28.07.2013

Uy dad, insan nə qədər dəyişər

Kəramət Böyükçöl

Əsəd Cahangir ətrafına topladığı gənclərin adına məqalələr yazmaqla məşğuldur. Onun yazılarının altına imzaların qoyan gənclərə xəbərdarlıq edərdim k, o, indi and-aman eləsə də, gələcəkdə hər şeyi etiraf eləyib sizi biabır eləyəcək.

Özündən uydurur ki, guya Kamal Abdulla mağazalardan onun 150 kitabını yığışdırıb. Aldığım məlumata görə onun kitabının nəşriyyat sayı elə cəmi 100 ədəd olub.

Tənqidçi Əsəd Cahangirlə yazıçı Kamal Abdullanın polemikasına qoşulan növbəti yazar Kəramət Böyükçöl olüb. O, “Qafqazinfo”ya göndərdiyi reaksiyasında Əsəd Cahangirin ünvanına sərt ifadələr işlədib. Gənz yazarın mövqeyini olduğu kimi təqdim edirik :Əsəd, mən də dəyişdim.

Tənqidçi Əsəd Cahangir deyir ki, fikirini dəyişməyən ölülərdir, adam dəyişə bilər, bir gün bu cür deyə bilər, sabah başqa cür… Sağ olsun Əsədi, bu sözdən sonra mən də onun haqqında bütün fikirlərimi dəyişdim. Və yaxşı ki, dəyişdim.
İndiyə qədər dost dediyim bir adamın, tənqidçinin nə qədər çatan və çatmayan cəhətlərini gördüm. Gənc şair Elvin Bakiroğlu da bir neçə dəfə dəyişib. Əsədi gah tərifləyib, gah pisləyib. Əvvəl Elvini qınadım, sonra gördüm adamı dəyişən obyektin, yəni Əsədin özüdür.
Bu dəyişmək sözünü ədəbi gündəmə Əsəd Cahangir gətirib və bu neçə illər ərzində bir neçə dəfə onun dəyişdiyinin şahidi olmuşam. Bu adam kimin haqqında bu gün nə yazırsa sabah əksini yazır, hələ bir adam haqında fikrinin sabit qaldığını görməmişəm.
Əsəd Cahangirin görkəmli yazıçı, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla haqqında yazdıqlarını oxuyanda çox təssüfləndim. Uy dad, insan nə qədər dəyişər. Unutmaq lazım deyil ki, Kamal Abdulla bir yazıçı kimi təkcə Azərbaycanda deyil, dünyada öz yaradıcılıq stixiyasını cəsarətlə ortaya qoyan və ədəbi “mən”ini ciddiyyətlə müəyyənləşdirən bir insandır, cəmiyyətimizidə böyük nüfuzu var, elm və təhsil sahəsində böyük xidmətlər göstərmiş simadır. Kamal Abdulla hər zaman ədəbiyyatın içində olub və həmişə də ədəbiyyatın inkişafına böyük təkan verib. Azərbaycanda ilk dəfə olaraq Nobel mükafatına namizədliyi qeydə alınıb. Azərbaycanda ilk dəfə olaraq yaradıcılıq institunun (yaradıcılıq fakültəsinin) əsasını qoyub. Belə insanlara qarşı atılan çamurları tanıyıb-tanımamağımdan, sevib və sevməməyimdən asılı olmayaraq səhv addım hesab edirəm.
Əsəd Cahangirin Kamal Abdullaya qarşı irəli sürdüyü ittihamlar mənə gülməli bir lətifəni xatırlatdı və düşündüm ki, yəni dünya bu boyda xarab olub ki, gözümüzün önündə yalan həqiqəti üstəliyir? Kamal Abdullanın “Zavallı” adlanan cavab yazısında çat məslələsini oxuyanda isə lap başım çatladı. Üzdə, çayxanalarda, bir neçə adamın gözünün qabağında özünü qəhrəmana çevirmək üçün Kamal Abdullanı pisləyib, çatda isə ona necə yarınmaq, tərifləmək olarmış, buna adamın üzü necə gələrmiş, üz neyləsin, nə qədər dəyişsən adamın bir o qədər üzü olar.
Bu məqamda bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Bu “çayxana söhbətləri” ilk anda adama qəribə görünə bilər. Ancaq belə deyil. Bu gün Azərbaycan ədəbi mühitində bir çox adamların əsl siması çayxanalarda üzə çıxır. Rəsmi salonlardakı çıxışlar yalandır. O çıxışlara inanmayın. Və mən də Əsəd Cahangiri çayxanada tanıdım. O, dəfələrlə “Natəvan klubu”nda təriflədiyi adamları çayxanlarda pisləyir və ya əksinə. Ədəbiyyat Əsədə necə sərf eləyirsə, gəlir gətirirsə, o tərəfə əsir. Bu hərəkətlərinə görə onunla dəfələrlə mübahisələrimiz də olub.
