30.07.2013

ZƏRDÜŞT

Elşən Cəfərov


Zərdüşt peyğəmbər haqda məlumatlar bizim dövrə çox az miqdarda gəlib çatmışdı. Bu məlumatların bir coxu dəqiq deyil. Guya Zərdüşt peyğəmbər atəşpərəst olub. Atəşpərəstlər Zərdüştü öz peyğəmbərləri sayırlar. Biz Zərdüşt haqda məlumatları onun əsil davamçılarından götürüb oxusaq görərik ki,onun haqda yazılanlar həqiqətə uyğun deyil. Zərdüşt tarixə bir necə ad ilə düşüb. Bəziləri onu Zərdüşt, Zorastr, Zulkifl və daha dərinə getsək onu Ulu Bağ Sar Oddaş adlandırırdılar. Quranda surə 21 ayə 85 baxaq:”İsmaili, İdrisi və Zulkifli də yad et. Onlarin hər biri səbr edən kəslərdən idi”.Əgər Zərdüşt peyğəmbər Allaha yox, onun yaratdığı oda sitayiş etsəydi, Tanri onu Quranda yad etməzdi. Bir çox islam alimləri Quranda Zulkiflin kim olduğunu deyə bilmir və onun haqda tarixdə çox az məlumat olduğunu yazırlar.
Məhşur riyaziyyatcı və filosof Pifaqor Zərdüştü (Zorastr) öz müəllimi saymış və öz fəlsəfi fikirlərini Zərdüştdən götürdüyünü yazmışdi. (P.S.Taranov.120 filosov.Anatomiya mudrosti kitabi). Təkçə Pifaqor deyil, Epixarm(7 adildən biri sayılır) öz təlimini Pifaqordan və Zərdüştdən götürdüyünü yazır. Onun fikirlərindən birini yazıram:”Allah kimdir-ağıldır.Ağıl kimdir-ağıllı fikir.”Tarixdə Pifaqorun iki məhşur fikri dərin iz buraxmışdı. Ruh ölməzdir. Dunyada baş verən butun hadisələr müəyyən fasilədən sonra yenidən təkrar olunur. Ümumiyyətlə təzə hec bir şey baş vermir, tarix daıma təkrar olunur. Pifaqor demişdi:”Dunyada ən müdrik rəqəmdir. Allah rəqəmlərin rəqəmidir.Rəqəmdən hec nə əmələ gəlmir.Lakin yaranişlar rəqəmnən ardıcıllığa düzülürlər.” Zərdüştün dini fikirləri onu özlərinə ustad saymış Pifaqorun və Epixarmın əsərlərində öz əksini tapmışdı. Zərduştə görə insan üclükdən ibarətdir. Ruh,cisim,can. Zərdüşt tək Allahlığı qəbul etmişdi. Həqqi tək Allahlıqda tapmışdı. Zərdüştə görə yaranma zamanı xeyir və şər ilk yaranmışdı. Zərdüştün Allahın qurduğu məhkəmə, cənnət və cəhənnəm, qiyamət günü, ruhun cisimdən ayrılmasi haqda dediyi fikirlər Pifaqorun əsərlərində öz yerini tapmışdı. Onun sözlərinə görə qiyamət gunu oddan ancaq saf insanlar salamat çıxacaqlar. Bəzi tarixi mənbələrdən Zərdüştün göstərdiyi möcüzələrdən ikisi haqda məlumatlar gəlib bizim dövrə çatmışdı. Birincisi: çayi kecmək ücun çayin suyunu əli ilə dayandıra bilməsi, ikincisi: yanar odun ona hec bir zərər verməməsi. Yəni yanar odu əlində saxlaya bilməsi və yanar odun içindən salamat keçib getməsi. Zərdüştü atəşpərəstlərin kahini xəncər zərbəsi ilə öldürmüşdü. Pifaqor və Epixarm (Bu iki şəxs özlərini sunnət elətdirmişdi.) və minlərlə Zərdüştün davamçıları atəşpərəstlər tərəfindən öldürülmüşdü. Məntiq mənim sizdən bir sorğu soruşmağimi məcbur edir:” Zərdüşt atəşə və oda sitayiş eləsəydi nə ücün atəşpərəstlərin kahinləri tərəfindən Zərdüşt və onun davamcıları məhf edildi?” Zərdüştün yaşadığı dövrdə(b.e.ə.3500-4000 əvvəl)insanlar ancaq oda sitayiş edirdilər.Zərdüştün gətirdiyi tək Allahlıq təlimi atəşpərəst kahinlərinə sərf etmirdi. Zərdüşt öldürüldü və onun yazıları o cümlədən Avesta kitabı yandırıldı. Davamcıları məhf edildi və yerdə qalanlar təqiblərə məruz qaldılar. Lakin Zərdüştün təlimi artiq insanların beyinlərinə yol tapmışdı və insanlar artıq oyanmağa başlayırdılar. Çunki Zərdüşt deyirdi:” Bütün insanlar bərabərdir, yəni Allah yer üzünü bütün insanlara bəxş edib. Bütün insanlar yerin var dövlətindən bərabər istifadə etməlidirlər. Heç kəsin başqa bir insanı kölə etməyə ixtiyarı yoxdur. Məzlumu və zəifi əzməyə Allah icazə vermir. Bu xüsusiyyət ancaq yırtıcı heyvanlara məxsusdur. İnsanda Allahdan bir zərrəcik, yəni ruhu vardi.” İnsanları  yolunu azdirmaq üçün atəşpərəst kahinləri Zərdüştü öz peyğəmbərləri elan etmiş və özlərinin yazdıqları təzə Avesta kitabını Zərduştun adına cıxdılar. Yenə sualı təkrar