20.07.2013

İsa Həsənoğlu - Hələ də

Qəlbimin nokəridir əqli-kəmalım hələ də,
Mənə həmdəmlik edir dərdü-məlalım hələ də.

Tükənib göz yaşım artıq qəmi-hicranda, fəqət
Yetməyir dadıma ol qaşı hilalım hələ də.

Xeyli aşiq sevib öz yarın olmuş vasil,
Niyə bəs yaddı mənə bəzmi-vüsalım hələ də?!

Məhbəsi-eşqə əsir olduğu andan könlüm,
Gülməyib bir kərə məhzun’ cəmalım hələ də.

Min gözəl dövr eləyə başıma,baxmam birinə,
Çünki, ol yarı gəzir fikri-xəyalım hələ də.


Ehtiyatla qoruyur qəlbin oğurlanmaqdan,
Neçə cəhdim puç olub, yoxdu macalım hələ də.

İsa, axtarma əbəs çarə əzabi-eşqə,
Tapmayıb çarəsini çünki, bir alim hələ də.

Комментариев нет:

Отправить комментарий