bir diktatoru Hitler Stalin barədə belə deyirdi. Sonra əlavə edirdi ki, hayıf ki, bu cins o qədər də yaxşı tədqiq edilməyib. Onlar həmişə bir-birinə maraq göstərərək daima izləyiblər. 1939-cu ildə görüşməliydilər, amma alınmadı… Hitler öz nitqlərində Stalini tanka bənzədirdi. Görüşə gəlməkdən Hitler özü imtina etdi. Çünki o görüşüb Stalini söhbət zamanı aldatmalıydı. Deyəsən yalnız fürer Stalinin iblisanə qüvvəsini uzaqdan duyurdu.
Çörçil, Ruzveld öz aralarında Stalini «Co dayı» adlandırırdı. Stalin bunu bilir və incimirdi. Onsuz da Çörçil alman ordusunu qəbirdə, Rusiyanı əməliyyat masasında görmək istəyirdi. Amma Tehran konfransında kral 6-cı Georqun qılıncını Stalinqrad qələbəsi şərəfinə Stalinə təqdim edəndə onun gözlərindəki yaşları görməyə bilməzdi. Çörçil yazırdı: «İlk dəfə idi ki, mən necə balaca bir xalq olduğumuzu anladım. Mən bir tərəfimdə nəhəng rus ayısı, o biri tərəfimdə amerikan bizonu ilə oturmuşdum. Bu iki nəhəngin arasına bir ingilis eşşəyi sığınmışdı».
İntellektual və Qatilin nadir kompozisiyası
Orta Asiya işləri üzrə müşavirədə 30-cu illərin pambıqçı-şagirdi Məmləkət Stalinə salamlama nitqi ilə yaxınlaşdı. O, gülümsəyib qızı qucağına aldı. Onları həmən dəqiqə çiçəklərə qərq elədilər və fotoqraflar yaxşı şəkillər çəkdi. «Stalin - uşaqların ən yaxşı dostu» adı ilə bir foto bütün ölkəni dolaşdı. Stalin qucağında şagirdi tutarkən üzünü Beriyaya tutub «Moma, şore eq tiliani» deyib gülümsəməyə davam edirdi. Rəhbərin dediyi bu cümlə Məmləkətin beyninə həkk oldu. İllər keçmiş bu qız unutmadığı cümlənin mənasını öyrəndi: «Bu bitli-sirkəli qızı rədd elə burdan!».
Gəncliyində Stalin yoldaşlarına xalqla rəftar etməyin yollarını göstərmək üçün başına yığırdı: «Siz xalqı idarə etməyin yollarını axtarıb başınızı sındırırsız? Sən gözünü qırpanda onlar da qırpsın, səni çar, yarıallah elan eləsinlər. İndi göstərərəm». O, bir toyuğu götürüb canlı ikən tükünü yolmağa başladı. Qırmızı ətə qədər yolub bircə pipiyi saxladı. Sonra toyuğu yerə qoyanda məntiqlə qaçıb qurtarmaq əvəzinə toyuq Stalinin qara uzunboğazlarına sığındı. Çünki gün altında yandırıcı idi, kölgədə soyuq. Stalin toyuğun qarşısına bir ovuc dən atdı. «Bundan sonra toyuq yalnız mənim arxamca gedəcək, çünki acından ölmək istəmir. Xalqla da belə rəftar edərlər».
Stalin intellektual və qatilin çox nadir kombinasiyasında ibarət şəxsiyyət idi. Belə bir şəxsiyyət başqa zamanda, başqa siyasi quruluşda özünə yer tapa bilməyəcəkdi. Onun yeri məhz inqilablarla təlatüm içində çapalayan Rusiyada idi.