Əsəd Cahangir kitabının əsl “təqdimatı”nı da çayxanada etdi. Onun Slavyan Universitetində görkəmli adamların dilindən həvəslə rəylər topladığı “Kim yatmış, kim oyaq” kitabının təqdimatında Kamal Abdulla faktlarla kitabı tənqid edib öz iradlarını bildirdi. Biz elə bilirdik ki, çayxanalarda pələng kimi haray çəkən Əsəd iradlara yerindəcə cavab verəcək. Ancaq o, nəinki Kamal Abdullaya cavab verdi, xoş təbəssüm göstərib xeyli qılıqlandı. Və tədbirdən sonra bizi, şəxsən məni danladı ki, niyə sən durub Kamal Abdullaya cavab vermədin? Dedim ay Əsəd, sən heç olmasa bir-iki cümlə deyəydin, demədin, əksinə Kamal Abdullaya minnətdarlıq elədin.
AYB-nin olmayan qurultayı öncəsi məruzələrdə Əsəd Cahangir hamının çıxışına barmaq eləyirdi, öz mənfur fikirlərini həmin məruzələrdə realizə etməyə çalışırdı. Gənc Qismətin məruzəsini isə ürəyi soyumayıb tamamilə özü yazmışdı və Əsədin xoşu gəlməyən adamların hamısının adı siyahıdan çıxarılmışdı, öz bostançılarını zorla Qismətin məqaləsinə pərçim eləmişdi. O zaman mən bu məsələni dedim. Anar müəllimə qədər gedib çıxdı ki, Kəramət Qismətin məqaləsini tənqid edir. Demək bu, Azərbaycan Yazıçılar Birliyini tənqid etməyə bərabərdir. İllər keçəndən sonra Əsəd nümayişkaranə şəkildə etiraf etdi ki, doğurdan da, Qismətin məqaləsini mən yazmışam. O vaxt dönə-dönə dedim ki, Əsəd, bir də başqasına yazı yazma! Yenə başa düşmədi.
Ötən il “Ulduz” jurnalının 12-ci sayının redaktorluğu mənə tapşırılmışdı. Ayağım sındığına görə jurnal üçün Əsəddən bir-iki material xahiş etdim. Dostlarımın biri mənə dedi ki, ona elə şey demə, səhər başına qaxıb deyəcək ki, jurnalı mən çıxarmışam. Mən bunu çox sonra anladım.
Əsəd bu gün də həmin hərəkətlərinə davam edir. Ətrafına topladığı gənclərin adına məqalələr yazmaqla məşğuldur. Onun yazılarının altına imzaların qoyan gənclərə xəbərdarlıq edərdim k, o, indi and-aman eləsə də, gələcəkdə hər şeyi etiraf eləyib sizi biabır eləyəcək.
Əsəd mənim yanımda dəfələrlə başqalarının adı ilə saytlardakı yazılara şərhlər yazıb ya özünü tərifləyib, ya da xoşu gəlməyən adamı tənqid, hətta təhqir eləyib. Dəfələrlə bu barədə məni də məcbur eləyib ki, o cür şərhlər yazım. Yaxşı ki, qulaq asmamışam. Onun başqa imzalarla yazdığı şərhləri oxuyanda həm dəhşətə gəlirdim, həm də bu məsuliyyətsizlikdən bir az qorxurdum. Bəzən insan böyük təhlükələrdən qorxmur, ancaq məsuliyyətsiz hərəkətlərin, çıxışların qarşısında aciz qalır. Əsəd niyə bu şərhləri öz adı ilə yazmır? Ona görə ki, yazdıqları qızışdırıcı mövqedədir, böhtandır, məsuliyyətsizlikdir. O, gəncləri aldadır, böyüklərə xəyanət eləyir. Bu, bir aksiomadır. 50 yaşını haqlayan bu adam hələ də özünü uşaq kimi aparır. Özündən uydurur ki, guya Kamal Abdulla mağazalardan onun 150 kitabını yığışdırıb. Aldığım məlumata görə onun kitabının nəşriyyat sayı elə cəmi 100 ədəd olub.
Yazacaqlarım çox şeylər ola bilər. Əsəd elə eləməsin ki, mən çox dəyişim. Hələlik bu qədər bəsdi.

Комментариев нет:

Отправить комментарий