edirəm: “Əgər Zərduşt oda sitayiş etsəydi ,onu və onun davamçılarını atəşpərəst kahinləri niyə öldürürdü?” Atəşpərəst kahinlərinin yazdıqları Avesta kitabını isə Əmir Teymur yer üzündən toplamış və yandırmışdı. Bəs bizə gəlib çatan Avesta kitabı hansı məxluqun yazdığı kitabdı. Çox qəribədir əsil tarixə nəzər salanda görürsən ki, bizim millətə qarşi başqa xalqlar çox qisqanc olublar. Bizim millətin yaşadığı ərazini, qədim Bağday ərazisini gah Mesopatamiya və ya Albaniya adlandırıblar.Tarixdə burada yaşayan millətin adını gah şumer, gah alban və başqa ad ilə adlandırmağa başladılar. (Bu ərazi sonradan Şah İsmail Xətai tərəfindən bir yerə toplandı və bizə yadigar qoyuldu.Çox təəssuf bu ərazini biz saxlaya bilmədik.) Bizim millətin numayəndələrinin adini gah kafir qoydular, (Babək kimi) gah allahsız qoyub (Nəsimi kimi) dərisini soydular. Gah da millətin adını dəyişdirib başqa millət adı ilə təqdim etdilər. Gah da Məzdək babamızın üsyanını (Zərdüşt təliminin davamçısı idi.)mundarlıq adlandırdılar. Guya Məzdəkin qoyduğu bərabərlik hər bir şeyə, eyni arvad və eyni uşaq kimi anlayışa aid idi. Məzdək Babamiz İranda yaşamışdı. Onun yaşadığı dövrdə İranda atəşpərəstlik dini mövcud idi. Məzdək məzlum insanların əzilməsinə qarşi üsyan qaldırdı.  Zərdüştün safliq təlimini əsas tutaraq, insanların bərabər yaşamasını tələb etdi. Tarixdə isə atəşpərəst kahinləri bu üsyanı mundarliq damğası vurub ,mundar insanlarin üsyani adı ilə yazdırdılar. Halbuki, bu üsyanın adına yazılan  bir çox qanun və qaydalar atəşpərəstlik dininə aid idi. Mənim bir tarix müəllimi ilə bu haqda mübahisəm düşdü və ona bir sualım oldu;”Mənə de görüm Məzdəkin dini nə idi? Mənə cavab verdi:“atəşpərəstlik. Bu usyana aid edilən butun mundarlıqlar atəşpərəstlikdən irəli gəlirdi.” Yenə həmin müəllimdən soruşdum:”Əgər Məzdək Babamiz atəşpərəst idisə onda niyə dini atəşpərəst olan Iran kahinlərinə qarşi üsyan qaldırmışdı. Niyə atəşpərəst kahinləri bu üsyanı qanda boğdular?” Mənə hec nə cavab verə bilmədi. Ona görə dəfələrnən təkrar edirəm, tarixdə yazilan yalanlar bir çox müharibələrə və bir çox dinlərin parçalanmasına gətirib çixardıb. Tarix tutuquşuluq prinsipi üzrə qurulub. Bir dəli quyuya bir daş atır, min ağılli insan bu daşi çixartmaq haqda fikirləşirlər. Yəni bir insan bir hadisə haqda yazi qoyur, bu hadisənin mənbəyini tapmaq əvəzinə hamı bu hadisəni təkrarən yazırlar. Baba deyəni, ata deyir və axirda oğul təkrar edir. Hər bir insanın özünə məxsus qavrama qabiliyyəti var. Hər bir insan özu qavradiği kimi bütün hadisələri tarixdə yazıb qoyur. Beləliklə tarixdə həqiqətən baş verməyən bir hadisə haqda danışılmağa başlanılır. Bu hadisə haqda elmi işlər yazılır. Bu işləri yazan əldəqayırma alimlər isə bu haqda yazılan başqa elmi əsərləri yalan və nağıl sayıb rədd edirlər. Bu yaxin zamanlarda alimlər ən axırıncı texnologiyalardan istifadə edərək bizim dövrə gəlib çatan bəzi tarixi əsərləri analiz etmişlər. Bu Şumerlərin daş kitabələri, Misir piramidalarındakı yazılar və başqa tarixi sənədlər bu aparatlar vasitəsilə analiz edilmişdi. Alınan nəticələr alimləri həqiqi mənada şoka salmışdi. Bu yazılarda bəzi mətnlər ustalıqla pozulmuş və təzədən yazılmışdı. Kiminsə hakimiyyəti dövründə, kimlərsə bu tarixi sənədləri özlərinə sərf eləyən dərəcədə duzəltmişdi. Bəzən mənə elə gəlir ki, bu vəziyyət bir qüvvə tərəfindən idarə olunur və indiyəcən idarə olunmaqdadir. Bu qüvvə xalqların mədəniyyətini, tarixini dəyişdirir, dillərində lazım olacaq köklü dəyişiklik edir və qələmnən dunya xalqlarını fəth edir. Bir dahi insan bu haqda belə demişdi: “Xalqi qılıncla əsarətə alsan, həmin xalq uzağı 100 ilə əsarətdən çixa biləcək. Yox əgər xalqı qələmnən fəth etsən, bu xalqin azadlığa çıxması ucun 1000 illər bəs eləməyəcək.

Комментариев нет:

Отправить комментарий