2006-cı ilin sorğusuna əsasən Rusiya əhalisinin 47 faizi Stalinin tarixdə rolunu müsbət, 29 faizi mənfi hesab edir. Və bu rəqəmlər daima dəyişməkdədir…
Ermənilər Stalinə də xəyanət edib
Repressiya və xalqların köçürülməsi məsələsi Stalinə qarşı yürüdülən ən ağır ittihamlardır. Xalqların deportasiyası barədə oxuyanda bunu rəhbərin şıltaqlığı kimi qəbul etsək bütün bunlar yaramazlıq və son dərəcə qəddarlıq kimi görünə bilər. Stalinin əmriylə yurdundan didərgin düşmüş krım tatarları, çeçen və inquşlar, litvalılar, latış və estonların tarixcəsini araşdıraq. Krımdan Qızıl Orduya çağırılmış 90 min adamdan 20 mini tatar idi. 1941-ci ildə 51-ci ordu Krımdan geri çəkilərkən 20 min Krım tatarı fərarilik etdi. Yəni demək olar ki, tatarlar hamısı qaçdı və sonradan almanlara xidmət etməyə başladı. Həmin ildəcə müsəlman komitələri adı altında yaranan dəstələr partizanlara qarşı vuruşmağa başlayır. Bəzi dəstələr dinc əhaliyə qarşı əməliyyatlara göndərilirdi. 20 min tatar həmin illərdə əli silah tuta bilən bütün kişi əhalisi demək idi. O dövrün mətbuatında isə almanlar Krımı azad etmiş xilaskarlar kimi vəsf edilirdi. Krım almanlardan azad olunandan sonra 5381 aktivist həbs edildi, 5995 tüfəng, 337 pulemyot, 250 avtomat, 31 minomyot, çoxlu qumbara və patronlar müsadirə edildi. Bu faktları sadalayndan sonra Krım tatarlarının ölkənin içərilərinə tərəf köçürülməsi artıq deportasiya kimi deyil, sərhədləri qorumaq cəhdi, xəyanətkar xalqları strateji nöqtələrdən uzaqlaşdırmaq kimi görünür. Köçürülərkən hər ailəyə 500 kiloqramlıq əşya götürməyə icazə vardı. Ev heyvanlarını, əzrağı, taxılı, başqa kənd təsərrüfatı avadanlığını burda təhvil verib qəbz alaraq əvəzini artıq köçürüldüyü ərazidə ala bilmək imkanı da vardı. Köçürüldüyü ərazidə onlara torpaq sahələri ayrılır və yeni yaşayış evləri tikilməsində yardım edilirdi. Hər ailəyə ev tikmək üçün 7 ilə ödəmək şərtilə 5 min rubl verilirdi.
1944-cü ildə Krım tatarlarının köçürülməsi başa çatdı. 67 eşalona yerləşdirilmiş 180 014 adam köçürüldü. Krımdan tatarlardan əlavə bolqarlar, yunanlar, ermənilər və xarici vətəndaşlığı olan şəxslər də köçürüldü. Stalin həqiqətən də adıçəkilən etnik qruplara qarşı şəxsi simpatiyasına əsaslanıb bu əməliyyatı başlasaydı, o, ermənilərin xəyanətkarlığının əvəzini Ermənistanı bir respublika kimi sıradan çıxarmaqla edə bilərdi. Erməni legionu adlanan döyüşgən qrup erməni icması tərəfindən maliyyələşir və yunanlar, bolqarlarla birgə Sovet İttifaqına qarşı vuruşurdular. Stalin ölkənin təhlükəsizliyi baxımından uzaqgörənlik edərək İttfaqın sərhədlərini və tamlığını qoruya bildi. Müharibəni yalnız belə udmaq olardı.
Stalin maq olub?!
Sovet hökumətinin okkult təcrübələri barədə yazılar 3-cü Reyxin okkultizmi qədər çox yayılıb. Stalin Tiflis ruhani gimnaziyasında Georgi Qurciyev adlı maq, okkultist və filosofla birgə oxuyurdu. İosif Cuqaşvilinin «Şərq qardaşlığı» adlı okkult cəmiyyətin üzvü olduğu barədə də danışılır. Qurciyev və onun həmfikirləri də bu cəmiyyətin üzvü idi. Stalinin Koba ləğəbi də sirli məqamlara aiddir. Qədim slavyan kilsə lüğətlərində bu sözün mənası «volxv, caducər, sehirbaz», ya da «öncəgörən» kimi tərcümə edilir. 5-ci əsrdə Şərqi Gürcüstanı zəbt eləmiş fasr çarı Kobadesin da adı belə idi. Vizanitya tarixçisi Feofan deyir ki, Kobades dahi maq idi və idealları kommunistlərə yaxın bir sektanın başçısı idi. Sekta üzvləri varidatı həmişə öz aralarında tən bölürdü, ona görə də bu sektada nə varlı, nə də kasıb vardı.
Stalinin hakimiyyətdə olduğu vaxtlar dövlət təhlükəsizliyi xidmətində kənar sivilizasiyaların izlərini, qədim mədəniyyətləri xüsusi cəhdlə öyrənən bölmələr vardı. Bolşeviklər dövləti yenilməz edən biliklər və texnologiyalar axtarırdı.
Deyirlər ki, 1941-ci ildə Stalin gizli şəkildə müqəddəs Moskovskaya Matronanın (Matrona Dmitriyevna Nikonova) yanına səfər edib ondan müharibənin gedişatı barədə informasiya alır. Stalin zamanı paytaxtda Volf Messinq adlı öncəgörən və hipnozçu yaşayırdı. Hökumət onun xidmətlərindən istifadə edirdi. Messinqin qüvvəsini anlatmaq üçün bir kadrı yada salmaq kifayət edər. Stalin Messinqi yanına çağırıb belə bir tapşırıq verir. Ağ vərəqi verib onun əsasında 100 min rublı bankdan almaq lazım di. Bununçün kassirə təlqin edilməliydi ki, ağ kağız 100 minlik çekdir. Messinq bu tapşırığı asanlıqla yerinə yetirir. O otaqdan çıxan kimi kassir ayılıb əlindəkinin ağ kağız olduğunu görür və az qala infarkt keçirir. Başqa bir tapşırıqda isə Messinq hökümət evində bütün maneələri, mühafizəni rahat keçərək Beriyanın kabinetinə çatmalı idi. Bu tapşırıq da asanlıqla yerinə yetirilir. Stalinin məsləhətçisi belə adamlar idi.
Xalqların rəhbəri özü də magik biliklərə malik idi. Parapsixoloqlar deyir ki, Stalinin portretlərində əlində tənbəki borusu və tüstü ilə təsvir olunmasının magik mənası var. Tüstü yadları onun aurasına daxil olmağa qoymurdu. Daniil Andreyev öz kitabında yazır ki, Stalin xüsusi «Xoxxa» adlı trans vəziyyətinə girməyi bilirdi. Bu vəziyyət astralın dərin qatlarına daxil olub oradan batini biliklər əldə etməyə imkan verirdi. Hamı bilir ki, rəhbər həmişə səhərə yaxın yerinə girərdi. Çünki astral bədənin görüntülərini müəyyən saatlarda əldə etmək olurdu, yəni səhərə yaxın. Bu saatlarda mühafizədən kimsə onun otağına daxil olmağı heç ağlına gətirə bilməzdi. Bu xüsusi əmrlə qadağan edilmişdi. Bəzən belə trans vəziyyətlərdən sonra Stalinni xarici görkəmi də dəyişirdi, qırışları hamarlanır, yanaqları qızarırdı. Xoxxa vəziyyətti rəhbərə enerjisini bərpa etmək üçün və hadisələrin gedişatını bilmək üçün lazım idi. Stalinə qarşı daha sərt mövqedə olan parapsixoloqlar deyir ki, kütləvi qətllər astral varlıqlara vəd verilmiş qurbanlar idi.
***
Stalinin dəfni sovet xalqı üçün bir imtahan oldu. 1953-cü ilin martın 9-da vəfat etmiş lideri basdırmağa minlərlə adam toplaşmışdı. Basabasda ölənlərin sayını hələ də dəqiq bilmirlər. Çünki yalnız tanınmaz hala düşmüş, ya da kimsəsizlərin hesabatı aparılırdı. Tanınmaz qurbanlardan birinin 1422 saylı olduğu məlumdur. Qohumlar meyiti aparırdılarsa onları saymır və sənədləşdirmirdilər deyən rəqəmlər məlum deyil. Bu fakt Stalin zamanını eləcə də siyasi liderə olan ümumxalq münasibətinin göstəricisidir.
Stalini əvvəl Leninlə bir mavzoleydə saxlayırdılar. 1961-ci ildə onun tabutunu çıxarıb Kreml divarı yanında dəfn etdilər. Stalin yeganə sovet lideri idi ki, Rus Pravoslav kilsəsinin dəfn ritualına və matəm duasına layiq görülüb.
bizimyolinfo.com

Комментариев нет:
Отправить комментарий